Sual 25. Sosial tərbiyənin xüsusiyyətləri Cavab: Tərbiyə prosesinin əsas xüsusiyyətləri.
Tərbiyə məqsədyönlü prosesdir. Tərbiyənin məqsədi tərbiyə olunana yaxın və aydın olanda prosesin təşkili ən yüksək səmərəni təmin edir.
Tərbiyə çoxamilli prosesdir. Bu prosesdə çoxlu obyektiv və subyektiv amillər özünü göstərir. Şəxsiyyətin daxili tələbatını ifadə edən subyektiv amillərin şəxsiyyətin yaşadığı obyektiv şəraitə uyğun gəlməsi tərbiyə vəzifələrini uğurla həll etməyə kömək edir.
Tərbiyə dialektik prosesdir. Bu onun fasiləsiz inkişafında dinamikliyində, dəyişkənlyində özünü göstərir.
Tərbiyə kompleks prosesidir. Bu o deməkdir ki, tərbiyə prosesinin məqsədləri, vəzifələri, məzmunu, forma və metodları vəhdətdədir. Bunların hamısı şəxsiyyətin tam formalaşması ideyasına tabedir. Şəxsiyyətin əxlaqi keyfiyyətlərinin formalaşması kompleks halda, vəhdətdə baş verir.
Tərbiyə mürəkkəb dinamik prosesdir. Bu sistemin hər bir komponenti öz növbəsində bir sistem hesab edilə bilər, çünki onun da öz komponentləri vardır.
Tərbiyə dəyişkən, qeyri-müəyyən prosesdir. Bu proses subyektiv amillərin təsirindən asılıdır: tərbiyə olunanların fərdi fərqlərindən, onların sosial təcrübəsindən, tərbiyəyə münasibətindən asılıdır.
Tərbiyə ikitərəfli prosesdir. Bu proses iki istiqamətdə gedir: tərbiyə edən tərbiyə olunana (birbaşa əlaqə) və tərbiyə olunandan tərbiyə edənə (əks əlaqə). Prosesin idarə olunması başlıca olaraq əks əlaqələr üzərində qurulur.
Tərbiyə mürəkkəb və ziddiyyətli prosesdir. Bu o deməkdir ki, onun hadisələri tez nəzərə çarpmır. Tərbiyə prosesinin mürəkkəbliyi onun dinamik və dəyişkən olmasındadır.
Tərbiyə şəxsiyyətin inkişafı və formalaşması prosesidir. Bu prosesə həm şəxsiyyətə edilən xarici təsir, həm də özünütərbiyə və özünütəkmilləşdirmə daxildir.
Tərbiyə fasiləsiz, uzun sürən prosesdir. Tərbiyə proseesi tərbiyə edənilərin tərbiyə olunanlara fasiləsiz, sistematik ardıcıl təsiri prosesidir. Burada məqsədli iş sistemi qurulur. Tərbiyə işi insanın bütün həyatı boyu davam edir, nəticəsi gec görünən və insanın əməllərində özünü göstərən bir prosesdir.