Sual 19. Təlimdə şagirdlərin sosial fəallıq və əməkdaşlığının formalaşdırılması Cavab: Təlimin başlıca sosial vəzifəsi uşaq və gənclərin sosial fəallığını təmin etməkdən, insanlarla fikir mübadiləsi aparmağı, kollektiv fəaliyyət göstərməyi və müəyyən problemlərin birgə həlli yollarını axtarıb tapmaq bacarıqlarını formalaşdırmaqdan ibarətdir. Təlim insanın ünsiyyət, informasiya mübadiləsi, qarşılıqlı münasibət qurmaq və özünü ifədə etmək tələbatlarının ödənilməsinin vacib şərtidir. Təlimdə şagirdlərin sosial əməkdaşlıq motivlərinin ödənilməsi üçün böyük imkanlar və bu imkanların reallaşması üçün əlverişlı şərait yaradılmalıdır. Təlimdə şagirdləri kollektiv müzakirələrə, diskussiyalara, öz müvqeyini müdafiyə etməyə və müstəqil rəy söyləməyə cəlb etmək çox əhəmiyyətlidir. Bunun üçün təlimin kollektiv və qrup formalarına geniş yer vermək, fərdi işdən kollektiv fəaliyyətə və ya əksinə keçmək, habelə onların optimal variantlarını seçib tətbiq etmək lazım gəlir. Təlimin mövcud imkanlarından, o cümlədən təlim texnologiyalarından səmərəli istifadə etməklə bunları təmin etmək mümkündür.
2. Şagirdlərin sosial inkişafı və onlarda sosial əməkdaşlıq motivlərinin formalaşması təlimin təşkilindən, onun hansı formada qurulmasından və xarakterindən sosial əməkdaşlıq üçün müxtəlif təlim formaları ilə şagirdlərin sosial əməkdaşlığının səviyyəsi arasındakı əlaqəni öyrənməyin böyük əhəmiyyəti vardır. Bu məsələ həmişə pedaqoqların diqqət mərkəzində olmuş, bununla bağlı konsepsiyalar irəli sürmüşlər. Tarix boyu təlimin müxtəlif formaları – fərdi, qrup, kollektiv formaları bir-birini əvəz etmiş sosial tələbatdan asılı olaraq bu və ya diğər təlim forması aparıcı olmuşdur. XV-XVI əsrə qədər fərdi təlim forması mövcud olmuşdur. XVI əsrdən başlayaraq kapitalizmin inkişafı ilə kütləvi savadlı fəhlələrə olan ehtiyacla bağlı kollektiv təlim forması (sinif-dərs sistemi,standart təlim, qarşılıqlı təlim formaları) meydana gəlmişdir. XX əsrin əvvəllərindən başlayaraq bu forma yenidən fərdi forma ilə (Dalton-plan forması) bəzi ölkələrdə isə qrup forması ilə (laborator-briqada forması) əvəz olunmuşdur.
XX əsrin əvvəllərində bəzi ölkələr yenidən kollektiv təlim formasına qayıtmış bir çox ölkələrdə (ABŞ və Qərbi Avropada) kollektiv qrup və fərdi formalar əlaqələndirulmiş (ABŞ-da Trampa planı, Kembric-plan, İyena-plan, Vinetrka-plan, Diferensial təlimə əsaslanan Manheym sistemi və b.) eyni zamanda fərdi formalar – müxtəlif müəssisə və cəmiyyətlərin yaratdığı tədris mərkəzlərindəki fərdi iş formaları tətbiq olunmuşdur (Hovard-plan, Divarsız məktəblər, Açıq məktəb, Təlim mərkəzləri, Təhsil parkları və s.). Hazırda bir çox ölkələrin təhsil sistemində kollektiv forma kimi sinif –dərs formasından istifadə edilir.
Təlimin qrup formasının kollektiv formaya nisbətən üstünlükləri çoxdur. Əsas üstünlüyü şagirdlərin birgə fəaliyyətinin təşkilı üçün əlverişli imkanlar açılması ilə bağlıdır. Müxtəlif təlim formalarını müqayisəli şəkildə təhlil edən prof. H.Ə.Əlizadə haqlı olaraq göstərir ki, istər fərdi istərsə də frontal formalar mahiyyətcə intellektual fəaliyyətin aktivləşdirulməsi prinsipinə əsaslansalar da bu prosesdə sosial motivlər nəzərə alınmır. Tədqiqatlar göstərir ki, fərdi və frontal iş zamanı müəllimlər şagirdlərin birgə fəaliyyətini təşkil edə bilmirlər. Çünki fərdi və frontal iş formalarının özləri buna imkan vermir. Prof. H.Ə.Əlizadə qrupla təlim formasının bir sıra xüsusiyyətlərini müəyyən etmişdir:
Sinifdə qrupları təşkil edərkən şagirdlərin bilik səviyyəsi ilə yanaşı onların qarşılıqlı münasibətlərinin xarakteri-əməkdaşlıq səviyyəsi nəzərə alınmalıdır
Qrupda şagirdlərin optimal miqdarı 5-7 nəfərdən ibarət olmalıdır.
Qrupla iş iki formada – bütün qruplar üçün ümumi və differensiv tapşırıqlar şəklində təşkil olunur
Dərsdə qrupla iş V-XI siniflərdə səmərlidir.
Dərsdə şagirdlərin birgə fəaliyyətinin qrup formasında təşkili prosesində şagirdlərdə sosial əməkdaşlıq motivlərinin formalaşması üçün əlverişli şərait yaranır. Bir birinə kömək edir, məsləhətləşir, tapşırıqları birlikdə müzakirə edir və bir-birilərinə qarşılıqlı nəzarət edirlər.
Qrup formasında iş şagird kollektivinin möhkəmlənməsi və inkişafı üçün əlverişlı şərait yaradır, onun formal və qeyri-formal strukturlarının bir-birinə yaxınlaşması baş verir.
Qrupla birgə iş şagirdin fəal həyat mövqeyinin özünütənzimləmə və üzünüqiymətləndirmə qabiliyyətlərinin inkişafına, habelə öz hərəkətlərini qrup üzvləri ilə razılaşmaq və əlaqələndirmək, ünsiyyət prosesində yaranan münaqişələri aradan qaldırmaq, bacarıqlarına yiyələnməsinə kömək göstərir.