43. Demoqrafik problemlər və onların həll edilməsi yolları. Demoqrafiyanın predmetini əhalinin təbii təkrar istehsalı qanunu təşkil edir. Bu həm də ictimai-tarixi şərtlənmə ilə bağlıdır, çünki ictimai inkişaf qanununu ictimai-tarixişərtlənmədən kənarda dərk etmək qeyri-mümkündür.
Deməli, sözün geniş mənasında demoqrafiyanın predmeti əhalinin strukturunda, yerləşdirilməsində, yerdəyişməsində və dinamikasında baş verən hadisə və proseslərin qanunauyğunluqlarını öyrənməkdən ibarətdir.
Demoqrafiyada əhali spesifık tərzdə başa düşülür. O, insanların hər cür məcmuu deyil, məhz nəsillərin dəyişməsi prosesində özünü təkrar istehsal edən insanların məcmuudur. Başqa sözlə bu, zəngin struktura malik olan insanların kifayət qədər çoxsaylı hissəsi olub, həmin məcmunun fasiləsiz yeniləşməsi üçün zəruridir. Özünü təkrar istehsal qabiliyyəti əhalini demoqrafık termin kimi müəyyənləşdirmək üçün başlıca keyfiyyətdir, eləcə də insanların digər məcmuundan, məsələn, əmək kollektivlərindən, ev sakinlərindən fərqləndirən cəhətdir.
Yeri gəlmişkən bir anlaşılmazlığa aydınlıq gətirmək zəruridir. Yazıçıların və ya alimlərin əsərlərində və çıxışlarında tez-tez demoqrafık «əhali» anlayışına münasibətdə yanlış fıkirlərə rast gəlirik. Həmin fıkirlərdə əhali mənəvi keyfıyyətlərə, şəxsiyyət simasına yiyələnməyən anlayış kimi izah olunmaqla, yüksək mənəvi və şəxsi keyfıyyətlərə malik olan xalq və ya birlik kateqoriyalarına qarşı qoyulur. «Əhali» kateqoriyasına belə münasibət ədalətli sayıla bilməz (düzdür, demoqrafıyada bəzən əhali şəxsiyyət keyfiyyətləri nəzərə alınmadan nəzərdən keçirilir), əhali və xalq bu və ya digər cəmiyyətin sadəcə olaraq müxtəlif keyfıyyət xüsusiyyətləridir.
Sosial yerdəyişmələr XX əsrin sonuncu rübündən etibarən çox sürətlə inkişaf edir. Sosioloji demoqrafıya sosioloji və sosial psixoloji amillərin demoqrafık proseslərdə insanların iradi, subyektiv fəaliyyətinə təsirini öyrənir.
Əlbəttə, demoqrafiyanın bir çox sahələri ilə yanaşı digər daxili ixtisaslaşma sferalarıda mövcuddur. Tibbi, siyasi, hüquqi, hərbi və digər sahələr məhz bu qəbildəndir. Digər tərəfdən, hələ demoqrafiya ilə qovuşan elmlər nəzərə çarpır, düzdür, hələlik əhalinin təkrar istehsalı və onun müxtəlif aspektləri üçün amil kimi çıxış edən iqtisadi, sosioloji, tarix və digər elmlərin tədqiqat predmetini təşkil edən proseslərə təsir göstərən elm sahələri dəqiq müəyyənləşdirilməyib. Bunu belə bir məqamla izah etmək olar ki, sosial mobillik, başqa sözlə insanların cəmiyyətin sosial strukturunda yerdəyişməsi onların çıxardığı qərara, məsələn, yaxın illərdə daha bir uşaq doğmaq lazımdır və yaxud yox, dissertasiya yazmaq vacibdir yoxsa sağlamlığını qorumaq qənaətinə təsir göstərir. Belə halda sosial mobillik demoqrafık tədqiqat amili kimi nəzərdən keçirilir. Əksinə, ailədə uşaqların sayı, ailənin özünün mövcudluğu müasir cəmiyyətdə insanların, xüsusilə qadınların peşə fəaliyyətinə imkan yarada bilər və ya maneçilik törədər. Bu cür halda demoqrafık komponenti sosial mobilliyin amili kimi səciyyələnməklə, sosiologiyanın tədqiqat predmetini təşkil edir.
Demoqrafiyanın komponentləri, xüsusilə əhalinin dəyişməşi bu və ya başqa dərəcədə iqtisadiyyatın vəziyyətinə, cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına, ictimai inkişafın sürətinə və nisbətinə əhəmiyyətli təsir göstərir. Cəmiyyətin taleyi, eləcə də onun təbiətlə qarşılıqlı münasibəti üçün, sadəcə olaraq əhalinin mövcudluğu vacib deyildir, həm də bu qarşılıqlı münasibətə daim əlverişli şərait təmin edilməlidir.