Sosialogiyanın predmeti və vəzıfələri


Sosial strukturun mühüm bir səpkisini əhalinin sosial-demoqrafık göstəricilər üzrə bölünməsi təşkil edir



Yüklə 131,59 Kb.
səhifə21/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   17   18   19   20   21   22   23   24   ...   31
Sosialogiyadan imtahan sualları

Sosial strukturun mühüm bir səpkisini əhalinin sosial-demoqrafık göstəricilər üzrə bölünməsi təşkil edir. Bunlara qadınlar, kişilər, gənclər, pensiyaçılar, məktəblilər və b. Daxildir.Sosial-demoqrafık qrupların ayrılması üçün meyarlar cins və yaş fərqləridir. Bu təbii fərqlər öz-özlüyündə, sözün həqiqi mənasında sosial fərqlər olmasa da, siniflərə və qruplara bölünmüş cəmiyyətlərdə sosial fərq xarakteri ala bilir. Sosial-demoqrafık strukturun mühüm elementlərindən biri gənclərdir. Azərbaycanda gənclərin sosial strukturda xüsusi çəkisi xeyli artmışdır. Belə ki, 2006-cı ilin yanvar ayına olan məlumata görə, respublikamızın əhalisinin 8,4 milyon nəfərindən 5,1 milyonu və ya 60,4%-ini 34 yaşma qədər olan əhali təşkil edir.^ Perspektivdə əhalinin yaş strukturunda bu prosesin getdikcə artması gözlənilir. Bu isə ölkəmizdə əmək qabiliyyətli əhalinin artmasını şərtləndirir. Cəmiyyətin strukturunda insanlann sosial-etnik birlikləri xüsusi yer tutur. Onlann tərkibinə qəbilə, tayfa, xalq, millət daxildir (bu məsələlər xüsusi fəsildə təhlil ediləcəkdir).

  1. Təhsil institut kimi.

  2. Hüquq davranışı formaları.

  3. Sosial qrup anlayışıvə qrupların təsnifatı.

  4. Formal və qeyri formal institutları.

  5. Sosial qrupların dinamikası.

  6. Kütlə sosial qrup kimi.

  7. Siyasi mədəniyyət anlayışını təhlil edin.

  8. Sosial idarəetmənin xarakterik xüsusiyyətlərini müqayisəli təhlil edin.

  9. İlkin sosial ərazi birliklərini araşdırın.

  10. Sosial nəzarət anlayışını təhlil edin.

Sosial nəzarət termini elmi dövriyyəyə fiansız sosioloqu və kriminoloqu Qabriel Tard (1843-1904) tərəfindən daxil edilmişdir. O, əvvəlcə sosial nəzarəti cinayətkann ictimai fəaliyyətə qayıtması vasitəsi kimi nəzərdən keçirmişdir. Sonralar o, həmin anlayışın məzmununu genişləndirərək, onu şəxsiyyətin sosiallaşmasmm mühüm amillərindən biri kimi izah etmişdir.

Q. Tardm təsiri altında sosial nəzarət nəzəriyyəsinin işlənib hazırlanmasında iki Amerika sosioloqunun xüsusi xidmətləri qeyd olunmalıdır:

Birincisi, Amerika sosiologiyasının və sosial psixologiyasının banilərindən biri sayılan Edvard Rossdur (1866-1951). E. Ross belə hesab edirdi ki, sosial nəzarət «sağlam» sosial qayda yaratmaq məqsədilə fərdin davranışına cəmiyyətin məqsədyönlü təsiridir. İkincisi, Çikaqo məktəbinin bünövrəsini qoyanlardan biri Robert Parkdır (1864-1944). Məlum olduğu kimi, Çikaqo məktəbi sosial elmlərdə ilk məktəblərdən biridir. O, 1915-1935-ci illərdə Amerika sosiologiyasında üstün mövqeyə malik olmuş, ümumiyyətlə sosiologiyanm inkişafina əhəmiyyətli təsir göstərə bilmişdir. Bu məktəb dünyada ilk sosiologiya fakültəsinin bazasında formalaşmış, ən müxtəlif sosial problemlərin, o cümlədən sosial nəzarət probleminin işlənməsində dərin iz buraxmışdır. Həmin məktəbin liderlərindən olan R. Park belə hesab edirdi ki, sosial nəzarət sosial qüvvələrlə insan təbiəti arasında müəyyən nisbəti təmin edən vasitədir. O, sosial nəzarətin üç formasını ayırd edir:

1. elementar (əsasən məcburi) sanksiyalar;

2. ictimai rəy;

3. sosial institutlar.

R. Laper sosial nəzarət nəzəriyyəsini maraqlı tədqiqatları ilə zənginləşdirmişdir. Laperin fikrincə, sosial nəzarət elə bir vasitədir ki, onun köməyi ilə fərd mədəniyyəti mənimsəyərək, nəsildən-nəslə ötürür. Fərdi səviyyədə sosial nəzarət fərdlə konkret situasiya arasında vasitəçi rolunu yerinə yetirir. R. Laper belə bir nəticəyə gəlir ki, sosial nəzarətin müxtəlif tipli cəmiyyətlərdə fəaliyyət göstərən üç universal mexanizmi vardır:

1. Fiziki sanksiyalar (qrup normalarını pozmağa görə fərdin cəzalandırılması);

2. İqtisadi sanksiyalar (cərimə, qorxutma və s.);

3. İnzibati sanksiyalar.



Cəmiyyətdəki institutların möhkəmləndirilməsində sosial nəzarət mexanizmi mühüm rol oynayır. Eyni ünsürlər -insanların davranış qaydaları və normaları həm sosial institutlara, həm də sosial nəzarət sisteminə daxil olur. Bu qaydalar və normalar fərdlərin davranışını təsbit edir və standartlaşdırır. Sosial nəzarət sayəsində [193 -194] cəmiyyətdəki mövcud mədəniyyətin ayrı-ayrı fərdlər, sosial qruplar və təbəqələr tərəfindən mənimsənilməsi prosesi intensivləşir; insanlann qarşılıqlı əlaqələri uzlaşdınhr, ictimai sistemin sahmanlı, nizamlı fəaliyyəti təmin olunur. Nəticə etibarilə insanlann mütləq əksəriyyəti etdiyi hərəkətlərin müqabilində onu nə gözlədiyini irəlicədən bilir, fəaliyyətinin mümkün nəticələrini dərk edir. Şəxsin, qrupun özünün daxilindən, yaxın əhatəsindən başlayaraq onlan müxtəlif nəzarət sistemləri əhatə edir. Siyasi-hüquqi sistem, ictimai əxlaq, adət və ənənələr, peşə- vəzifə sistemi, ailə və s. bu qəbildəndir. Bu sistemlər qarşılıqlı surətdə bir-biri ilə bağlıdır: cəmiyyətin inkişafının müxtəlif pillələrində və məqamlannda həmin sistemlərin rolu dəyişilə bilər. Sosial nəzarət sistemin özünütənzimləməsinin elə üsuludur ki, həmin sistemi təşkil edən ünsürlərin sahmanlı qarşılıqlı təsirini normativ (o cümlədən hüquqi) baxımdan nizamlamaq vasitəsilə təmin edir. Sosial nəzarətin istiqaməti və məzmunu məlum sosial sistemin tarixən şərtlənmiş sosial-iqtisadi, siyasi, mənəvi-ideoloji, əxlaqi və digər sosial-mədəni xarakteristikalanndan asılıdır.


Yüklə 131,59 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin