Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 23. Tərbiyənin sosial-pedaqoji məsələləri



Yüklə 158,37 Kb.
səhifə24/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   20   21   22   23   24   25   26   27   ...   62
sos pdqgk imt

Sual 23. Tərbiyənin sosial-pedaqoji məsələləri
Cavab:
Tərbiyənin yaranması ilk insan cəmiyyətinin yaranması ilə üst-üstə düşür. Onun ilk prinsipləri və metodları xalq pedaqogikasında formalaşmış, elmi-nəzəri və elmi metodik səviyyələrdə tərbiyə prosesinin mahiyyəti, məzmunu, metodları öyrənilmişdir.
XX əsrdə, sosiologiyanın vüsətli inkişafı şəraitində onun əsas sahələrindən biri kimi tərbiyənin sosiologiyası formalaşmışdır. Məlum olduğu kimi tərbiyə problemi ilə pedaqogika elmi məşğul olur. Pedaqogikada tərbiyə insanı bu və ya digər ictimai rolun icrasına hazırlamaq məqsədi ilə, tarıxən qazanılmış sosial təcrübənin bir nəsildən digərinə ötürülməsi prosesi kimi mənalandırılır. Tərbiyənin sosiologiyası isə müəyyən konkret-tarixi şəraitdə tərbiyənin sosial determinasiyası (inkişafı) və sosial funksiyalarının qanunauyğunluqlarını öyrənən elm sahəsidir. Bu təriflə tanış olanda, bir cəhət diqqəti dərhal cəlb edir: tərbiyənin sosiologiyası tərbiyənin sosial determinasiyası və sosial funksiyalarını sosial-iqtisadi formasiyalar miqyasında deyil, konkret tarixi şəraitdə öyrənir. Sosial pedaqogika ücün məsələnin belə qoyuluşu nəzəri-metodoloji baxımdan xüsusi əhəmiyyətə malikdir.
Tərbiyənin sosiologiyası A.Q.Xarçevin qeyd etdiyi kimi, bazar iqtisadiyyatı şəraitində şəxsiyyətin formalaşmasının xüsusiyyətlərini öyrənir, istehsalın, elm və texnikanın, mədəniyyətin müstəqil həyata qədəm qoyan gənc nəslə verdiyi tələbləri acıqlayır, ölkənin sosial və elmi-texniki tərəqqisi sahəsində bərqərar olmuş meyllər əsasında tərbiyə prosesini proqnazlaşdırır, onun cəmiyyətin və istehsalın inkişafına təsirini öyrənir.
Məktəb pedaqogikasında tərbiyə məqsədyönlü proses kimi acıqlanır, bu prosesdə, ilk növbədə məhz məktəbin rolu vurğulanır. Tərbiyənin sosiologiyası ücün də bu cəhət əhəmiyyətlidir, lakin sosioloji anlamda tərbiyə yalnız məqsədyönlü pedaqoji fəaliyyətlə məhdudlaşmır. Tərbiyənin sosiologiyası ücün bu baxımdan başlıca məsələlərindən biri tərbiyə olunanların şüur və davranışına bu və ya dıgər dərəcədə təsir göstərən şəraitin idarə olunması, həmin şəraitin cəmiyyətə lazım olan tərbiyə effektini təmin etməkdən ötrü onun optimallaşdırılması, optimal sistem kimi təşkili ilə bağlıdır. Sosial pedaqogika bu tədqiqatlara söykənərək, təkcə, tutaq ki, məktəbin deyil, bütövlikdə cəmiyyətin tərbiyə imkanlarını öyrənir, sosial tərbiyənin sistemli təhlilinə xüsusi əhəmiyyət verir.
Sosial pedaqogika şəxsiyyətin sosiallaşması prosesinin xüsusiyyətlərini məhz bu nöqteyi-nəzərdən araşdırır, şəxsiyyətin formalaşması prosesini şərtləndirən sosial proseslərin və institutların tərbiyə imkanlarını açıqlayır.
Müxtəlif tipli profilaktik, reablitasiya, yenidəntərbiyə inistitutları və s.-nin sosial tərbiyə sahəsində işinin xüsusiyyətlərinin təhlili də bu baxımdan aktualdır.Sosial pedaqogika şəxsiyyətin şəhərdə və kənddə müxtəlif regionlarda, müxtəlif sosial qruplarda formalaşmasının xüsusiyyətlərini öyrənir. Sosial tərbiyənin xüsusiyyətlərini milli, regional və lokal səviyyələrdə sistemli təhlil edir, onların tərbiyə prosesində nəzərə alınması yollarını müəyyənləşdirir. Bu araşdırmaların nəticələri tərbiyə işinin məzmunu və sisteminin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin