Şagirdlərin ideya-siyasi tərbiyəsi. Cəmiyyətin demoratikləşməsi şəraitində şagirdlərin ideya-siyasi tərbiyəsinin məzmunu və sistemində də yeni xüsusiyyətlər əmələ gəlir. Şagirdlərdə dövlətə, ayrı-ayrı xalqlara, millətlərə, mövcud partiyalara və sosial qruplara düzgün, obyektiv münasibət formalaşdırmaq onun ana xəttini təşKil edir. Şagirdlərin Azərbaycan respublikasının Konstitusiyasını öyrənməsi, vətəndaşların və özlərinin hüquq və vəzifələrini ətraflı bilməsi onlarda siyasi təfəkkürün və siyasi mədəniyyətin formalaşması üçün xüsusi əhəmiyyətə malikdir.
Əməyin sosiologiyası: əmək tərbiyəsi və peşəyönümü məsələləri. Əməyin sosiologiyası əməyi sosial-iqtisadi proses kimi öyrənir. Əməyin xaraKteri, məzmunu, işçilərin peşə ixtisas fərqi, əməyə, müxtəlif peşələrə münasibət və s. Bu önəmli elm sahəsinin araşdırdığı məsələlər cərgəsində mühüm yer tutur. Onların nəticələri sosial-pedaqofi kontekstdən də aktualdır”
Sosial tədqiqatlar göstərir ki, bazar iqtisadiyyatı şəraitində əhalinin peşələrə münasibəti köklü surətdə dəyişir. Şagirdlərin əmək tərbiyəsi və peşəyönümündə bu meyllər zəruri surətdə nəzərə alınmahidir. Lakin şagirdlərin qabiliyyətləri, maraq va meylləri çox vaxt elmi metodik səviyyədə öyrənilmir və təbii ki, peşə seçimində nəzərə alınmır. Peşə seçimində hələ də valideynlər önəmli rol oynayırlar. Prestilli peşələr anlayışının əmələ gəlməsində ailələrin iddia səviyyəsi, təəssüf ki, öz rolunu oynayır. Məktəb çox vaxt bu birtərəfli meylləri məharətlə neytrallaşdıra bilmir.
Müasir şəraitdə istər əmək tərbiyəsi, istərsə də peşəyönümü üzrə iş bazar iqtisadiyyatı meyarları ilə köklü surətdə təkmilləşdirilməli, onların məzmunu və sistemi dövrün tələbləri kontekstində müəyyənləşdirilməlidir.
Sosial ekologiya və ekoloji tərbiyə. Sosial ekologiya və ekoloji tərbiyə məsələləri də dövrün qlobal problemlərindən biri kimi diqqəti daha çox cəlb edir. Ətraf (təbii və sosial) mühitə qayğı bu gün cəmiyyətin həyat fəaliyyəti sahələrinin hər birinin başlıca funksiyasına çevrilir. Məktəbin də bu sahədə vəzifələri önəmlidir. Bir tərəfdən, urbanizasiya prosesində təbii mühit dəyişilir: hər şeydən öncə, şəhərin ərazisi hüdudlarında təbiət tədricən dəyişir. Şəhər böyüdükcə ətraf rayonların təbiətinə təsir göstərir. Şəhər arealının genişlənməsi, kəndlərin urbanizasiyası və s. Müvafiq ərazilərdə təbii mühitin bu və ya digər dərəcədə dəyişməsi ilə nəticələnir. Digər tərəfdən, cəmiyyətin maddi həyat şəraitinin özü Köklü surətdə dəyişilir, özünəməxsus süni mühit əmələ gəlir və genişlənir, texnosfera (binalar, istehsalat birlikləri, Kommunikasiya sistemləri və s.) formalaşır. Bu şəraitdə şagirdlərdə ekololi mədəniyyətin formalaşması xüsusilə böyük əhəmiyyət kəsb edir. Məktəb ailə ilə qarşılıqlı əlaqə şəraitində təKcə təbiətə deyil, həm də insanların qayğılı münasibəti dəyişir. Ekoloji tərbiyə təbiətin ekologiyası və insanın ekologiyası birliyi kontekstində aparılmalıdır.