Sosialogiyanın predmeti və vəzıfələri


Sosial institutların latent funksiyasını təhlil edin



Yüklə 131,59 Kb.
səhifə26/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   23   24   25   26   27   28   29   30   31
Sosialogiyadan imtahan sualları

Sosial institutların latent funksiyasını təhlil edin.

Latent (gizli) funksiyalar. Sosial institutlann fəaliyyətlərinin birbaşa nəticələri ilə yanaşı, gözlənilməyən, yəni əvvəlcədən planlaşdınimış insani məqsədlərdən uzaq olan nəticələr də mövcuddur. Sonuncular cəmiyyət üçün ciddi narahatlıq yaradır. Belə ki, dini ideologiya öz etiqadlanm təbliğ etməklə təsirini möhkəmləndirməyə çalışır. Lakin bu məqsədlərin reallaşması gedişində elə insanlar meydana gəlir ki, onlar din naminə və din pərdəsi altında öz gizli niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Məsələn, fanatiklər başqa dinə etiqad edənləri təqib edirlər. Belə hal dini zəmində sosial münaqişələrin yaranmasına kömək edir. Bu baxımdan Azərbaycanda da ayrı-ayn xeyriyyə təşkilatlanam bəzən missionerlik fəaliyyəti ilə məşğul olduğu qeyd edilməlidir.

Buradan aydındır ki, yalnız institutlann bütün funksiyalanni, o cümlədən latent funksiyalanm öyrənməklə biz onlann əsl simasını və məqsədlərini müəyyən edə bilərik. Bəzən sosioloqlar ilk baxışdan anlaşılmayan belə hadisə ilə üzləşirlər: institut öz həqiqi funksiyasını yerinə yetirmir və cəmiyyətdə onun fəaliyyətinə qarşı müəyyən maneçilik göstərilir. Lakin buna baxmayaraq o, öz işində davam edir. Bu hal onunla bağlıdrr ki, həmin institutun üzvləri gizli şəkildə öz məqsədlərinə nail olurlar. Deməli, latent funksiyaların öyrənilməsi ilk növbədə cəmiyyətin sosial strukturunda baş verən prosesləri müfəssəl öyrənmək üçün mühüm sosial və praktik əhəmiyyət kəsb edir.



  1. Ailənin sosial mahiyyətini araşdırın.

  2. Sosial etnik münaqişələrin yaranma səbəblərini araşdırın.

Sosial-etnik münaqişələr müəyyən səviyyədə cəmiyyətin inkişafinm bütün mərhələlərində mövcud olmuşdur. Bunun əsas səbəblərini inkişafin qeyri-bərabərliyi, ərazi, dil, mənəvi həyat və adət-ənənələrin müxtəlifliyi, milli mədəniyyətlərin özünəməxsusluğunun qorunması, sosial nemətlərə nail olmaqdakı fərqlər, öz problemlərini digər xalqlann hesabına həll etmək cəhdləri təşkil edir. Keçmiş SSRİ-də milli siyasət və milli suverenliklə bağlı buraxılmış səhvlər bu gün mövcud olan konfliktlərin əsas səbəblərini şərtləndirir. Xüsusilə həmin dövrdə millətlərin milli suveren hüquqlan - hər bir millətin öz sosial-siyasi quruluşunu seçmək azadlığı, ərazi bütövlüyü, iqtisadi sərbəstliyi və s. hüquqlan kobud surətdə pozulmuşdur.

Məhz buna görə də keçmiş sovet məkanında etnik və millətlərarası münaqişələrin kəskinləşməsi səbəbləri üzərində daha ətraflı dayanmaq məqsədəuyğundur. Şübhəsiz, millətlərarası münaqişələrin yaranmasına şəxsiyyətə pərəstiş illərində milli problemlərin həllində yol verilmiş ciddi səhvlər və əyintilər də öz mənfi təsirini göstərmişdi. Xüsusilə, artıq 30-cu illərin əvvəllərindən başlayaraq guya SSRİ-də milli məsələnin həll olunması ilə əlaqədar olaraq ayn-ayn müttəfiq respublikalarda fəaliyyət göstərən milli şöbələr ləğv edilmiş, millətlərin qovuşması prosesi süni surətdə gücləndirilmişdir. Əgər 1926-cı ildə siyahıya alınma zamanı SSRİ-də 200-ə yaxın millət, xalq, etnik qrup qeydə alınmışdırsa, 1939-cu ildə bunlann sayı 99-a endirilmişdir. Deməli, 13 il ərzində bu göstərici 2 dəfə azalmışdır. Xalqlarm etnik xüsusiyyətlərinin nəzərə alınmaması, süni surətdə assimilyasiya ayn-ayn sosial-etnik qruplann bir-birindən uzaqlaşmasını, yadlaşmasmı və son nəticədə ciddi sosial narazılıqları şərtləndirirdi. Burada həmçinin kütləvi repressiyalar, bütöv xalqlann öz ənənəvi yaşayış yerlərindən köçürülməsi, bir çox partiya və dövlət xadiminin, milli ziyalılann təqib olunması kimi neqativ proseslər də nəzərə alınmalıdır.

Millətlərarası münasibətlərin kəskinləşməsi həm də dövlətin, mərkəzin yeritdiyi siyasətdə regionlann maraqlarının lazımi dərəcədə nəzərə alınmaması, nazirliklər və idarələr tərəfindən müttəfiq respublikalann, eləcə də digər ərazi-dövlət qurumlannm mənafelərinin pozulması ilə əlaqədar idi.

Millətlərarası münasibətlərin kəskinləşməsinin səbəblərindən biri də 80-ci illərin sonu - 90-cı illərin əvvəlində Sovet İttifaqına rəhbərlik etmiş şəxslərin korrupsiyaya qurşanmasmın, vəziyyəti real qİ5mıətləndirə bilməməsinin, ayn-ayn mafioz qruplarla əlaqələrinin, millətçilik təzahürlərinə qarşı ardıcıl mübarizə apanimamasmm nəticəsi idi. Həmin dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərdən biri Y. K. Liqaçov 1989-cu ilin sentyabnnda etiraf etmişdi ki, «ötən ilin yazında mən Zaqafqaziyanın iki respublikasının sərhədlərinin dəyişdirilməsinin əleyhinə olduğumu birmənalı şəkildə deyən [156 - 157] kimi bu, millətçiləri hövsələdən çıxartdı və onlann bəd əməllərini çox gözləmək lazım gəlmədi». Etnik münaqişələrin qızışdırılmasında bir sıra kütləvi informasiya vasitələri də əhəmiyyətli rol oynamışlar və indi də belə bir rol oynamaqda davam edirlər. Bəzən informasiya vasitələrində verilən məlumatlar qərəzli olur, bir xalqm digərinə qarşı nifrətini formalaşdırmağa xidmət edir




  1. Şəxsiyyətin dezinteqrasiyasınının sosial səbəblərini araşdırın.



  1. İctimai rəyin ifadə vasitələrini təhlil edin.

Sosiologiya ictimai rəyin ifadə olunması prosesinin öyrənilməsini daim diqqət mərkəzində saxlayır. Ümumiyyətlə, ictimai rəyin ifadə olunması dedikdə, həyatın aktual problemləri üzrə fərdi və qrup xarakterli rəylərin bilavasitə və nümayəndəli demokratiya formaları vasitəsilə ifadə edilməsi başa düşülür.’

İctimai rəyin ifadə olunma növləri və formaları olduqca müxtəlifdir. Bu baxımdan üç növü xüsusi olaraq fərqləndirmək lazımdır.

Birincisi, kortəbii surətdə ifadə olunan ictimai rəydir. Belə rəy müəyyən fərdin və ya fərdlər qrupunun gündəlik həyat şəraitinin təsiri altında formalaşır və hadisələrə bu səviyyədə münasibətini, qiymətini ifadə edir. Məsələn, küçədə, məhəllədə, bazarda, iş yerində və s. yerlərdə daxili və beynəlxalq məsələlərin müzakirə edilməsi, onlara münasibət [248 - 249] bildirilməsi, qiymət verilməsi məhz bu qəbildəndir. İctimai rəyin belə ifadə olunması özünün lokal xarakteri, çox zaman hadisələrin zahiri, səthi tərəflərinə əsasən fikir yürüdülməsi və əsl mahiyyətinə dərindən nüfuz edilməməsi, əksər hallar-da qeyri-dəqiq olması ilə səciyyələnir. Lakin dediklərimiz ictimai rəyin bu növünə laqeyd yanaşmaq, onu nəzərə almamaq üçün əsas olmamalıdır.

İkincisi, ictimai rəyin dövlət orqanlarının, ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin təşəbbüsü ilə ifadə olunmasını əhatə edir. Bu növə ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına dair mühüm əhəmiyyətli qanun layihələrinin ümumxalq müzakirəsini, mətbuat səhifələrində, radio və televiziyada həyatımızın ən aktual və əhəmiyyətli problemlərinin vaxtaşırı müzakirəsini və s. aid etmək olar. Təbiidir ki, bu növ daha əhatəlidir, ictimai praktikamıza daha möhkəm daxil olmuşdur.

Üçüncüsü, ictimai rəyin xüsusi sosioloji tədqiqatlar vasitəsilə əldə edilmiş nəticələrinin əhaliyə çatdırılmasıdır. Bu növ əsasən əhalinin müxtəlif qrup və təbəqələri arasında aparılan sosioloji sorğular vasitəsilə ifadə olunur. Məlum olduğu kimi, bu növ dünya praktikasında geniş yayılmışdır. Respublikamızda da bu istiqamətdə müəyyən addımlar atılmışdır. Sosioloji sorğular sosial informasiya əldə etməyin mühüm kanallandır. Onlar cəmiyyətdəki ümumi iqlimi başa düşməkdə və qİ5mıətləndirməkdə mühüm rol oynayır.

İctimai rəyə sosioloji yanaşma onun iki səviyyəsini fərqləndirməyi tələb edir. Bunlardan birincisi sözdə, danışıqda ifadə olunan səviyyədir. Buna verbal münasibət deyilir. Qeyd edilən səviyyədə bu və ya digər məsələyə ifadə olunan münasibət, verilən qiymət zahirən müəyyən əhali kütləsinin rəyi kimi qəbul oluna bilir, lakin hələ praktik gücə qadir olmur.

İkinci səviyyə bundan fərqli xarakteristikaya malikdir. Artıq bu səviyyədə, yəni əməli işi səviyyəsində ictimai rəy real həyata öz həqiqi təsirini göstərir. Bu səviyyədə artıq sosial qmplar və sosial birlik formaları öz şüurlannda bu və ya digər məsələyə verilən qiymətə uyğun surətdə praktik fəaliyyət göstərməyə başlayırlar. Qeyd olummalıdır ki, ictimai rəyin birinci səviyyədən - inikasedici səviyyədən ikinci səviyyəyə keçməsi mürəkkəb prosesdir. Bu keçid əsas etibarilə ictimai rəy göstəricilərinin sosial normalarda, sosial tənzimetmə və nəzarət formalarında təcəssümü vasitəsilə baş verir. Nəticədə ictimai rəyin mövcud ictimai münasibətlərin real tərəfmə çevrilməşi, bu münasibətlərlə çulğalaşması prosesi cərəyan edir.'


  1. Nəzəri və sosial funksiyasını müqayisəli təhlil edin.

  2. Şəhərinin sosialogiyası ilə kəndin sosialogiyasını fərqləndirin .

  3. İnstitutlaşma prosesi və onun inkişafını araşdırın.

İctimai institutların yaranması birdən-birə baş vermir. Bu proses bir neçə ardıcıl mərhələdən keçir. Birinci mərhələdə cəmiyyətdə məlum institutun yaranmasına sosial tələbat öyrənilməlidir; bu tələbat insanlann əksəriyyəti tərəfindən dərk edilməlidir. İkinci mərhələdə ümumi məqsədlər formalaşdırılır. Növbəti mərhələdə isə cəmiyyət sosial tələbatı ödəmək üçün zəruri olan resurslara (maddi, əmək və təşkilati), funksiyalar və hərəkətlər sisteminə, yaranacaq yeni institutun özülü rolunu oynayan mədəni mühiti formalaşdıran simvollar və normalar sistemlərinə malik olmalıdır. Nəhayət, sonuncu - dördüncü mərhələdə bu norma və qaydaların, prosedurların institutlaşması, yəni onların qəbul edilməsi və praktik tətbiqi baş verir.

Sosial institutların yaranması prosesi institutlaşma adlanır. İnstitutlaşma o vaxt baş verir ki, cəmiyyətdəki konkret ictimai tələbatın ümumsosial miqyas kəsb etdiyi başa düşülür və onu reallaşdırmaq üçün xüsusi davranış normalan işlənilib hazırlanır, lazım olan kadrlar yetişdirilir və resurslar müəyyənləşdirilir. «lnstitutlaşma»nm klassik anlamı, onu fərdlər məcmusunun təbii vəziyyətindən sosial vəziyyətə keçidi kimi səciyyələndirir. Bu keçid nəticəsində insanlar artıq öz şəxsi maraqlarından və üstünlük verdikləri seçimlərindən kənarda duran və onlara münasibətdə üstünlük təşkil edən müəyyən [174 - 175] 5diksək avtoritetin olduğunu qəbul edirlər. Məsələn, özünün «Qanunlann ruhu» əsərində vətəndaşın vəziyyəti ilə insan vəziyyətini bir-birinə qarşı qoyan Monteskyö bu mövqedən çıxış edir. Vətəndaşın hərəkətləri qanunlar vasitəsilə tənzim olunur, insanın davranışları isə əksər hallarda əxlaq normalan ilə nizama salınır. Monteskyöyə görə, institutlaşmış cəmiyyətdə fərdlərin hərəkətlərinin nəticələrinin irəlicədən görünməsini və onlann qarşılıqlı münasibətlərində xeyirxah davranışı təmin edən qayda hökm sürür.

«İnstitut» anlayışının dəqiq mənasını ilk dəfə E. Dürkheym məktəbinə mənsub olan sosioloqlar müəyyən etmişlər. Əlbəttə, ailə və hüquq kimi sosial institutlar o vaxta qədər də sosioloqlann tədqiqat obyekti, müqayisəli- tarixi təhlilin predmeti olmuşdur. Dürkheym institutlann məcburedici xarakteri üzərində təkid edərək, ona hər cür sosial tənzimetmənin sinonimi kimi yanaşmağa məcbur olur, yəni sosial olan hər şey institusionaldır, çünki onlann hamısı sosial baxımdan məcburidir, institut isə sosial məcburetmənin vasitəsidir. Nəticədə İ. Qurviçin sözləri ilə desək, çox sərt və sosial həyatdan «özgələşmiş» bir konsepsiya alınır. Dürkheym sosial institutlara müəyyən qaydalar kompleksi və ya normativ sistemlər kimi yanaşaraq, onların sistemli və mütləq [175 - 176] xarakterli olmasmda təkid edir. D. Bell də cəmiyyətin mədəni yönümü (oriyentasiyası) ilə kapitalistcəsinə təşkili arasında ziddiyyətin olduğunu qeyd edir. Müəllifə görə, ziddiyyətin mövcudluğu kapitalizmin «süquta» uğradığını sübut edir. Bu müddəa, əlbəttə, çox mübahisəlidir. Lakin onun əksi olan aşağıdakı fikir də birmənalı qəbul olunmur: kapitalizmdə və yaxud hər hansı başqa cəmiyyətdə müxtəlif institutlar arasında sıx əlaqəlilik və vəhdət mövcuddur. İndustrial cəmiyyətin guya ailəni körpə uşaqlı ər- arvad cütlüyünə muncər etdiyi haqqında fünksionalist xarakterli təsəvvür «nuklear ailəyə» dair mübahisələri nəinki aradan qaldırmır, əksinə bu məsələyə daha çox dolaşıqlıqlar gətirir. Təhsil və səhiyyə institutlarını öyrənən sosioloqlar, xüsusilə də neomarksistlər analoji yolla gedərək çox vaxt kapitalizm cəmiyyətində həmin sistemlərin (təhsil və səhiyyənin) bu və ya digər səciyyələrini verərkən onlann yalnız iqtisadi fayda götürməyə yönəlməsi ilə, yəni iqtisadi institutlann fəaliyyəti ilə izah edirlər.

Beləliklə, məlum olur ki, vahid institutlar sisteminin mövcud olması daha çox ideal konstmksiyadır.



  1. Şəxsiyyətin hüquqi davranışını təhlil edin.



  1. Dinin sosial mahiyyətini araşdırın.

  2. Şəxsiyyətin deviant davranışını təhlil edin.

Deviant (kənara çıxan) davranış spesifik sosial hadisədir. Belə davranış «məlum cəmiyyətdə rəsmən qərarlaşmış və ya faktik surətdə təşəkkül tapmış normalara (standartlara, şablonlara) uyğun gəlməyən insan fəaliyyəti formalarında [64 - 65] ifadə olunur»'.

İnsanların şüurunda və davranışında deviasiya (kənara çıxma) adətən tədricən yetişir. Bu baxımdan sosiologiyada «ilkin deviasiya» anlayışının işlədilməsi diqqəti cəlb edir. Həmin anlayışın mənasını belə izah etmək olar: ilk vaxtlar müəyyən kənara çıxma hallarına ətrafdakılar, necə deyərlər, barmaqarası yanaşırlar, hər hansı qaydanı pozan şəxs isə özünü bu cür qiymətləndirmir. Belə kənara çıxma hallan isə əhəmiyyətsiz qüsurlar və ya qeyri-əxlaqi hərəkətlərə lap yaxın olsalar da, müəyyən zaman ərzində nəzərə çarpmaya bilərlər. Məsələn, təsadüfi adamlarla spirtli içkilərin içilməsi - ictimai əxlaqm pozulmasına gətirib çıxaran bu hadisə müəyyən müddətdə diqqətdən kənarda qala bilər.

Kənara çıxan davranışın ikinci səviyyəsi də vardır; bu, ikinci deviasiya adlanır. Bu halda ətraf sosial qmp və ya rəsmi təşkilatlar tərəfindən həmin davranışın daşıyıcısı açıq şəkildə əxlaq və ya hüquq normalannm pozucusu kimi etiraf olunur. Başqa sözlə, həmin davranışa müəyyən reaksiya özünü göstərir.

Kənara çıxan davranışı təhlil edərkən deviasiyanm fərdi və ya kollektiv formalarını fərqləndirmək vacibdir. Fərdi forma dedikdə, əxlaq və hüquq tələblərinin aynca şəxs tərəfindən pozulması başa düşülür. Kollektiv formada isə kənara çıxan davranış müəyyən sosial qmpun (məsələn, cinayətkar dəstənin) fəaliyyətinin ifadəsidir. Həmin qmp özünün qaydalar sistemini, «mədəniyyətini» yaradır və açıq şəkildə qəbul olunmuş normalara qarşı durur».’

Nəzərə almaq lazımdır ki, hər cür kənara çıxma halını [65 - 66] deviant davranış hesab etmək doğm deyildir. Hərçənd bəzi tədqiqatlarda kənara çıxan davranış və deviant davranış eyniləşdirilir. Onlar e5miləşdirildikdə bütün sosial qmplar və bütün adamlar həmin təriflə ehtiva olunurlar. Halbuki cəmiyyətdə elə bir adam və sosial qmp yoxdur ki, onlar həyatın bütün hallannda mütləq surətdə norma və qaydalara müvafiq hərəkət etmiş olsunlar.^ Deməli, kənara çıxan davranış anlayışı daha geniş məzmuna malikdir.

Kənara çıxan davranış müəyyən səbəblərlə bağlıdır. Əwəla, yeni sosial sistem boş yerdə yaranmır, əvvəlki sistemin, dağıdılmış sistemin bir sıra elementlərindən törəyir. Söhbət insanlardan və ya məhsuldar qüvvələrin ünsürlərindən gedir. İkincisi, yeni sosial sistemin inkişafı, adətən qeyri-bərabər olur. Bu, həmin sistemin ünsürlərinin qarşılıqlı nisbətində müəyyən disproporsiyalar doğumr və onlardan bəzilərində müəyyən defektlərin qalmasına gətirib çıxanr. Üçüncüsü, inkişaf edən sistemin öz mövcudluğu şəraitinə (istər daxili, istərsə də xarici şəraitinə) natamam adaptasiyası özünü göstərə bilər. Başqa sözlə, sosial, mədəni və texniki inkişaf yeni meydana gələn ictimai-iqtisadi və mədəni tələbatlarm ödənilməsinə adekvat cavab verməyə bilər. Dördüncüsü, təsadüfi hadisələr də deviant davranışı qidalandıra bilər. Bütün bunlar məcmu halında müxtəlif neqativ hadisələrin konkret mənbəyi olur.^



  1. Şəxsiyyətin sosial fəaliyyət mexanizmlərini təhlil edin.

Şəxsiyyətin sosial fəaliyyətinin, sosial davranışının şərtlənməsində obyektiv həyat şəraiti həllediei məna kəsb edir. Bu şərait müəyyən tələbatlar və mənafelər doğurur. Mənafelər öz növbəsində insanlarda fəaliyyətə bu və ya digər motivləri formalaşdınr. Bu halda obyektiv şərtlənmə subyektiv şərtlənməyə keçir. Belə keçid üç qmp mexanizmləri birləşdirən fəaliyyətin nəticəsidir:

a) insanın sosial fəaliyyətinin motivləşdirilməsi, yəni tələbatların mənafelər kimi dərk olunması;

b) şəxsiyyətin mənafelərinin fəaliyyət məqsədinə çevrilməsi;

c) insanın fərdi davranışı və münasibətləri.

Yeri gəlmişkən qeyd etmək olar ki, subyektiv şərtlənmədən obyektiv şərtlənməyə də keçid baş verir. Belə keçid iki qrupda birləşdirilə bilən mexanizmlər sayəsində mümkündür:

a) fərdi davranışdan və fərdi münasibətlərdən şəxsiyyətlər qrupunun sosial davranışına və sosial münasibətlərinə keçilməsi;

b) sosial qanunauyğunluqlann sosial münasibətlərdə təzahürü. Bu münasibətlər, təbiidir ki, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif səviyyələrində formalaşır.

Sosiologiyada mənafelərin dörd tipini ayırd edirlər:

1. Mənafe-münasibət (müəyyən obyektə marağın şifahi şəkildə bəyan edilməsi);

2. Mənafe-fəaliyyət (müəyyən fəaliyyət növündə iştirak etməklə mənafeyin praktik təzahürü);

3. Mənafe-nstanovka (uzunmüddətli qarşılıqlı fəaliyyət prosesində təşəkkül tapır, müxtəlif vəziyyətlərdə öz istiqamətini saxlayır);

4. Mənafe-yönüm (müxtəlif mənafelər arasında birinin başlıca mənafe kimi ayırd edilməsi).

Sosial davranışda fəaliyyətin zahiri təzahürü kimi insanın konkret mövqeyi, onun ustanovkası üzə çıxır. Konkret vəziyyətdə şəxsiyyətin, yaxud sosial qrupun müəyyən fəaliyyətə sosial cəhətdən şərtlənmiş meylliliyini ustanovka adlandırmaq olar. Elmi ədəbiyyatda şəxsiyyətin ustanovkalannm müxtəlif səviyyələrindən bəhs edirlər. Dörd səviyyəni səciyyələndirmək məqsədəuyğundur:


Yüklə 131,59 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin