Bu yanaşma eəmiyyət və onun strukturu haqqında sistemli, inteqral təsəvvürlərə əsaslanır. Bu nöqteyi- nəzərin mahiyyətini və başlıca məzmununu aşağıdakı əsas müddəa təşkil edir: sinfi (sosial-sinfi) bölgüyə sosial fərqlərin bütün məemusunu anlamağın özülü kimi yanaşılması, onun cəmiyyəti, hətta fərdlərin özünü də qruplara və təbəqələrə ayırmağın əsası kimi götürülməsi. Marksizm, əlbəttə, bu tipdən olan [104 - 105] (yəni müxtəlif sosial qruplara bölünməni əsas tutan) digər strukturları (sosial-demoqrafik, ərazi, sosial-peşə, sosial-mədəni, milli-etnik və s.) inkar etmir. Lakin həmin təlimdə bütün bu bölgülər tam müstəqil vəziyyətdə deyil, sosial-sinfi struktur ilə bu və ya digər dərəeədə əlaqədə anlaşılır.