Sosialogiyanın predmeti və vəzıfələri


Sosial institutların funksiyaları



Yüklə 131,59 Kb.
səhifə15/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   11   12   13   14   15   16   17   18   ...   31
Sosialogiyadan imtahan sualları

Sosial institutların funksiyaları.

Sosial institutun normal fəaliyyəti üçün ona daxil olan insanlar müvafiq rollan qəbul etməli və yerinə yetirməlidirlər. Sosial institutlann əsas rolu müvafiq sosial tələbatın təmin edilməsindən ibarətdir. Onu reallaşdırarkən hər bir institut öz üzvlərinin birgə fəaliyyətini təmin edən aşağıdakı fimksiyalan yerinə yetirir:

1. ictimai münasibətlərin təkrar istehsalı funksiyası. Hər bir institut öz üzvlərinin davranışmı möhkəmləndirən və standartlaşdıran davranış qaydalan və normalar sisteminə malikdir. Müvafiq sosial nəzarət sistemi institut üzvlərinin fəaliyyətinin müəyyən statusda (qayda və çərçivədə) həyata keçirilməsinə şərait yaradır. Bununlada o, cəmiyyətin sosial strukturunun dayamqlı olmasına xidmət edir. Məsələn, ailə [179 - 180] institutu yerli mentalitetdən çıxış edərək, sosial nəzarətin köməyilə öz sabitliyini qoruyub saxlayır və onun dağılması imkanlarını məhdudlaşdırır. Bununla da o, bütövlükdə cəmiyyətin sosial strukturunun möhkəmlənməsinə mühüm köməklik göstərir.

2. Tənzimedici funksiya. Adından da göründü5di kimi bu funksiya sosial institutlarda birləşən insanlann fəaliyyətlərinin tənzimlənməsini təmin edir. Onlann maddi və mədəni həyatı bu funksiya vasitəsilə nizama salınır. Beləliklə, institutlar sosial həyatda bir növ standartlaşdırılmış davranışın və fəaliyyətin yerinə yetirilməsinə xidmət edir. Belə tənzimləmə insanlann birgəyaşayışı və birgəfəaliyyəti üçün son dərəcə zəruridir.

3. Təminedici funksiya. Bu funksiya institutlaşmış norma, qayda, sanksiya və rollar sistemi vasitəsilə sosial qrup üzvlərinin qarşılıqlı asılılığı və münasibətlərini təmin edir. Bu və ya digər instituta insanlann inteqrasiyası qarşılıqlı hərəkət sisteminin nizamlanması, əlaqələrin miqyası və tezliyinin artması ilə müşayiət olunur. Bu proses insanlann fəaliyyətlərinin koordinasiyası, hakimiyyətin sabitliyi və mütəşəkkil strukturlann yaradılması üçün mühüm amil rolunu 05mayır.

4. Ötürücü funksiya. Məlumdur ki, heç bir cəmiyyət əvvəlki nəsildən əxz etdiyi və özünün inkişaf etdirdiyi sosial təcrübəni gələcəyə ötürmədən inkişaf edə bilməz. Hər bir sosial institutun normal fəaliyyət göstərməsi üçün yeni insanlann gəlişinə ehtiyacı vardır. Bu problem nəsillərin dəyişil-məsi və institutlarm sosial sərhədlərinin genişləndirilməsi yolu ilə həyata keçirilir.

5. Kommunikativ (əlaqələndirici) funksiya. Sosial institutda hazırlanmış məlumatlardan və göstəricilərdən həm institutun daxilində normalara nəzarət etmək və onları idarə etmək üçün, həm də institutlar arasında qarşılıqlı əlaqələr yaratmaq üçün istifadə olunur. Bu zaman kommunikativ əlaqələrin xarakteri özünəməxsus xüsusiyyətlərə malik olur. Bir sıra tədqiqatçıların qeyd etdiyi kimi, sosial institutlann [180 - 181] kommunikativ imkanları eyni dərəcədə deyildir: onlardan bəziləri xüsusi olaraq informasiyanı ötürmək üçün nəzərdə tutulub (kütləvi informasiya vasitələri), digərləri isə bu işi yerinə yetirməkdə məhdud imkanlara malikdir; bundan əlavə, informasiyanı fəal qəbul edənlər (elmi institutlar) və onu passiv qəbul edənlər (nəşriyyatlar) da vardır. Əgər bu və ya digər sosial institut öz funksiyalarım aşkar yerinə yetirə bilmirsə, onda onu əsaslı dəyişikliklər və yenidən təşkilolunma gözləyir.

6. Latent (gizli) funksiyalar. Sosial institutlann fəaliyyətlərinin birbaşa nəticələri ilə yanaşı, gözlənilməyən, yəni əvvəlcədən planlaşdınimış insani məqsədlərdən uzaq olan nəticələr də mövcuddur. Sonuncular cəmiyyət üçün ciddi narahatlıq yaradır. Belə ki, dini ideologiya öz etiqadlanm təbliğ etməklə təsirini möhkəmləndirməyə çalışır. Lakin bu məqsədlərin reallaşması gedişində elə insanlar meydana gəlir ki, onlar din naminə və din pərdəsi altında öz gizli niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Məsələn, fanatiklər başqa dinə etiqad edənləri təqib edirlər. Belə hal dini zəmində sosial münaqişələrin yaranmasına kömək edir. Bu baxımdan Azərbaycanda da ayrı-ayn xeyriyyə təşkilatlanam bəzən missionerlik fəaliyyəti ilə məşğul olduğu qeyd edilməlidir.

Buradan aydındır ki, yalnız institutlann bütün funksiyalanni, o cümlədən latent funksiyalanm öyrənməklə biz onlann əsl simasını və məqsədlərini müəyyən edə bilərik. Bəzən sosioloqlar ilk baxışdan anlaşılmayan belə hadisə ilə üzləşirlər: institut öz həqiqi funksiyasını yerinə yetirmir və cəmiyyətdə onun fəaliyyətinə qarşı müəyyən maneçilik göstərilir. Lakin buna baxmayaraq o, öz işində davam edir. Bu hal onunla bağlıdrr ki, həmin institutun üzvləri gizli şəkildə öz məqsədlərinə nail olurlar. Deməli, latent funksiyaların öyrənilməsi ilk növbədə cəmiyyətin sosial strukturunda baş verən prosesləri müfəssəl öyrənmək üçün mühüm sosial və praktik əhəmiyyət kəsb edir.




  1. Yüklə 131,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin