Sosial-mədəni (Ali psixi funksiyaların tarixi-mədəni inkişaf nəzəriyyəsi) nəzəriyyədə uşaqların aparıcı fəaliyyəti haqqında



Yüklə 347,23 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix14.04.2023
ölçüsü347,23 Kb.
#98149
1   2   3   4
Sosial 08 08 2022

Sosial situasiya – uşağı birbaşa əhatə edən mühit və situasiya onda müəyyən 
psixi hadisələrin və münasibətlərin formalaşmasına və inkişafına gətirib çıxarır. 

Aparıcı fəaliyyət – müəyyən bir inkişaf mərhələsində psixikaya ən çox təsir edən 
fəaliyyət növüdür.

Böhran – insanın həyatının psixi komponentində kəskin dəyişikliklərlə 
xarakterizə olunan inkişafın aralıq mərhələsidir və qısa müddət davam edir. 
İnkişafın hərəkətverici qüvvələri motivasiya və əməliyyatların yerinə yetirilməsi 
prosesində uşaqda yaranan ziddiyyətlərdir. Elkoninin nöqteyi-nəzərindən 
vaxtaşırı fəaliyyətin əməli (texniki) və motivasiya aspektlərinin inkişaf səviyyəsi 
arasında boşluq yaranır, biri irəli atılır, digərini qabaqlayır və bu səbəbdən geridə 
qalan tərəfin lazımi səviyyəyə çatması üçün fəaliyyəti dəyişdirmək labüddür. 
Yaranan ziddiyyətin uğurlu həlli keyfiyyətcə yeni inkişaf mərhələsinə keçiddir. 

Törəmələr (yeni yaranan) psixikanın inkişaf strukturunda ilk dəfə müəyyən bir 
yaş mərhələsində aşkar edilən yeni keyfiyyət dəyişiklikləridir.
Vıqotskinin fikrincə, aparıcı fəaliyyət uşağın təkcə idraki deyil, həm də motivasiya 
və ehtiyaca əsaslanan sferalarını formalaşdırır. O, uşağın insanlarla kommunikasiya
və əşyalar aləmini mənimsəməsi ilə yanaşı, həmçinin uşağın zehni fəaliyyətinin də 
hansı istiqamətdə inkişaf etməsini müəyyənləşdirir. Bu səbəbdən uşaqların 
harmonik inkişafını təmin etmək üçün böyüklər (müəllim və valideynlər) onların 
motivasiya-dəyərlərini (ehtiyaclarını) ödəyən aparıcı fəaliyyətini də diqqətdə 
saxlamalı və təlim prosesində nəzərə almalıdırlar. Ancaq o zaman öyrənmə prosesi 
uşağı inkişaf etdirir.
 
Fərqanə Seyidli 
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşı 


 
İstifadə olunan mənbələr: 
1. 
Age Periodization according to DB Elkonin (deborahnormansopranos.com)
 
2. 
Psycology Of LEarning — Leading Activity (tumblr.com)
 
3. 
https://assets.cambridge.org/97805211/22658/frontmatter/9780521122658_fr
ontmatter.pdf

Yüklə 347,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin