Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 30. A.S.Makarenkonun kollektiv haqqında nəzəriyyəsi



Yüklə 158,37 Kb.
səhifə31/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   27   28   29   30   31   32   33   34   ...   62
sos pdqgk imt

Sual 30. A.S.Makarenkonun kollektiv haqqında nəzəriyyəsi
Cavab:
Kollektivdə şəxsiyyətin tərbiyəsi həm tarixən, həm də mahiyyət etibarilə A.S.Makarenkoya aiddir. Onun fəaliyyətə başladığı dövrdə şagird kollektivi məsələsi həm nəzəri, həm də təcrübi cəhətdən çox az işlənmişdir. Sovet hakimiyyətinin ilk illərində uşaq kollektivi haqqında nəzəriyyələrdə bioloji amilə daha çox yer verməklə təhriflər edilirdi. Məsələn Ukrayna pedaqoqu S.Molojavının kollektivi “bu və ya digər qıcıqlandırıcılardan birlikdə mütəəssir olan və bir-birinə qarşılıqlı təsir göstərən şəxslər qrupu” kimi təsvir edir və onun sosial yox, biloji tərəflərini əsas götürürdü. A.S.Makarenko o dövrdə bu təhriflər ilə mübarizə aparır, bir tərəfdən isə “yeni sovet adamı”nı yetişdirə bilən sovet kollektivinin düzgün təşkili forma və yollarını axtarırdı. O, kollektiv nəzəriyyəsində əldə etdiklərini geniş pedaqoji təcrübədən keçirməklə onun düzgünlüyünü müəyyənləşdirirdi. O yazırdı: ”qarşılıqlı təsir və birlikdə mütəəssir olmaq sözləri insan münasibətlərini, içtimai münasibətləri ifadə etmir, bu sözlər lap uzaqdan biologiya qoxusu saçır, bu sözlər meymun sürüsünə və ya poliplər dəstəsinə, yaxud başqa bunun kimi bir şeyə aid olar, hər halda insanlar kollektivinə, insan fəaliyyətinə aid ola bilməz”.
A.S.Makarenko şəxsiyyətin mütəşəkkil kollektivdə formalaşdırılmasını nəzəri cəhətdən əsaslandırmaqla bərabər, bu nəzəriyyənin doğruluğunu təcrübədə də isbat etmişdir. O, həm nəzəriyyə, həm də təcrübəyə əsasən kollektivə iki tərif vermişdir: ”Kollektiv – mütərəqqi şəxslərin, kollektiv orqanlara malik şəxsiyyətlərin məqsədə yönəlmiş kompleksidir”. Bu tərifdə kollektivin iki əlaməti ifadə olunmuşdur:
1-ci əlamət – kollektiv üzvlərinin birgə məqsəd ətrafında birləşməsi;
2-ci əlamət-kollektivin idarəedici orqanlara malik olması.
A.S.Makarenko qeyd edir ki, kollektivin kollektiv olması üçün ümumi məqsəd ilə bərabər, bu məqsəd uğrunda aparılan mütəşəkkil mübarizə və fəaliyyət mühüm şərtdir. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün isə kollektivin kollektiv orqanları vasitəsilə təşkilatlanması lazım gəlir.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin