Sosialogiyanın predmeti və vəzıfələri


Sosial mobillik anlayışını təhlil edin



Yüklə 131,59 Kb.
səhifə31/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   23   24   25   26   27   28   29   30   31
Sosialogiyadan imtahan sualları

Sosial mobillik anlayışını təhlil edin.

Sosioloji tədqiqatlann nəticələri göstərir ki, istedadlı şəxsiyyətlərin istənilən ictimai təbəqələrdə və siniflərdə olmasr real faktdrr. Əgər sosial nailiyyət üçün heç bir maneə mövcud deyilsə, onda 5diksək sosial mobilliyin müvəffəqiyyətini gözləmək olar. Lakin araşdırmalara görə deyə bilərik ki, təbəqə və siniflər arasmda fərdlərin bir qrupdan digərinə sərbəst keçidləri üçün müəyyən maneələr mövcuddur. Ən başlıca maneələrdən biri sosial sinfin nümayəndəsinin həmin sinfln mədəniyyətinə uyğun tərbiyə olunmasıdır. Sosial bərabərsizlik problemi həmişə belə bir sualın meydana çıxmasına səbəb olur: fərd öz qüvvəsi ilə özünün statusunu 5diksəldə və nüfuzluluq şkalasmda ondan yuxanda yerləşən sosial təbəqəyə daxil ola bilərmi? Bu sualın cavabı sosioloji ədəbiyyatda müxtəlif cür şərh edilir. Bəzi tədqiqatçılara görə, müasir cəmiyyətlərdə bütün insanlann start imkanlan bərabərdir və əgər fərd müvafiq cəhd göstərərsə, o, mütləq sosial mobilliklə bağlı uğur qazana bilər. Çox vaxt bu fikri sübut etmək üçün sıfırdan başlayan milyonçulann karyerasını və adi ailələrdən çıxan, sonra kinoulduzlara çevrilən qızlan nümunə göstərirlər. Fərdlərin sosial stratifikasiya sistemində bir qrupdan digərinə keçməsi sosial mobillik adlanır. « Sosial mobillik» anlayışı sosiologiyaya 1927-ci ildə P. Sorokin tərəfindən gətirilmişdir. O, mobilliyi iki növə ayınr: üfüqi və şaquli. Fərd və sosial qrupun öz sosial statusunu, cəmiyyətin sosial strukturunda tutduğu yeri dəyişməsi sosial mobillik adlanır. P. Sorokin sosial mobillik dedikdə, yalnız fərdlərin və ailələrin bir sosial qrupdan digərinə keçməsini deyil, bütövlükdə sosial vəziyyətin dəyişməsini başa düşürdü.’

Cəmiyyətdə sosial mobilliyin mövcudluğunun iki əsas səbəbi vardır. Əvvəla, tarixi inkişaf nəticəsində cəmiyyətlər daim dəyişir, sosial dəyişikliklər isə əməyin bölgüsünü dəyişdirir, yeni statuslar yaradır və köhnələri yenisi ilə əvəz edirlər. İkincisi, elita təhsil almaq üçün imkanlan inhisara ala bilər. Lakin o, istedad və qabiliyyətlərin təbii paylanmasını nəzarətdə saxlamaq iqtidarmda deyildir. Sosial mobillik özünü müxtəlif formalarda göstərir. Üfüqi mobillik dedikdə, fərdin və ya sosial obyektin bir sosial vəziyyətdən onunla eyni səviyyədə olan digərinə keçidi başa düşülür. Məsələn, fərdin yaşayış yerini dəyişməsi, bir dini qrupdan digərinə keçməsi və s. Bu hallardan heç birin-də fərd özünə aid olan sosial statusu dəyişmir. Şaquli mobillik dedikdə isə fərdin aid olduğu təbəqədən fərqli təbəqəyə keçidi başa düşülür. Bu, fərdin sosial statusunu yüksəldən və [139 - 140] ya aşağı salan dəyişmədir. Əgər sex rəisi sonradan zavodun direktoru olarsa, bu, yüksələn mobilliyin təzahürüdür. Əksinə, sex rəisi sonradan adi mühəndis olarsa, belə yerdəyişmə enən mobilliyin göstəricisi hesab oluna bilər



Sosioloqlar həmçinin nəsillər arasmda və bir nəslin daxilində mobilliyi fərqləndirirlər. Nəsillərarası mobillik valideynlərin və onlann uşaqlarının sosial statusunun karyerasının müəyyən anma şamil olunur. Tədqiqatlar göstərir ki, Azərbaycanın əhalisinin bö5dik hissəsi hər bir nəsildə sinfi iyerarxiyada heç olmazsa, bir az 5mxanya və ya aşağıya doğru yerini dəyişir. Nəsildaxili mobillik şəxsiyyətin sosial statusunun uzun müddət ərzində müqayisə edilməsini nəzər-də tutur. Araşdırmaların nəticələri göstərir ki, azərbaycanhlann çoxu öz həyatı bo5umca məşğulluq növünü dəyişdirir. Lakin insanlann çoxunda mobillik məhdud xarakter daşıyır. Kiçik məsafələrə yerdəyişmə qaydadır, böyük məsafələrə yerdəyişmə isə qaydalardan istisnadır. Sonuncu onilliyə müraciət etdikdə, mobilliyin metodologiyasının öyrənilməsinə həsr edilən və onun perspektivlərini başa düşmək üçün müqayisəli təhlilin xüsusi əhəmiyyətini əsaslandıran B. Dyuryenin tədqiqatmı, eləcə də C. Qoldtorp və R. Eriksonun müxtəlif sənaye cəmiyyətlərində mobillik səviyyələrinin dəyişməsinə həsr olunmuş tədqiqatlarını qeyd etmək lazımdır. Nəticədə müəlliflər bu qənaətə gəlirlər ki, sosial quruluşundan asılı olmayaraq, bütün sənaye ölkələrində sosial mobillik göstəriciləri bir-birinə yaxındır.

  1. Nigah və nigah seçimi anlayışını araşdırın.

  2. İnstitutlaşma prosesi vəonun inkişafını təhlil edin.







Yüklə 131,59 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin