Sosialogiyanın predmeti və vəzıfələri



Yüklə 131,59 Kb.
səhifə1/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
  1   2   3   4   5   6   7   8   9   ...   31
Sosialogiyadan imtahan sualları


Sosialogiyadan imtahan sualları



  1. Sosialogiyanın predmeti və vəzıfələri.

Sosiologiyanın banisi görkəmli fiansız mütəfəkkiri Oqyust Kont (1798-1857) hesab olunur. O öz təlimini əvvəlcə «sosial fizika» adlandırır. Lakin sonralar belçikalı alim və statistik A. Ketlenin (1796-1874) də həmin termindən istifadə etdiyini nəzərə alaraq, elmi dövriyyəyə yeni söz - sosiologiyanı daxil edir. Sosiologiyanın meydana gəlməsi XIX əsrdə cəmiyyətin mövcud ziddiyyətləri, habelə həmin ziddiyyətlər zəminində şaxələnən və kəskinləşən ictimai-siyasi mübarizə ilə bağlı olmuşdur. XIX əsrin sonlarına doğru sosiologiyanın bir elm kimi təşəkkülü əsasən başa çatır və XX əsrin əvvəllərində 0, artıq cəmiyyətşünaslıqm apancı bölmələrindən birinə çevrilir. Hərfi mənada sosiologiya cəmiyyət haqqında elm deməkdir.

O. Kont belə hesab edirdi ki, [11 - 12] sosiologiya insan zəkasının və psixikasının ictimai həyatın təsiri ilə necə təkmilləşdiyini öyrənən yeganə elmdir. Sosiologiya ictimai həyat faktlarmı, proseslərini müşahidə etmək, təsvir etmək və sistemləşdirmək vəzifələrini yerinə yetirməlidir. H. Spenserə (1820-1903) görə, sosiologiya elə ən ümumi elmdir ki, özündə həm tarixi inkişafın ümumi nəzəriyyəsini, həm antropologiyanı, həm də etnoqrafiyanı birləşdirir. Alman iqtisadçısı və sosioloqu Albert Şeffle (1831-1903) bildirirdi ki, sosiologiyanın predmetini insanlar arasındakı qarşılıqlı mənəvi münasibətlər, habelə ünsiyyətin ideal və texniki üsulları, formalan təşkil edir. Görkəmli hüquqşünas və sosioloq L. Qumploviçin (1838- 1909) fikrincə, sosiologiya bütün sosial elmlərin fəlsəfi əsasıdır. Dürkhe5mıin fikrincə, sosiologiyanın predmeti elə xüsusi reallıqdır ki, onunla mövcud elmlərdən heç biri indiyə qədər məşğul olmamışdır. Bu reallığın əsasını sosial faktlar təşkil edir. Həmin faktlar isə gerçəkliyini nə iqtisadi, nə psixoloji, nə fiziki və s. faktlarına müncər edilə bilməz; onların öz müstəqil xarakteristikalan vardır. Sosial faktlarm başlıca əlamətləri onların obyektiv səciyyə daşıması, fərddən asılı olmayaraq mövcud olması, ona təzyiq göstərə bilməsidir. Dürkheym sosial faktları iki yerə ayırırdı: cəmiyyətin «maddi substratmı» təşkil edən morfoloji faktlar (məs. əhali sıxlığı, fərdlər arasında ünsiyyətin intensivliyi, yaşayış yerlərinin [12 - 13] xarakteri və s.) və mənəvi, qeyri-maddi faktlar (bunlar məcmu halda kollektiv və ya ümumi şüuru təşkil edir).

Sosiologiya cəmiyyət haqqında elmdir, başqa sözlə, sosioloji idrakın obyektini cəmiyyət təşkil edir, lakin belə izah sosiologiyanın predimetini tam aydınlaşdırmır, çünki cəmiyyət ən müxtəlif elmlər tərəfindən öyrənilir. Ona görə də digər elmlərdə olduğu kimi, sosiologiyada da onun obyektini və predmetini fərqləndirmək lazımdır.

Sosioloji idrakın obyektinin və predmetinin qanşdıniması və ya eyniləşdirilməsi ciddi metodoloji qüsurdur. Bu qüsur indi meydana çıxmamışdır: o, əvvəllər də özünü göstərmişdir, indi də ən müxtəlif məktəblərin və cərəyanların bir çox sosioloqlarına xas olan cəhətdir. Yeri gəlmişkən qeyd edək ki, sosiologiyamn digər elmlərdən, ABŞ-da sosial psixologiyadan və s. nisbətən gec ayrılmasını və müstəqil elmi fənn kimi təşəkkül tapmasını şərtləndirən ən mühüm səbəblərdən biri məhz sosioloji idrakın obyektinin və predmetinin eyniləşdirilməsi olmuşdur.

Sosiologiyanı bir elm kimi səciyyələndirərkən çox zaman əslində sosioloji idrakın başlıca obyektləri sadalanır. Bir çox hallarda «sosial» anlayışının özü dəqiq təsəvvür olunmur.

Sosiologiya tarixən müəyyən sosial sistemlərinin fəaliyyətinin və inkişafmm sosial qanunauyğunluqlan, habelə həmin qanunauyğunluqların şəxsiyyətlərin, sosial qruplarm, birliklərin, siniflərin, xalqların fəaliyyətində təzahür formalan və mexanizmləri haqqında elmdir.

Sosiologiyamn predmetini müəyyənləşdirərkən adətən ayn-ayn sosioloqlar müxtəlif sosial hadisələri və prosesləri həlledici hesab edirlər. Məsələn, qruplann (insanlann) qarşılıqlı fəaliyyəti, yaxud bu fəaliyyətin nəticələri; insanlann sosial münasibətləri; sosial təsisatlar; sosial təşkilatlar və onlann insan davranışına münasibəti; sosial fəaliyyət sistemləri; insan cəmiyyəti və insan davranışı; sosial nizamın və nizamsızlığm təbiəti; sosal qruplar; insan birlikləri formalan; insan cəmiyyətinin əsas strukturlan; sosial proseslər; sosial-mədəni hadisələr; sosial həyatın elmi baxımdan öyrənilməsi və s. Bu anlayışlardan hər birinin mənasını, əhəmiyyətini kiçiltmədən qeyd etməliyik ki, sosiologiya üçün sosial anlayışı daha ümumiləşdirici olub, ən mühüm, mərkəzi anlayış kimi nəzərdən keçirilə bilər.

Sosial anlayışını həm geniş məzmunda (ictimai mənasında), həm də məhdud (empirik) mənada başa düşülməsi həmişə müəyyən çətinliklər doğmuşdur. Birinci halda sosioloji biliyin spesifik obyekti (sosial əlaqə və münasibətlər) əslində unudulmuş, ikinci halda isə bütövlükdə cəmiyyətə aid olan hadisə və prosesləri dəqiq ifadə etmək mümkün olmamışdır. Ona görə də sosiologiyanın inkişafının müəyyən mərhələsində, ümumi sosioloji nəzəriyyə işləyib hazırlamaq zəmrəti yarandıqda bütövlükdə cəmiyyəti, ictimai münasibətlərin bütün sistemini xarakterizə etmək üçün «sosial» anlayışı elmi dövriyyəyə daxil edilmiş, «sosial» anlayışı tədricən müstəqil məna kəsb etmişdir.




  1. Yüklə 131,59 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin