Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 15. Təhsil sosiallaşma amili kimi



Yüklə 158,37 Kb.
səhifə15/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   11   12   13   14   15   16   17   18   ...   62
sos pdqgk imt

Sual 15. Təhsil sosiallaşma amili kimi
Cavab:
Sosiologiyanın böyük əhəmiyyətə malik olan sahələrində biri təhsilin sosiologiyası adlanır. Təhsilin sosiologiyası təhsilin sosial institut kimi inkişafının və fəaliyyətinin qanunayuğunluqlarını, onun cəmiyyətlə qarşılıqlı təsirinin xüsusiyyətlərini öyrənir. Təhsil insanlara öz əcdadlarının əsrlər boyu əldə etdiyi təcrübə və biliklərə bir neçə il ərzində yiyələnmək imkanı verir. Yaşadığı zamanın tələbləri səviyyəsində durmağa, hər dəfə sıfırdan başlamaq deyil, özündən əvvəlki nəsillərin işini davam etdirməyə insan yalnız təhsil sayəsində müyəssər olur. Təhsilin sayəsində mədəni sərvətlər hifz olunur, qorunub saxlanılır və bir nəsildın başqa nəslə ötürülür. Yeni texnologiyaların tətbiqi cəmiyyətdə önəmli sosial dəyişikliklərə yol açır. Akademik S.Xəlilov yazır: “Təhsilə yalnız milli və ümumbəşəri hadisə kimi baxmaq olmaz. Təhsil özü sosial institut olmaqla yanaşı, ictimai şüurun inkişafını təmin etdiyi üçün içtimai həyatın və milli məfkurənin ayrılmaz tərkib hissəsidir”.
Təhsil prosesində insan mədəni dəyərləri mənimsəyir, nəticədə gənc nəslin tərbiyəsi və təhsili prosesinin elmi əsaslarla həyata keçirilməsi təmin edilir.
Təhsil insanların sosiallaşma təcrübəsi və nəsillərin varisliyi əsasında təzahür edir. Ona görə də təhsil tarixi və sosial təcrübənin yenidən istehsalı və ötürülməsi, eyni zamanda yeni yetişən gənc nəslin təfəkküründə siyasi və iqtisadi reallıqları, içtimai və mədəni inkişafın yeni istiqamətlərini möhkəmləndirməyə və inkişaf etdirməyə imkan verir. Təsadüfi deyildir ki, təhsilin ən mühüm vəzifələrindən biri gənc nəsli sərbəst həyata və gələcəyə hazırlamaq, kamil insanın, şəxsiyyətin formalaşmasını təmin etməkdir. Təhsilin sosial funksiyası isə bir tərəfdən insan şəxsiyyətinin formalaşmasını təmin etməkdirsə, digər tərəfdən nəsilləri aşağıdakı parametrlərlə xarakterizə olunan həyat fəaliyyətinə hazırlamaqdır:

  • cəmiyyət tərəfindən qəbul olunmuş həyat tərzinin formalaşdırılması,

  • həyat fəaliyyətinin müxtəlif formalarının mənimsənilməsi,

  • quruculuq və yaradıcılıq üçün insanın mənəvi potensialının inkişafı.

Sosial pedaqoji ədəbiyyatda təhsil anlayışı iki mənada – dar və geniş mənada işlədilir. Geniş (sosial) mənada sosial hadisə kimi, insanın sosiallaşması, cəmiyyət həyatına hazırlanması vasitəsi kimi qəbul edilir (V.A.Slastenin) ”Təhsil sosial hadisə kimi, cəmiyyət üzvlərinin təlimi və tərbiyəsi funksiyasını həyata keçirən, şəxsiyyətin müəyyən biliklərə, ideya-mənəvi dəyərlərə, davranış normaları və vərdişlırinə yiyələnməsini təmin etməyə yönələn nisbi müstəqil sistemdir”.
Dar (pedaqoji) mənada təhsil dedikdə, insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi və bu zəmində onun inkişafı və tərbiyəsi prosesi başa düşülür.
Təhsil iki yolla – təlim və özünütəhsillə həyata keçirilir. Təlim və özünütəhsilin vəhdəti təhsilin müvəffəqiyyətinin vacib şərtidir.
Pedaqogika elmi təhsili proses kimi, həm də onun nəticəsi kimi nəzərədən keçirir. Təhsil prosesi – təhsilin məqsədindən nəticəyə doğru olan hərəkətidir. İstənilən proses – bir keyfiyyətin başqa biri ilə ardıcıl əvəzlənməsidir. Pedaqogikada belə ardıcıl dəyişmə təhsil prosesi iştirakçılarının qarşılıqlı təsirindən baş verir. Beləliklə, təhsil bir proses kimi, müəlllim və şagirdlərin xüsusi təşkil olinmuş qarşılıqlı təsiridir. Bu proses bir tərəfdən cəmiyyətin sosial keyfiyyətlərə malik şəxsiyyətlər yerləşdirmək tələbatını, digər tərəfdən isə şəxsiyyətin özünün inkişafa olan tələbatını ödəməyə yönəlir.
Təhsil prosesinin mahiyyəti müəllimin şagirdlərə birtərəfli təsiri ilə yox, onların qarşılıqlı təsiri ilə səciyyələnir. Qarşılıqlı təsir dedikdə, müəllim və şagirdlərin fəaliyyətində, münasibət və davranışlarında qarşılıqlı dəyişikliklərlə nəticələnən onların məqsədyönlü əlaqəsi başa düşülür. Qarşılıqlı pedaqoji təsirin reallaşması müəyyən şərtlərlə bağlıdır: məqsədyönlü pedaqoji təsir, şagirdlər tərəfindən sosil-mədəni təcrübənin fəal qavranması və mənimsənilməsi və bu işə düzgün rəhbərlik və s.
Təhsil həm də tək proses kimi başa düşülür: bu isə şəxsiyyətin təhsillilik səviyyəsində ifadə olunur. Şəxsiyyətin təhsilliliyi dedikdə, şəxsiyyətin sistemləşdirilmiş biliklərə, zehni və əməli fəaliyyət yollarına yiyələnməməsi səviyyəsi və onun göstəricisi başa düşülür. Biliyi və bacarığı olan heç də hər kəs təhsilli adam sayılmir. Təhsilli insan həm də müstəqil düşünən, bacarığına, mənəvi keyfiyyətlərə, mədəniyyətə və dünyagörüşünə yiyələnməlidir. Təhsillə tərbiyə sıx bağlıdır: yəni, təhsil təkcə bilik və bacarıqlar aşılamaqla kifayətlənməməli, insana həyatda lazım olan zehni, sosial-mənəvi keyfiyyətlər formalaşdırmağa yönəlməlidir. Təhsilin sosiallaşdırıcı təsiri də məhz elə bununla bağlıdır.
Təhsilin sosiologiyası sahəsində aparılan tədqiqatlar göstərir ki, cəmiyyətdə təhsil sisteminin effektliyini müəyyənləşdirmək üçün onun xüsusiyyətlərini iki səviyyədə - sosiatel, yəni, cəmiyyətin iqtisadi, siyasi, ideoloji yarımsistemləri və sosial-siniflər, millətlər, peşə, demoqrafik, ərazi, siyasi qruplar səviyyəsində öyrənmək lazımdır.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin