Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 24. Sosial tərbiyənin mahiyyəti və əsas istiqamətləri



Yüklə 158,37 Kb.
səhifə25/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   21   22   23   24   25   26   27   28   ...   62
sos pdqgk imt

Sual 24. Sosial tərbiyənin mahiyyəti və əsas istiqamətləri
Cavab:
Tərbiyə” sözü ərəbcə “əl-tərbiyə” sözünün “rəb” kökündən əmələ gəlib. O, üç mənanı ifadə edir: “Rəba”-doğru yol göstərmək; “Rəbi”-bəsləmək, yetişdirmək, böyütmək, tamamlamaq; “riba”-çoxalmaq. “Rəb” həm də Allahın 99 adından biri olub. “Quranda”da Allah sözündən sonra daha çox (935) işlənən sözdür. Mənası “tərbiyə edən”, “nemət verən”, “maddi və mənəvi kamilliyə doğru yönəldən” deməkdir. “Mürəbbi” sözü də “rəb” kəlməsindən əmələ gəlmişdir.
Şəxsiyyətin təşəkkül tapıb formalaşmasında digər amillərlə yanaşı, tərbiyə prosesinin də müstəsna dərəcədə böyük rolu vardır. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə) əleyhissəlam buyururdu ki, “tərbiyə valideynin öz övladına verdiyi böyük hədiyyədir”.
Hər bir şəxs – istər yaşlı, istərsə də cavan olsun daim tərbiyəyə möhtacdır. Hələ vaxtilə ingilis filosofu Con Lokk “tərbiyə hər şeyə qadirdir” deyir və göstərirdi ki, insanlar arasında fərqləri də tərbiyə yaradır.
Deməli, tərbiyənin əsas məsələsi geniş dünyagörüşlü və humanist ruhlu insanlar yetişdirməkdir. Tərbiyə məna etibari ilə kökünü “tərbiyə etmək” sözündən götürmüşdür. “Ərsəyə çatma” dedikdə, uşağın sərbəst yaşamaq, öz taleyi haqqında düşünməyi bacarmaq və davranışını sərbəst olaraq qaydaya salmaq, dünyaya münasibətdə müstəqil dərketmə qabiliyyətinə yiyələnmək səviyyəsinə çatmaq mənasını başa düşülür
Tərbiyə insan cəmiyyətinin yarandığı ilk dövrdən meydana gəlmişdir. Onun ilk prinsipləri və metodları xalq pedaqogikasında formalaşmışdır, elmi-nəzəri və elmi-metodik səviyyələrdə tərbiyə prosesinin mahiyyəti, məzmunu, metodları və təşkil kimi önəmli problemlər öyrənilmişdır. Bu məsələləri əsrlərlə pedaqogika elmi araşdırmışdır.
Tərbiyə prosesində iki fəal tərəf iştirak edir. Onlardan biri tərbiyə edən, digəri isə tərbiyə olunandır. Hər ikisi fəaldır. Ancaq daha fəal olanı tərbiyə edəndir. Məhz o, uşağı bəsləyib yetişdirir, ona təsir göstərir, onda yeni keyfiyyətlər, nəcib əxlaqi sifətlər yaradır, zehni və fiziki qabiliyyətləri təşəkkül etdirib möhkəmləndirir, uşağın fəal şəxsi mövqeyini təmin edir. Bu prosesdə tərbiyə edənin özünün də şəxsiyyəti inkişaf edir və formalaşır.
Beləliklə, tərbiyə prosesi tərbiyə edən ilə tərbiyə olunan arasında yaradıcılıq əməkdaşlığı şəraitində həyata keçirilən ikitərəfli qarşılıqlı fəaliyyət prosesidir. Bu elə bir prosesdir ki, həmin prosesdə bir tərəfdən uşaq tarix boyu qazanılmış təcrübə və bilik sərvətləri ilə silahlanır, inkişaf edir, tərbiyə edənin bilavasitə göstərdiyi pedaqoji rəhbərliklə özünün fəallığı zəminində həyata düzgün münasibət bəsləyir, öz həyat yolunu təyin etmək mədəniyyətinə, zehni, əxlaqı, iqtisadi, siyasi, hüquqi, ekoloji, bədii və fiziki mədəniyyətə, faydalı adətlərə və davranış qaydalarına yiyələnir, digər tərəfdən tərbiyəçi özü kamilləşir, inkişaf edir.
Deməli, tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşması və inkişafı prosesidir. Məqsədyönlü formalaşma və inkişaf tərbiyənin əsas mahiyyətini təşkil edir. Tərbiyənin mahiyyəti-şəxsiyyəti yüksək insani keyfiyyətlərlə tərbiyələndirmək, onda nəcib əxlaqi, mənəvi keyfiyyətlər aşılamaq, əməyə, həyata hazırlamaq, estetik və fiziki mədəniyyət, ailə münasibətləri mədəniyyəti formalaşdırmaq, cəmiyyətdə düzgün davranış normalarına istiqamətləndirmək, milli və bəşəri dəyərləri mənimsətmək və bütün bunların tərbiyə olunanın intellektual, emosional, daxili aləmindən keçirib onun xarakter əlamətlərinə çevirməkdir.
XX əsrdə sosiologiyanın inkişafı tərbiyənin də sosiologiyasını formalaşdırmışdır. Sosial tərbiyə yeni çoxcəhətli anlayışdır. Yəni, gələcək nəsillərə cəmiyyətin qayğısı, cəmiyyətin və kollektivin insanlara arxa olması, havadarlığı, ailədə və cəmiyyətdə müəyyən edilmiş mənəvi-əxlaqi münasibətlərin qəbulu və dərk edilməsi, hüquqi və iqtisadi, vətəndaşlıq və məişət münasibətlərinin qəbul edilməsidir. İnsana kömək etmək, onu öz həyatında yeni yol tapmağa, düşdüyü yeni həyat şəraitində dəyişməyə bacarmağı öyrətməkdir. Sosial tərbiyə insana onun təkmilləşməsi məqsədilə kömək etmək, müəyyən həyat şəraitlərində nailiyyət qazanmaq, içtimai münasibətlərdə bələdliyi bacarmaq prosesi deməkdir. İnsanın sosial tərbiyəsi ailədə, məktəbdə, təhsilin bütün mərhələlərində, əməkdə baş verir. Yeniyetmə üçün bura küçə mühiti də əlavə edilir. Böyüklərin sosial tərbiyəsinin geniş yayılmış formalarından biri də daha çox Avropa ölkələrində fəaliyyət göstərən ailə klublarıdır.
Sosial tərbiyənin mahiyyətini açıqlamaq üçün “sosial” sözünü araşdıraq. “Sosial”(latın sözü olub sosialis – “içtimai” mənasını verir və insanların cəmiyyətdəki real həyatını və münasibətlərini əks etdirir. Sosial tərbiyə ilk növbədə müxtəlif sosial qruplarda tərbiyənin xüsusiyyətlərini açıqlayır:
a) Sosial pedaqogika, ilk növbədə, qrup və kollektivdə qarşılıqlı münasibətlərin tənzim edilməsinə xüsusi diqqət yetirir. Bu da fəlsəfi, sosioloji baxımdan son dərəcədə əsaslıdır: şəxsiyyət məhz qrup və kollektivdə qarşılıqlı münasibətlərin formalaşması prosesində doğulur və inkişaf edir.
b) Sosial keyfiyyətlərin formalaşması sosial pedaqogika üçün başlıca problemlərdən biridir.
c) Bu problemlərin həllində sosial pedaqogika ümumi pedaqogikaya əsaslanır.
Lakin həmin problemləri ümumi pedaqogikadan fərqli olaraq sosial pedaqogika, ayrı-ayrı sosial qrupların, məsələn qaçqın uşaqların və ya şəhid uşaqlarının tərbiyəsinin xüsusiyyətləri kontekstində araşdırır. Bu məsələləri təhlil edən sosial pedaqogika milli, regional və lokal səviyyələrdə sosial tərbiyənin xüsusiyyətlərinin öyrənilməsini aktual sayır.
Sosial tərbiyənin başlıca istiqamətlərini cəmiyyətin tərbiyə imkanları baxımından araşdırmaq lazımdır. Bazar iqtisadiyyatı şəraitində sosial pedaqogikanın yeni aktual problemləri meydana cıxmışdır. Bu və ya digər dərəcədə ənənəvi hesab olunan problemləri isə cəmiyyətin ictimai-siyasi və iqtisadi həyatı kontekstində yeni məzmun kəsb etmişdir. Bu nöqteyi-nəzərdən sosial-tərbiyənin aktual problemləri aşağıdakı kimi sıralanmalıdır:
1. Hərbi vətənpərvərlik tərbiyəsi və gənclərin Azərbaycan ordusunda hərbi xidmətə hazırlanması.
2. Şəhər və kənd həyat tərzi və tərbiyənin sosial pedaqoji məsələləri
3. Bazar iqtisadiyyatı və iqtisadi tərbiyə
4.Şagirdlərin ideya-siyasi tərbiyəsi: siyasi təfəkkür və siyasi mədəniyyətin formalaşması.
5. Əməyin sosiologiyası: əmək tərbiyəsi və peşəyönümü məsələləri.
6. Sosial ekologiya və ekoloji tərbiyə.
7. Dinin sosiologiyası və dini tərbiyə məsələləri.
8. Qeyri-formal uşaq qrupları və “çətin uşaq” problemi.
9.Müasir şəraitdə uşaq cinayətkarlığının xüsusiyyətləri və hüquq tərbiyəsi problemləri.
10.Uşaq alkoqolizmi və narkomaniyası: sosial-pedaqoji məsələlər.
11.Gənclərin ailə həyatına hazırlanması sosial pedaqoji problem kimi
Cəmiyyətin demokratikləşməsi şəraitində şagirdlərin ideya –siyasi tərbiyəsinin məzmun və sistemində də yeni xüsusiyyətlər əmələ gəlir. Bu günkü gənclər sabahın vətəndaşları və işıqlı gələcəyin qurucularıdırlar. Onların əsl vətəndaş kimi formalaşdırılmasında bir sıra kompleks vəzifələr həyata keçirilməlidir. İlk növbədə vətəndaşlıq tərbiyəsinin əsasını təşkil edən hərbi-vətənpərvərlik tərbiyəsi müasir məktəblərin başlıca sosial funksiyalarından biridir. “Vətəni sevməyən insan olmaz” bu misranı həm böyüklər, həm də onlardan sonra gələn gənc nəsil sevə-sevə söyləyir. Vətənin müdafiəsi, Vətən uğrunda döyüşmək vətəndaş üçün ən yüksək məqamdır. Gənclər doğma Azərbaycan ordusunda xidmət etməyi, ana Vətəni göz bəbəyi kimi qorumağı özlərinin müqəddəs vəzifəsi hesab etməli və buna hərtərəfli hazırlaşmalıdırlar. Vətənpərvərlik və vətəndaş tərbiyəsi insanın yaşadığı mikromühitdən, doğma ata yurdunu, kəndini, küçə və şəhərini sevməkdən başlayır.
Şagirdlərin hərbi vətənpərvərlik və fəal vətəndaşlıq tərbiyəsində “Oxu” dərslərinin, ədəbiyyat, tarix, Azərbaycan Konstitusiyasının əsasları fənninin imkanları son dərəcədə böyükdür. Sinifdənkənar və məktəbdənkənar tədbirlərin xüsusilə böyük əhəmiyyəti vardır. Lakin son zamanlar X.Fətəliyevin araşdırmaları göstərir ki, Təbiət fənləri də hərbi vətənpərvərlik tərbiyəsində aparıcı fənlərdəndir.
Məktəblərdə şagirdlərin hərbi-vətənpərvərlik təbiyəsi “hərbi həyatın tələblərinə ” uyğun qurulur və sistemli aparılır:
Hərbi-vətənpərvərlik tərbiyəsinin təlim formaları- dərs. İbtidai hərbi hazırlıq üzrə fakültativ məşğələlər və çöl məşğələləri
Hərbi-vətənpərvərlik tərbiyəsinin sinifdənxaric və məktəbdənkənar təşkili formaları: Hərbi idman oyunları, muzey və klublar; Hərbi texnika dərnəkləri; Müharibə iştirakçıları və qazilərlə görüşlər; Hərbi mövzuda disputlar sohbət və məruzələr; Hərbi motivlı filmlərin və əsərlərin nümayişu və müzakirəsi; Hərbi viktorinalar; Hərbi hissə və düşərgələrə ekskursiyalar və s.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin