Təhsil sosial institut kimi.
Sosial institut cəmiyyətdə qayda-qanun yaradan, həmçinin insanların davranışları tənzimləyən və cəmiyyətdə mövcud olan insanların və qurumların bir-biri ilə əlaqə qurmasına və vəhdət şəklində funksiya göstərməsinə xidmət edən qurumlardır. Sosial institutlar haqqında sosiologiya elminin functionalism cərəyanı olduqca dərindən araşdırma aparmış və onların necə və nəyə görə funksiya göstərdikləri gözəl şəkildə təsvir etmişdir.
Təhsil, müəyyən təlimatlara riayət edərək insanların cəmiyyətin faydalı üzvləri kimi sosial cəhətdən daxil edilməsini hədəfləyir. Orada üzvlər intellektual biliklər qazanır, eyni zamanda əxlaqi və etik dəyərləri öyrənirlər və kollektiv normalara hörmət edirlər.
Təhsil müəssisəsi vasitəsilə cəmiyyət zamanla davamlılığını genişləndirir və nəsildən-nəslə ötürüləcək inanc və ideologiyaların növünü müəyyənləşdirərək öz gələcəyinin əsaslarını qurur.
Dostları ilə paylaş: |