Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Sosial psixologiyada şayiə problemi



Yüklə 93,9 Kb.
səhifə21/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   17   18   19   20   21   22   23   24   ...   51
Sosial psixologiya (1)

Sosial psixologiyada şayiə problemi

Müəyyən bir hadisə haqqında hələ heçnə ilə təsdiq olunmayan, lakin insan kütləsində bir şəxsdən başqasına şifahi surətdə verilen “məlumata” şayiə deyilir.
Şayiələr çox vaxt yalan, təhrif olunmuş informasiyanın mənbəyinə çevrilirlər.
Sosial psixologiyada şayiələri müəyyən əlamətlər üzrə təsnif edirlər. İnformasiya ve ekspressiv tipli şayiələri xüsusilə fərqləndirirlər.
İnformasiya tipli şayiələrdə ön plana şayiənin həqiqətə uyğunluq dərəcəsi keçir.
Ekspressiv tipli şayiələr də müxtəlifdir. Onların arasında 1)qorxu ilə bağlı olan, 2)təcavüz səciyyəli şayiələr daha təhlükəlidir. Onlar insanların normal fəaliyyetinə xələl gətirir ve elə bu niyyətlə də yaradılır.
Şayiələr müxtəlif formalarda yayılır. Bir halda onlar sadəcə olaraq hər hansı bir hadisə haqqında məlumat kimi əmələ gəlir. Bəzi hallarda isə şayiə müəyyən bir əhvalat kimi meydana çıxır. Şayiələr bəzi xüsusiyyətlərlə seçilir:
• Onlar sosiumda şifahi surətdə yayılır;
• Özlərinin mahiyyətcə dəqiq olmaması ile seçilirlər;
• Şayiələr sosial gərginlik şəraitində asanlıqla əmələ gəlir ve yayılır: Onlar hamını yaxından maraqlandıran, lakin haqlarında konkret informasiya olmayan hadisələrə və adamlara aid olanda , sosiumda böyük əks-səda doğurur, ağızdan-ağıza gəzir.
• Şayiələrin zaman xarakteristikası var: bəzi şayiələrin ömrü qısa olur, onlar asanlıqla unudulurlar.
Şayiənin meydana gəlməsi və yayılması bir sıra səbəblərlə əlaqədardır. Əvvələn, adamların vacib hesab etdikləri məsələ barədə səhih məlumat əldə edə bilmədikləri şəraitdə şayiənin yaranmasına əlverişli zəmin olur. Çünki bu halda adamlar həmin məsələ barədə müəyyən məlumat əldə etməyə can atırlar, bəzən həqiqi informasiya mənbəyi olmadıqda isə onlar təxəyyüllərini işə salır, müxtəlif ehtimallar irəli sürürlər.
Yadda saxla---> İkinci tərəfdən, şayiələr bəzən qəsdən yayılır. Şayiənin tez yayılmasının bir əsası odur ki, onlar adamların müəyyən məsələ barədə informasiyaya olan ehtiyacını təmin edir və onun düzgün olub-olmaması bu zaman ikinci plana keçir.
Bəzən də şayiənin yayılması adamların bir –birinə həqiqətən kömək etmək niyyəti ilə bağlı olur. Məsələn, müəyyən təhlükəni (müharibə şəraitində düşmənin yaxınlaşması haqqında) xəbər vermək buna misal ola bilər.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin