Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 28. Sinif kollektivinin demoqrafik xarakteristikası



Yüklə 158,37 Kb.
səhifə29/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   25   26   27   28   29   30   31   32   ...   62
sos pdqgk imt

Sual 28. Sinif kollektivinin demoqrafik xarakteristikası
Cavab:
Sinfin demoqrafik xarakteristikası. Sinfin demoqrafik xarakteristikası ailənin tipini, sosial-peşə və təhsil strukturunu və s.-ni özündə əks etdirir. Onlardan hər biri ilə əlaqədar olaraq şagirdin təlim fəaliyyətində də özünəməxsus cəhətlər meydana çıxır. Sinfin demoqratik xarakteristikasını sinfin mənimsəmə səviyyəsi yönümündə təhlil etdikdə, bu cəhətləri asanlıqla görmək olar. Lakin əsaslı pedaqoji nəticə çıxarmaq üçün təkcə sinfin demoqrafik xarakteristikası ilə mənimsəməsəviyyəsinin əlaqəsini nəzərdən keçirmək hələ kifayət deyildir. Məsələni ətraflı təhlil etmək üçün bütün digər şərtlərlə yanaşı hər bir şagirdin sosial inkişaf şəraitini demoqrafik-pedaqoji istiqamətdə aydınlaşdırmaq lazımdır. Şagirdləri öyrənmək üçün onların demoqrafik bioqrafiyasının əhəmiyyəti xüsusila böyükdür.
Şagirdlərin demoqrafik bioqrafiyası. Sagirdlərin demoqrafik bioqrafiyasında onların tərcümeyi-halı demoqrafik proseslərə görə araşdırılır və bu zaman demoqrafik baxımdan onun həyatı üçün səciyyəvi olan mühüm faktlara xüsusi diqqət yetirilir.
Sinif kollektivinin demoqrafik xarakteristikası və şagirdlərin demoqrafik bioqrafiyası səciyyəvi faktlar axarında təhlil edildikdə, məlum olar ki, şagirdlərin təlimə münasibətinin inkişaf dinamikası ilə demografik proseslərin, xüsusilə boşanma və ölüm nəticəsində ailələrin demoqrafik inkişaf mərhələlərində əmələ gələn dəyişikliklər arasında müəyyən əlaqə vardır. Məsələn, məktəb təcrübəsində belə faktlara tez tez rast gəlmək olar ki, “atası öləndən sonra pis oxu mağa başladı”, “atası evdən gedənə qədər yaxşı oxu yurdu” və s..
Görəsən, demoqrafik amillərin şagirdlərin təli mə münasibətinin formalaşmasına neqativ təsiri nə ilə bağlıdır? Onları dərs prosesində necə nəzərə almaq olar?
Müasir pedaqoji psixologiyada təlimdə geridəqalan şagirdlərin idrak fəaliyyəti təlimə qabillik anlayışı əsasında təhlil edilir. Təlimə qabillik isə təlim prosesində bilik, bacarıq və vərdişlərin mənimsənilməsi sürəti və keyfiyyətinin fərdi göstəricisi sayılır.
Müasir təsəvvürlərə görə, şagirdlərin təlimdə geridəqalmasında da onların fikri fəaliyyətində əmələ gələn xüsusiyyətlər həlledici rol oynayır. Lakin bununla belə, təlimdə geridəqalma öz-özlüyündə sırf pedaqoji proses deyil. O, bilavasitə şagirdin şəxsiyyəti ilə bağlıdır və ancaq şəxsiyyəti baxımından düzgün təhlil oluna bilər. Bu cəhətdən təlimdə geridəqalma hallarını araşdırarkən şagird şəxsiyyətinin istiqamə tini də nəzərə almaq lazımdır.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin