Sosialogiyanın predmeti və vəzıfələri


Posindustrial (informasiya) cəmiyyət konsepsiyası



Yüklə 131,59 Kb.
səhifə14/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   10   11   12   13   14   15   16   17   ...   31
Sosialogiyadan imtahan sualları

Posindustrial (informasiya) cəmiyyət konsepsiyası.

XX əsrin 60-cı illərində postindustrial (informasiya) cəmiyyət konsepsiyalan (D. Bell, A. Turen, Y. Habermas) meydana gəlir; bu, ən inkişaf etmiş ölkələrin iqtisadiyyatında və mədəniyyətindəki kəskin dəyişikliklərlə şərtlənmişdi. Cəmiyyətdə bilik və informasiyanın, kompüter və avtomatik qurğuların aparıcı rolu etiraf olunur. Zəruri təhsil alan, ən yeni informasiya əldə etmək imkanı qazanan adamlar sosial ierarxiya pilləkanmda irəliləmək üçün üstün şanslar əldə edirlər. İnsanın cəmiyyətdə əsas məqsədi yaradıcı əmək olur. Postindustrial cəmiyyətin neqativ tərəfi də var: dövlətin, hakim elitanın informasiyaya müyəssərlik, kütləvi informasiyanın və kommunikasiyanın elektron vasitələri sayəsində insanlar, bütövlükdə cəmiyyət üzərində sosial nəzarəti gücləndirməsi təhlükəsi qalır. Cəmiyyətin həyat dünyası effektivlik və instrumentalizm məntiqinə daha çox tabe olur. Mədəniyyətdə, o cümlədən ənənəvi dəyərlərdə inzibati nəzarətin təsiri altında pozulma meylləri güclənir, çünki belə nə-zarət sosial münasibətlərin, sosial davranışın standartlaşmasına, unifıkasiyasma can atır. Cəmiyyət iqtisadi həyat və bürokratik təfəkkür məntiqinə daha çox tabe olur. İnsanlar sosial nailiyyətlərdən istifadə etsələr də, iqtisadiyyatın və dövlətin öz şəxsi həyatlarına müdaxiləsindən müdafiə olunmaq məcburiyyətində qalırlar. Deməli, müasir cəmiyyətin sosial sferası təhlükəsiz deyildir. Ona görə də modemizasiyaya qarşı müqavimət və mübarizə zəminində müəyyən sosial [51 - 52] hərəkatlar (məsələn, vətəndaşlıq təşəbbüsləri, «yaşıllar» hərəkatı, antinüvə hərəkatı və s.) meydana çıxır. Göründüyü kimi, cəmiyyətin bir pillədən digərinə keçməsinin obyektiv göstəriciləri kimi sənayenin inkişafı, elmi-texniki tərəqqi ön plana çəkilir.


  1. Yüklə 131,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin