Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 12. Sosial-pedaqoji prosesin mahiyyəti



Yüklə 158,37 Kb.
səhifə12/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   8   9   10   11   12   13   14   15   ...   62
sos pdqgk imt

Sual 12. Sosial-pedaqoji prosesin mahiyyəti.
Cavab:
“Proses” anlayışı latın sözü olub, processus-ötüb getmə, irəli getmə, irəliləmə mənasını verir. Müasir ədəbiyyatda bu daha çox “pedaqoji proses” kimi öyrənilir və bütün təlim-tərbiyə müəssisələrində həyata keçirilən pedaqoji proses müəllim ilə şagird, öyrədən ilə öyrənən arasındakı əməkdaşlığa əsaslanır. Bu prosesin subyekti olan müəllim və ya öyrədən öz sosial təcrübəsini və müəyyən bilikləri obyekt kimi xarakterizə edilən şagirdə ötürür. Bu prosesin mahiyyəti haqqında vahid yanaşma tərzi olmasa da ona həm yerli, həm də xarici pedaqoq-alimlər öz təriflərini vermişlər. P.Podlasıya görə pedaqoji proses elə prosesdir ki, burada müəllimin sosial təcrübəsi, bilikləri şagirdin keyfiyyətinə çevrilir. N.Kazımov tədris müəssisələrində, ümumtəhsil və ya texniki peşə məktəblərində, ali və ya orta ixtisas məktəblərində həyata keçirilən bütün təlim, tərbiyə, təhsil və inkişaf məsələləri pedaqoji prosesə aiddir. L.Qasımova və R.Mahmudova pedaqoji prosesə tədris müəssisələrində aparılan bütün təlim, tərbiyə, təhsil və inkişaf məsələlərinin daxil olduğunu qeyd edirlər. Ə.Paşayev və F.Rüstəmova görə qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlərlə şagirdlərin qarşılıqlı təsirinə pedaqoji proses deyilir.
“Pedaqoji proses” anlayışını P.Kapterev elmə gətirmiş və onun mahiyyətini, məzmununu 1904-cü ildə yazdığı “Pedaqoji proses” əsərində belə izah etmişdir: Pedaqoji inkişaf – özünüinkişaf və daxili qüvvələr əsasında sosial ideala uyğun hərtərəfli təkmillışmədir, bu zaman daxili və xarici pedaqoji proseslər bir birindən fərqlənir. O, daxili prosesı orqanizmin və mühitin xüsusiyyətləri ilə müəyyən olunan insanın özünüinkişafı prosesi kimi qəbul edir və göstərirdi ki, bu proses orqanizmin daxili qanunlarına uyğun olaraq özünə xas yaradıcı xarakter daşıyır və kənardan göstərişlə yox, təbii ehtiyaca uyğun olaraq baş verir.
Pedaqoji prosesin tərəfləri arasındakı münasibətlər də müxtəlif cür qiymətləndirilir, belə ki, bəzi müəlliflər onu obyekt-subyekt, bəzi müəlliflər isə təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi prinsipini əsas götürərək subyekt-subyekt münasibətləri kimi qiymətləndirirlər. Həm sosiallaşma, həm də ümumi inkişaf baxımından subyekt-subyekt münasibətləri müasir təlimdə zamanın tələbi kimi qarşıya qoyulur.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin