Sosialogiyanın predmeti və vəzıfələri


İnkarı inkar qanununu təhlil edin



Yüklə 131,59 Kb.
səhifə29/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   23   24   25   26   27   28   29   30   31
Sosialogiyadan imtahan sualları

İnkarı inkar qanununu təhlil edin.

Inkarı inkar qanunu inkişafın istiqamətini, burada köhnə ilə yeninin əlaqəsini aşkara çıxarır. Inkarı inkar qanunu inkişafın istiqamətini və nəticəsini göstərir. Həmin qanun öyrədir ki, inkişaf bir neçə tsikli əhatə edən prosesdir. Hər bir tsiklin daxilində inkişafın bir pilləsindən digərinə keçid inkar deməkdir. Cansız təbiətdə inkişafa və inkara dair çoxlu misallar gətirmək olar. Məsələn, ulduzlar milyon illərlə mövcud olur, sonra isə sönür. Yaxud da Yerin geoloji dövrləri bir- birini əvəz edir. . Bütün bunlar sübut edir ki, inkişaf olan yerdə inkar da vardır. Köhnəni inkar etmədən yeni yarana və yetişə bilməz. Buna görə də demək olar: dünya hər bir dövrdə götürüldükdə keçmişin nəticəsi və gələcəyin rüşeymidir. Inkarın metafizik və dialektik anlamı mövcuddur. Birinci, inkarı xarici qüvvənin tə'siri nəticəsi kimi götürür. Onu müəyyən predmetin və ya hadisənin birdəfəlik məhv edilməsi kimi izah edir. Əlbəttə təbiətdə belə inkar halları mövcuddur. Məsələn buzlaşma, su basqınları və vulkan püskürmələri nəticəsində bitki və heyvan növlərinin bütöv bir nəsli kəsilir. Lakin dünyada əsas yeri dialektik inkar tutur. Dialektik inkar isə özinkarı, daxili inkardır. Buna görə də hadisənin inkişafını dayandırmır. Əksinə onun daha da inkişaf etməsi üçün əlverişli şərait yaradır. Bu inkar yalnız köhnənin inkişafa mane olan tərəfini məhv edir. Həmin köhnənin müsbət tərəfi qorunub saxlanılır. Köhnə ilə mübarizədə yeni həmişə qələbə çalır. Çünki özündən savayı həm də köhnədə olan müsbət tərəfə arxalanır. Beləliklə dialektik inkar kateqoriyası inkişafın müəyyən mərhələsini ifadə edir. Bu mərhələ obyektin (hadisənin) nə isə bir başqasına çevrilməsi deməkdir. Lakin həmin prosesdə əvvəlki hadisənin (yə'ni inkar olunanın) bə'zi tərəfləri saxlanılır. Inkar inkişaf prosesinin çox mühüm səciyyəsini təşkil edir.Metafizik inkar dağıdıcı (destruktiv) xarakter daşıyır. Köhnəni birdəfəlik ləğv edir. Bundan fərqli olaraq dialektik inkar köhnəni sadəcə bir kənara atmır, onun müəyyən tərəflərini qoruyub saxlayır və inkişaf etdirir. Yeninin tərkibinə inkar olunan hadisənin müəyyən müsbət tərəflərinin dəyişdirilmiş halda daxil olması bərtərəf etmə (götürmə) adlanır. Bərtərəf etmə (götürmə) bir- birilə əlaqəli üç səpgini əhatə edir: ləğv etmə, əxz etmə və əxz olunanı daha yüksək pilləyə qaldırma. Dialektik inkar inkişafda həm də köhnə ilə əlaqə momenti deməkdir. Başqa sözlə deyilsə o inkişafda varisliyi ifadə edir. Varislik sübut edir ki, yeni, köhnədən təcrid olunmuş halda, ondan kənarda yarana bilməz. Məsələn canlı təbiətdə varisliyin əyani nümunəsi kodların nəsillər üzrə irsən keçməsində təzahür edir. Inkarın mexaniki anlamı əvvəlki mərhələ ilə əlaqə və varisliyi inkar edir. Beləliklə də inkarın dağıdıcı, rədedici momentini mütləqləşdirir. Eynilə də digər ifrat hədd yol verilməzdir. Söhbət inkişafda varisliyin rolunun şişirdilməsindən gedir. Bu halda yeninin əhəmiyyəti lazımi qiymətləndirilmir. Inkişafda varisliyə məhəl qoymamaq daha çox nihilizmdə və anarxizmdə ifadə olunur. Onların nümayəndələri T.Adorno, M.Xorkxaymer (neqativ dialektika tə'limi) və P.Lorenso, M.juaye (anarxizm) ən'ənələrə mənfi münasibət bəsləyirlər. Onların fikrincə inkişafda hər bir mərhələ sözün əsl mə'nasında məhz özündən başlayır. Sosial nihilizm cəmiyyətin tərəqqisinə böyük ziyan vurur. Bunu keçmiş SSRI-nin ilk illərində yayılmış proletkultçuların nümunəsində görmək olar. Onlar burjua cəmiyyətinin mədəniyyəti ilə hər cür əlaqəni pisləyirdilər. Inkarı inkar qanununu izah edərkən belə bir sual qarşıya çıxır. Niyə inkar sözü iki dəfə təkrar olunur? Məsələ bundadır ki, birinci dəfəki inkar hələ inkişafı tam başa çatdırmır. Inkişaf dövrəsinin tamamlanması üçün ikinci səviyyəli inkar, yə'ni inkarı inkar zəruridir. Bunu aydın təsəvvür etmək üçün vaxtilə Hegelin gətirdiyi misala diqqət yetirək. Taxıl dənəsi əlverişli torpaqda bitir, göyərir və sünbülə çevrilir. Sünbül taxıl dənəsinin inkarı deməkdir. Lakin bu inkar taxıl dənəsini tam bir kənara atmır, onun bə'zi tərəflərini hifz edib saxlayır və inkişaf etdirir. Sünbülün yetişməsi nəticəsində onda taxıl dəni yaranır. Bu yeni taxıl dəni sünbülün inkarı deməkdir. Deməli yeni dən əvvəldə götürülən dənə nisbətən inkişaf etmiş formadır. Buradan aydın olur ki, inkişaf tsiklinin başa çatması üçün inkar əməliyyatının iki dəfə təkrarlanması lazımdır. Qeyd olunmalıdır ki, hər bir inkişaf tsiklində (dövrəsində) inkarların sayı həmin hadisənin konkret özünəməxsusluğu ilə müəyyən olunur. Bu o deməkdir ki, inkarların sayı ikidən çox da ola bilir.

  1. Müasir dövrdə sosial-etnik münaqişələrin kəskinləşmə səbəblərini təhlil edin.


  2. Yüklə 131,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin