növbəti motivasiya-dəyərlər (ehtiyac, tələbat) formalaşmalıdır. Çünki uşaq aparıcı
fəaliyyət vasitəsi ilə yaş tələbatını və ehtiyacını ödəyir. Məktəbəqədər yaşlı
uşaqlarda bu, xüsusilə aydın görünür. Uşaqların motivasiya-dəyər (ehtiyac)
sferasının əsas aspektlərini anlamaq üçün Elkoninin (1989) insanın
inkişaf
mərhələlərinə dair yaş periodizasiyasına müraciət etmək lazımdır. Elkonin
Vıqotskinin təklif etdiyi periodizasiyanı (dövrləşməni) inkişaf etdirmişdir. Elkoninin
əlavələri Vıqotskinin periodizasiyası ilə ziddiyyət təşkil etmir, əksinə, onu anlamağa
və təlim prosesində tətbiq etməyə kömək edir. Bu
səbəbdən məqalənin həcmini
nəzərə alaraq yalnız Elkoninin cədvəli aşağıda verilmişdir.
Dostları ilə paylaş: