Sosialogiyanın predmeti və vəzıfələri


Ənənəvi və industrial cəmiyyətin xarakterik xüsusiyyətləri



Yüklə 131,59 Kb.
səhifə13/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   9   10   11   12   13   14   15   16   ...   31
Sosialogiyadan imtahan sualları

Ənənəvi və industrial cəmiyyətin xarakterik xüsusiyyətləri.

Ənənəvi cəmiyyət (bunu sadə və aqrar cəmiyyət də adlandırırlar) aqrar uklada, az mütəhərrik stmkturlara və ənənələrə əsaslanan sosiomədəni tənzimləmə üsuluna malikdir. Fərdlərin davranışına ciddi şəkildə nəzarət olunur. Ənənəvi davranış normaları, adətlər, sabit sosial təsisatlar (xüsusən ailə, icma) çox mühüm məna kəsb edir. İstənilən sosial dəyişikliklərdən, yeniliklərdən imtina olunur. Ənənəvi cəmiyyət üçün istehsalın aşağı inkişaf surətləri xarakterik cəhətdir. Bu tip cəmiyyət üçün davamlı sosial həmrəylik çox əhəmiyyətli amildir. E. Dürkheym vaxtilə Avstraliya aborigenləri cəmiyyətini öyrənərək bu qənaətə gəlmişdi ki, dini etiqadlar cəmiyyətin əxlaqi vəhdətini qoruyub saxlamaqda çox mühüm rol oynayır. Ova hazırlaşmaqla, nikah mərasimləri və s. ilə bağlı birgə rituallar cəmiyyətin kollektiv ruhunun möhkəmlənməsinə kömək edir.

«İndustrial cəmiyyət» termini hələ O. Kont tərəfindən elmi dövriyyəyə daxil edilmişdi. Belə cəmiyyətin əsasını istehsal, sənayenin inkişafı təşkil edir; bunlar əməyin elmi təşkilinə istinad edir. Sənaye istehsalı fəhlələrin iş yerlərində [50 - 51] təmərküzləşməsini nəzərdə tutur. Əmələ gələn işçi kütləsinin sahibkarlarla münaqişəsi yaranır. Zənginliyin artmasının əsas şərti mənfəət ardınca qaçma və rəqabət olur. Lakin artıq istehsalla bağlı olan böhranlar da çoxalır; nəticədə bolluq içərisində yoxsulluq güclənir. İndustrial cəmiyyət sosial həyatın təşkilinin elə tipidir ki, burada fərdlərin azadlığı və maraqları onların birgə fəaliyyətini nizamlayan ümumi prinsiplərlə əlaqələnir. Belə cəmiyyət üçün çevik sosial strukturlar, sosial mobillik, inkişaf etmiş kommunikasiyalar sistemi xarakterik cəhətlərdir.




  1. Yüklə 131,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin