Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 17. Pedaqoji münaqişələr və onların həlli



Yüklə 158,37 Kb.
səhifə17/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   13   14   15   16   17   18   19   20   ...   62
sos pdqgk imt

Sual 17. Pedaqoji münaqişələr və onların həlli
Cavab:
Pedaqoji prosesin rəvan getməsinə mane olan səbəblərdən biri də müəllim-şagir münaqişələridir ki, bu da təlim və tərbiyə prosesində şəxsiyyətlərarası anlaşmanı çətinləşdirir. Şagirdlərin daxili aləmini duya bilməyib, onların davranış motivlərini düzgün qiymətləndirə bilməyən müəllimlər yuxarı siniflərdə, xüsusilə yeniyetməlik dövrünə təsaduf edən VII-VIII siniflərdə yeniyetməlik yaş dövrünün xüsusiyyətlərini, böhranlı dövr olmasını nəzərə almadıqda münaqişələr qaçılmaz olur. Yeniyetməlik dövründə baş verən akselerasiya hadisəsi ilə yaşlılıq törəməsinin yaranması da pedaqoji prosesdə bir sıra sosial-pedaqoji gərginlik yaradır. Bu zaman ailədə də uşaqda gedən sürəkli psixoloji və fizioloji inkişafı nəzərə almamaq yeniyetmənin ünsiyyətini çətinləşdirir, belə ki, artıq özünü yaşlılara bənzədən uşağın mənlik şüurunda və əxlaqında gedən köklü dəyişikliklərlə onların ünsiyyət tələbatındakı yeni cəhətləri nəzərdən qaçırılır. Məhz bu dövrdə müəllimlər şagirdlərlə münasibətlərini yeniyetməlik yaşına uyğun, bu yaş dövrünün xüsusiyyətlərini nəzərə alaraq qurmalıdırlar. Əks təqdirdə müəllim-şagird ixtilafları qaçılmaz olur. Bu münaqişələr zamanı hər iki tərəf bu münaqişəyə subyektiv münasibət bəsləyir, emosional gərginliklə müşayət olunan belə şəraitdə tərəflər bir-birini başa düşə bilmirlər. İxtilafın yaranmasında şagirdi günahkar sayan müəllim yerli-yersiz onu danlayıb adi hərəkətinə belə irad tutmaqla, müxtəlif cəzalarla cəzalandırmaqla psixoloji gərginliyi daha da artırır.
Şagirdlər belə münaqişələrdə özlərini haqlı sayıb açıq və ya gizli formada müəllimə müqavimət göstərirlər. Bəzən zahirən müəllimin dedikləri ilə razılaşsa da daxilən müəllimlə barışmır və sonda bu müəllimə qarşı kinə çevrilir. Belə ixtilaflar bir çox hallarda valideyinlərin də işə qarışması nəticəsində həll olunur. Ailəsində boşanma və ya valideyin itgisi olan uşaqlarla isə belə ixtilaflar asanlıqla həll olunmur, çünki belə şəraitdə müəllimin şagirdə görə onun valideynini günahlandırması vəziyyəti daha da gərginləşdirir. Bu zaman ortaya digər “müəllim-valideyin” münaqişəsinin çıxmasına şərait yaranır. Məlum məsələdir ki, belə ixtilafların baş verməməsi üçün və ya onların uğurlu həlli üçün müəllimin pedaqoji ustalığı və pedaqoji taktı əsas faktordur.
Bu ixtilaflar zamanı cəzalandırmanın düzgün tətbiq edilməməsi psixoloji effektlərə gətirib çıxarır. Cəzaların sayı artıqca şagird müəllimdən bir o qədər uzaqlaşır, müəllimin təsir imkanları getdikcə öz qüvvəsini itirməyə başlayır. Bu zaman şagird yalan danışmağa, müəllimi aldatmağa, imkan düşən kimi ələ salmağa başlayır. Belə ixtilaflar zamanı onların həll olunması üçün təkcə bir tərəfin, şagirdin islah olunması yetərli deyil, müəllim də öz hərəkətlərini pedaqoji cəhətdən təhlil edib özünə tənqidiyanaşmağı bacarmalıdır. Halbuki belə münaqişələr zamanı müəllim şagirdi islah etməyə çalışsa da öz mövqeyində dəyişiklik etməyə tələsmir. Məktəb rəhbərliyinin belə hallarda birtərəfli mövqeyi, yəni daha çox müəllimin tərəfində olması yeni ixtilafların yaranmasına münbit şərait yaratmaqla, onları qaçılmaz edir.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin