Hər hansı bir qrup həmişə müəyyən bir məqsəd zəminində formalaşır.Sosial-pisxoloji tədqiqatlar (N.Obozov) şəxsi qarşılıqlı münasibətlərin aşağıdakı tiplərini fərqləndirmək imkanı verir:
1. tanışlıq münasibətləri
2. yoldaşlıq münasibətləri
3. dostluq münasibətləri
4. ər-arvad münasibətləri
Şəxsi qarşılıqlı münasibətlərin kökü insanların hisslər aləmi ilə bağlıdır.Onlar,birinci növbədə, emosional amillər zəminində formalaşırlar.Tanışlığın asanlıqla yoldaşlığa,hətta dostluğa və ər-arvad münasibətlərinə çevrilməsi ilə ,birinci növbədə, məhz bununla izah edilir.
Son zamanların önəmli tədqiqatlar (V.Stolin, N.Qolosova) göstərir ki, insanların bir-birlərinə emosional münasibətləri təkcə “simpatiya-antipatiya” ilə məhdudlaşmır. Həmin münasibətlər üçölçülü struktura (simpatiya-antipatiya; hörmət-hörmətsizlik; yaxınlıq-uzaqlıq) malikdir.
Emosional münasibətlərin üçölçülü strukturu universal xarakter daşıyır.Şəxsi qarşılıqlı münasibətlərin hamısı üçün ümumi cəhət ondan ibarətdir ki, onlar insanların ünsiyyət tələbatının zəruri nəticəsi kimi meydana çıxırlar.
Şəxsi qarşılıqlı münasibətlər axarında insanlar bir tərəfdən bir-birlərini, digər tərəfdən özlərini şəxsi qarşılıqlı münasibət sistemində qiymətləndirilər.Onun əsas mexanizmini sosial-psixoloji refleksiya təşkil edir.
1. İnsanlar bir-birlərini necə qiymətləndirirlər?
İnsanların bir-birlərinə verdikləri emosional qiymətlər şəxsi qarşılıqlı münasibətlərin formalaşması prosesində mühüm rol oynayır. Lakin tədricən emosional qiymətlər intellektual, mənəvi estetik qiymətlərlə üzvü surətdə birləşir. Bu əsasda, bir tərəfdən, hisslər, digər tərəfdən, emosional münasibətlər intellektuallaşır.
Bütün insan münasibətləri kimi şəxsi qarşılıqlı münasibətlərdə də üç komponenti – koqnitiv , affektiv və davranış komponentlərini ayırd etmək zəruridir.
2. Şəxsi qarşılıqlı münasibətlərin formalaşmasında partnyorların şəxsiyyətəməxsus keyfiyyətləri önəmli rol oynayır.
Şübhəsiz ki, insanın malik olduğu keyfiyyətlərin hamısı öz-özlüyündə şəxsi qarşılıqlı münasibətlərin təşəkkülünü eyni dərəcədə şərtləndirə bilməz. İnsanın gözəllik , mənəvi təmizlik, borc, kişilik,qadınlıq və s. Haqqında malik olduğu stereotip,etalon və ideallar onun qavradığı adamın şəxsiyyətini anlamağa mühüm təsir göstərir.
3. Şəxsi qarşılıqlı münasibətlərin hər bir tipi psixoloji məsafə ilə xarakterizə olunur.
Ər-arvad münasibətləri onların arasındakı psixoloji məsafənin xarakterinə görə intim,dostluq münasibətləri , şəxsi , yoldaşlıq və tanışlıq münasibətləri isə sosial münasibətlər kimi formalaşırlar.
Şəxsi qarşılıqlı münasibətlərin inkişafı konteksində maraqlı bir paradoks -dərketmə paradoksu müşahidə olunur. Onun iki variantına daha çox təsadüf olunur:
a) İnsanlar “simpatiya-antipatiya”,”hörmət-hörmətsizlik”,”yaxınlıq-uzaqlıq” dixotomiyası kökündə öz münasibətlərini emosional surətdə dərk edirlər.Onların şəxsi qarşılıqlı münasibətləri bu zəmində ya qaynaqlanır, ya da tədricən öləziyir.
b) Şəxsi münasibətlər sistemində əslində əlverişsiz vəziyyətdə olan şəxslər qrup üzvlərinə yüksək tələblər verir, onların işlərinə qarışırlar. Bunların hamısı psixoloji cəhətdən qeyri-adekvat reaksiyalardır. Məhz buna görə də onlar qrupda həmin şəxsin vəziyyətini daha da pisləşdirirlər.
Qrup üzvlərinin şəxsiyyətlərarası münasibətlər sahəsindəki vəziyyəti ilə iddia səviyyəsi arasındakı asılılıq spesifik psixoloji fenomen kimi “dərketmə paradoksu” adlanır.
“Dərketmə paradoksu” sosial psixologiyada yeni problem olmasa da, hələ sistemli öyrənilməyib.