Sosialogiyanın predmeti və vəzıfələri


Cəmiyyət ən ümumi sosial sistem kimi



Yüklə 131,59 Kb.
səhifə9/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
Sosialogiyadan imtahan sualları

Cəmiyyət ən ümumi sosial sistem kimi.

Cəmiyyət insanların sadəcə məcmusu deyildir, fərdlərin özünəməxsusluğunu və əlaqələrini nəzərə almayan mücərrəd bütövlük də deyildir. Cəmiyyət mürəkkəb, bütöv sosial-mədəni sistemdir, başqa sözlə, sosial sistemin xüsusi növüdür. Sosial-fəlsəfi axtarışlar cəmiyyətin tədqiqində ilkin metodoloji prinsipi üzə çıxarmışdır; bu, cəmiyyətə sistem kimi yanaşılmasıdır. Elmdə, o cümlədən sosiologiyada müxtəlif mürəkkəbliyə malik olan təşəkkülləri tədqiq etmək üçün sistem yanaşmadan uğurla istifadə olunur.

«Sistem» termini hələ Qədim Yunanıstanda işlənilsə də, XVII-XVIII əsrlərdə elmi dövriyyəyə daha geniş daxil olmuşdur; onun ilkin mənası nəyinsə mürəkkəb və rəngarəng vəhdətini ifadə etmişdir (məsələn, təbiətin sistemi, biliklərin sistemi, əlamətlərin sistemi və s.). XX əsrin ortalarından etibarən «sistem» termini daha dərin elmi məzmun kəsb etmişdir. Sistemlərin ümumi və xüsusi nəzəriyyələri meydana gəlmiş, sistem yanaşma biliyin, tədqiqatını xüsusi metodologiyası kimi etiraf olunmuşdur. Hazırda sistemlilik hər bir elmin mərkəzi kateqoriyalarından biri hesab edilir.

Sistemlərin kifayət qədər müxtəlifliyi, rəngarəngliyi şəksiz həqiqətdir. Elmi sistematologiyada onlann müxtəlif təsnifatı təklif olunmuşdur. Məsələn, maddi və ideal, təbii və süni, bioloji və sosial, dinamik və statik, açıq və qapalı ifadə olunan və ifadə olunmayan, adaptiv, özünü təşkil edən, inkişaf edən və s. sistemləri fərqləndirirlər.

Sistemlərin xüsusi tipi olan sosial sistemlər komponentlərinin çoxluğu, həmin komponentlər arasında, bütövlükdə sistemlə mühit arasında qarşılıqlı əlaqələrin rəngarəngliyi ilə səciyyələnir. Görkəmli sosioloq T. Parsons qeyd edirdi ki, sosial sistemlər ən əvvəl qarşılıqlı fəaliyyətdə, təsirdə olan fərdlərin sistemidir; fərdlər eyni zamanda həm canlı orqanizmlərdir, həm də şəxsiyyətlərdir və müəyyən mədəni sistemlərə mənsubdurlar.

Sosial sistemləri genetik əlamət baxımından maddi və ideal sistemlərə ayırmaq olar. Maddi sosial sistemlərə kiçik sosial qrupları (ailə, peşə qrupları, partiya özəkləri); böyük sistemləri (dövlət, partiyalar, həmkarlar təşkilatlan konfederasiyası və s.); mürəkkəb sistemləri (dövlətlər birliyi, hərbi-siyasi bloklar, iqtisadi ittifaqlar və s.) aid edilə bilər. İdeal sistemlər insanın ətraf aləmi dərk etməsi ilə bağlıdır. Bu sistemlər də kiçik (fərdi şüur, şəxsiyyətin mənəvi dünyası), orta (müəyyən fərdlər qrupunun baxışlar sistemi, etnik qmplann adət və ənənələri), bö5Üik (iqtisadi nəzəriyyə, sosiologiya elmi və s.), habelə universal (dünyagörüşü, mifologiya, din və [38 - 39] s.) sistemlərə aynla bilər.

Formasına görə sosial sistemlər kiçik, orta, böyük və mürəkkəb sistemlər kimi təsnif oluna bilər. Kiçik sistemlərə ayn-ayn sosial obyektlər aiddir (məsələn, ailə, fərd, kiçik qmp və s.); onlann daxili struktum və fəaliyyəti nisbətən sadədir, onları təşkil edən ünsürlərin qarşılıqlı təsiri əlaqələndirmə xarakteri daşıyır. Orta sistemlərin strukturunda ünsürlərin dəqiq ayırd edilmiş iki qmpu mövcuddur; onlann arasında əlaqələr subordinasiya xarakteri daşıyır (yerli hakimiyyətin strukturu, rayonun iqtisadi stmktum və s). Bö5Üik sistemlər onlan təşkil edən ünsürlər arasında mürəkkəb strukturla səciyyələnir (məsələn, dövlət, partiyalar, ölkənin iqtisadi sistemi). Mürəkkəb sistemlərə elə sistemlər aiddir ki, onların mövcudluğu alt sistemlərin daxili tənzimi ilə yanaşı çoxsəviyyəli xarakterə malikdir (məsələn. Müstəqil Dövlətlər Birliyi, Be5uıəlxalq Valyuta Fondu, Avropa İttifaqı və s.).

Qarşılıqlı təsirin xarakterinə görə sosial sistemlər açıq və qapalı ola bilərlər. Tam qapalı sistemlər adətən olmur, digər konkret sistemlərlə məhdud şəkildə qarşılıqlı təsirlər özünü göstərir. Məsələn, dövlətdə islah (penitensiar) müəssisələr sistemi bu qəbildəndir. Açıq sistemlər xarici şəraitin təsirinə məruz qalır, özləri də həmin şəraitə müqabil təsir göstərirlər (məsələn, beynəlxalq idman assosiasiyaları).

Sosial sistemləri öz qanunauyğunluqlarının xarakterinə görə ehtimal edilən və determinasiya olunan sistemlərə ayırmaq olar. Ehtimal olunan sistemlərdə onların komponentləri naməlum sayda variantlann (məsələn, cəmiyyət mümkün müharibə vəziyyətində) qarşılıqlı təsirinə məruz qalır. Determinasiya olunmuş sistemlər qarşılıqlı təsirlərin (məsələn, hüquqi,qanunverici və s. sistemlər) dəqiq məlum olan nəticələrini nəzərdə tutur.

Sosial sistemlərin başlıca funksiyaları nizamı və inkişafı təmin etməklə bağlıdır. Lakin elə sosioloji nəzəriyyələr vardır ki, onlar sistemin potensiyalarını, yəni imkanlarını ön plana çəkir və müvafiq anlayışlan formula edirlər.

Bu halda [39 a 40] sistemin aşağıdakı imkanları qeyd olunur:

- tənzimləyici (bu, fərdlərin və qrupların davranışının tənzimlənməsini təmin edir);

- ekstraktiv (bu, resursların cəlb olunmasını nəzərdə tutur);

- atributiv (bu, cəmiyyətdə müdafiənin təmin olunmasını nəzərdə tutur);

- distributiv (bu, status mövqelərinin və maddi nemətlərin bölgüsünü nəzərdə tutur).

Beləliklə, sosial sistem çoxölçülü və çoxaspektli təşəkkül olub, mürəkkəb tərkibə, tipologiya və funksiyalara malikdir. Cəmiyyət sosial sistemlərin bütün xarakteristikalarım əks etdirir, ona görə də cəmiyyət ən mürəkkəb və ümumi sosial sistem hesab olunur.



  1. Yüklə 131,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin