Sosial psixologiyanin metodoloji VƏ metodiKİ MƏSƏLƏLƏRİ Nəzərıyyə, eksperiment və praktika


Sosıal-psıxoloji tədqıqatın metodoloji məsələləri: ümumi və xüsusi metodologiya, konkret metodiki priyomlar



Yüklə 24,39 Kb.
səhifə2/3
tarix29.12.2021
ölçüsü24,39 Kb.
#48341
1   2   3
s.p.3

2. Sosıal-psıxoloji tədqıqatın metodoloji məsələləri: ümumi və xüsusi metodologiya, konkret metodiki priyomlar

Psixoloji tədqiqatın metodları dedikdə, bu elmin öz predmetini, mövzusunu tədqiq etmək üçün istifadə etdiyi yol və vasitələrin məcmuyu nəzərdə tutulur. Hər bir elm sahəsində olduğu kimi, sosial psixologiyanın da tətqiqat metodları onun metodolo- giyası ilə bağlıdır.

Metodologiya nədir? Müasir elmdə metodologiya termini üç mənada işlənilir. Bunlar aşağıdakılardan ibarətdir:

1. Ümumi metodologiya;

2. Xüsusi metodologiya;

3. Metodologiya - konkret metodik priyomların məcmuyu kimi.

I. Ümumi metodologiya dedikdə tədqiqatçınm istinad etdiyi iimumi fəlsəfi yanaşma, ümumi idrak üsulu nəzərdə tutulur. Sosial psixoloji araşdırmalar dövrün fəlsəfı postulatlarına söykənməli və onlarla bilavasitə səsləşməlidir.

II. Xüsusi metodologiya dedikdə, bir tərəfdən, tədqiqatçmın əsaslandığı sosial-psixoloji konsepsiya, digər tərəfdən, sosial psixologiyanın metodoloji prinsipləri nəzərdə tutulur. Bu prinsiplər mtixtəlifdir. Onlardan bəzilərini qeyd edək.

Determinizm (latmca determunase - müəyyən et- mək deməkdir) ictimai və təbii hadisələrin səbəbi haqqmda təlimdir. Determinizm prinsipinə görə psixoloji hadisələr maddi həyat vasitələri, istehsal üsulunun inkişaf qanunları ilə, ictimai münasi- bətlərlə, sosial həyat tərzi ilə müəyyən olunur və onların dəyişilməsi ilə də dəyişilir.

Sosial determinizm prinsipi sosial-psixoloji hadisələri, ümumiyyətlə deyil, müəyyən bir cəmiyyətə məxsus sosial-psixoloji hadisələr kimi öyrənməyi tələb edir. Bu zaman cəmiyyətin istehsal üsulunun və buna müvafıq olaraq sosial strukturunun xüsusiyyətlərini zəruri surətdə nəzərə almaq lazımdır.

Sistemli yanaşma prinsipi psixoloji hadisələri, o cümlədən sosial-psixoloji hadisələri müxtəlif koordinatlar sistemində nəzərdən keçirmək və onları şərtləndirən amilləri elmi baxımdan ətraflı təhlil etmək imkanı verir.

Sosial psixologiya fəaliyyət prinsipini özünün əsas prinsiplərindən biri kimi qəbul edərkən onu öz predmetinin, xüsusilə sosial qruplarm xüsusiyyətlərinə müvafıq surətdə tətbiq edir. Q.A.Andreyevanm fıkrincə, sosial psixologiyada fəaliyyət prinsipinin məzmunu aşağıdakı müddəalarla xarakterizə oluna bilər:

a) fəaliyyət insanların birgə sosial fəaliyyəti kimi başa düşülür, bu zaman onların arasında özünəməxsus rabitələr, məsələn, kommunikativ rabitələr yaranır;

b) yalmz fərd deyil, həm də qruplar, cəmiyyət fəaliyyət subyekti kimi başa düşiilür, yəııi sosial-psixoloji nəzəriyyəyə kollektiv fəaliyyət subyekti ideyası daxil edilir; bu, real sosial qrupları müəyyən fəaliyyət subyekti kimi tədqiq etmək imkanı verir;

c) qrupu fəaliyyət subyekti kimi öyrəndikdə, fəaliyyət subyektinin bütün müvafıq atributlarını - qrupun tələbatlarını, motivlərini, məqsədlərini öyrənmək imkanı yaramr;

d) buradan isə belə bir nəticə çıxır ki, müəyyən «sosial konteksti» - cəmiyyətin ictimai münasibətlə- rini nəzərə almadan sosial-psixoloji hadisələri yalnız empirik surətdə təsvir etmək, fərdi fəaliyyət aktlarmı sadəcə olaraq təs- bit etmək diizgün deyildir.

III. Metodologiyanı konkret metodiki priyomların məc- muyu kimi nəzərdən keçirdikdə adətən sosial-psixoloji tədqiqat metodikalarım aydınlaşdırırlar. Hər bir psixoloji tədqiqatın, o cümlədən sosial psixoloji tədqiqatın konkret metodikası olur. Konkret tədqiqat metodikası ümumi və xüsusi metodologiya əsasında işlənilir.

Konkret tədqiqat metodikasını işlərkən onıın elmi xarakter daşımasına xüsusi diqqət yetirmək lazımdır. Bunun üçün sosial- psixologiyanm yuxarıda nəzərdən keçirdiyimiz prinsipləri ilə yanaşı elmi idrakın metodikasından irəli gələn, tədqiqatm səmərəli olmasını şərtləndirən meyarları - metodun əsaslı olması (validliyi), mötəbərliyi, reprezentativliyi, informasiyanm dəqiqliyi və s. nəzərə alınmalıdır.

Həmin meyarlara görə, tədqiqat metodları tədqiqatm məq- səd və vəzifələrinə müvafıq olmalıdır, nəzərdə tutalan bu və ya digər əlaməti müəyyən etmək və ölçmək imkanı verməlidir (metodun validliyi). Konkret tədqiqat metodikasmı elə işləmək lazımdır ki, o, hətta müxtəlif şəraitdə təkrar edildikdə, eyni nəticə alınsın (tədqiqatınmötəbərliyi). Bu cəhətdən tədqiqat sahəsinin və öyrəniləcək adamların miqdarmm düzgün seçilməsi də mühiimdür. Xüsusilə kütləvi prosesləri tədqiq edərkən, məsə- lən, rəyi öyrəniləcək adamları elə seçmək lazımdır ki, bu zaman müxtəlif sosial qruplarm nisbəti düzgün nəzərə alınsın ( tədqiqatın reprezentativli-yi) Psixoloji tədqiqatda informasiyanın dəqiqliyi öyrənilən adamlarm miqdarı ilə bilavasitə bağlıdır. Tədqiqat prosesində nə qədər çox adam öyrənilsə, informasiyanm dəqiqliyi bir o qədər yüksək olar.

Konkret psixoloji tədqiqat metodikasmda, şərti surətdə olsa da, dörd mərhələni fərqləndirmək olar.

Birinci mərhələ hazırlıq mərhələsidir. Bu mərhələdə müxtəlif yollarla ( miişahidə,anket və ilkin məlumat toplanılır: onların əsasmda tədqiqatın empirik, məntiqi və nəzəri vəzifələri həll edilirTədqiqatm ikinci mərhələsi eksperimental ( xarakter daşıyır. Bu mərhələdə tədqiqatın konkret metodikası reallaşdırılır.

Tədqiqatm üçüncü mərhələsində tədqiqat materialları kəmiyyət baxımından təhlil olunur.

Dördüncü mərhələdə isə materiallar psixoloji nəzəriyyə əsasında şərh edilir, nəticə eti barilə fərziyyənin düzgünlüyü və ya səhv olması aydmlaşdırılır.


Yüklə 24,39 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin