Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 10. Şəxsiyyətin sosiallaşmasında meqa və makro amillərin rolu



Yüklə 158,37 Kb.
səhifə10/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   6   7   8   9   10   11   12   13   ...   62
sos pdqgk imt

Sual 10. Şəxsiyyətin sosiallaşmasında meqa və makro amillərin rolu
Cavab:
İnsanın sosiallaşmasında meqa və makro amillərin rolu müəyyən təsirə məruz alikdir. Meqa- (latınca cox böyük) dedikdə kosmos, planet, dünya nəzərdə tutulur. Kosmos və ya kainat və onun Yer planetindəki insanlara təsiri problemləri ta qədimdən mütəfəkkirlərin diqqətini özünə çəkmişdir. Lakin təbiət elmləri nümayəndələrinin böyük əksəriyyəti insanın kosmik təsirlərdən asılılığına şübhə ilə yanaşırlar. Yeni biliklərin toplumu kosmosu məzmunca sosiallaşmanın meqaamili kimi səciyyələndirməyə imkan verir. Planet-astronomik anlayış olub, göy cismi, formaca şara, kürəyə oxşar, günəşdən işıq və istilik alan və elliptik orbitlə onun ətrafında fırlanan mənasını verir. Dünya- sosial-siyasi anlam olub bizim planetdə mövcud olan insan birliyi məcmusu mənasını verir. Planet və dünya üzvü olaraq bir-biri ilə qarşılıqlı əlaqəli və asılıdırlar. Dünya digər planetlərdən fərqli olaraq Yer planetində təbii-iqlim şəraitində yaranmış və inkişaf etmişdir. Öz inkişaf prosesində dünyanın qlobal-planetar problemləri-ekoloji, iqtisadi, demoqrafik və hərbi-siyasi problemləri gənc nəslin sosiallaşmasında birbaşa və ya dolayısı ilə rol oynayır.
İnsanın sosiallaşmasında makroamillərdən (makro-latınca böyük) ölkə, cəmiyyət və dövlətin də rolu böyükdür. Ölkə-coğrafi fenomendir. Bu coğrafi vəziyyətinə, təbii şəraitinə görə ayrılmış, müəyyən sərhədləri olan ərazidir. O, dövlət suverenliyinə malik olur. Ölkənin coğrafi-iqlim şəraiti onun sakinlərinin həyat fəaliyyətinə, əhalinin artımı və sıxlığına, eyni zamanda ölkənin sakinlərinin sağamlığına, bir çox xəstəliklərin yayılmasına təsir göstərir. Makromühitdə etnosun təsiri də güclüdür. Etnos, və ya millət tarixən yaranmış, möhkəm, ümumi mentalitet, milli şüur və xarakter, daimi mədəni xüsusiyyətlər, həmçinin özünün inə mənsub olan insanların məcmusudur.
Cəmiyyət-sosiloji-siyasi anlayış olub ölkədə insanlar arasında bərqərar olmuş sosial münasibətlər toplumunu xarakterizə edir. Tərkibini ailə, sosial, yaş, peşə və digər nominal (yalnız adı olan) və real qruplar, o cümlədən dövlət təşkil edir. Cəmiyyətin iqtisadi inkişaf səviyyəsi böyüməkdə olan nəsillərin sosiallaşmasına təsir edərək onun üzvlərinin həyat səviyyəsini təyin edə bilir. Cəmiyyət iqtisadi cəhətdən nə qədər çox inkişaf etmiş olarsa sosiallaşma prosesində insanın inkişafı üçün daha əlverişli imkanlar yaranar. Bu cəmiyyət sürətlə inkişaf edir və dəyişir. Dəyişən cəmiyyətdə sosial tərbiyənin qarşısında “insanda nəyi inkişaf etdirmək” və ya “onu hansı istiqamətdə inkişaf etdirmək” sualına cavab axtarmaq vəzifəsi dayanır.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin