Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Əmək kollektivinin şəxsiyyətin sosiallaşma prosesində iştirakı



Yüklə 200,89 Kb.
səhifə59/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   51   52   53   54   55   56   57   58   59
SOSİOLOGİYA

60. Əmək kollektivinin şəxsiyyətin sosiallaşma prosesində iştirakı.
Əmək kollektivin ən başlıca funksiyası istehsal funksiyasıdır. Kollektivin effektli işləməsi üçün ona normal əmək və istirahət şəraitinin yaradılması mühüm əhəmiyyətə malikdir. Bundan əlavə bu mühüm şərt işçi qüvvəsinin təkrar istehsalı üçün vacibdir.
Əməyə aid başlıca funksiyanın reallaşması öz növbəsində digər çox mühüm funksiyanı – istehsal vasitələrinə şərik olmağı müəyyənləşdirir. İstehsal vasitələri üzərində mülkiyyətə (dövlət, səhmdar, xüsusi və s.) şərik olmaq məsuliyyətli, çox ciddi işdir. Bu funksiya hər şeydən əvvəl, əmək fəaliyyəti prosesində sosial münasibətlərdə təzahür edir. Müəssisənin əsas fondlarını (zavod, fabrik, mədən, torpaq, tikinti, kontor, bank və s.) özəlləşdirən kollektiv öz inkişaf şəraitinin tənzimlənməsinin subyektivi kimi çıxış edir. Əmək təşkilatlarının digər fəaliyyət formaları xüsusi şərikli müəssisələrdə yaranır.
Kollektivin istehsal funksiyası, əsasən, əməyin texniki-iqtisadi məzmununu əks etdirir. Şərik olmaq funkisyası isə əməyin sosial-iqtisadi xarakterini ifadə edir və xüsusilə öz əksini kollektivin sosial strukturunda tapır. Əmək kollektivlərinə həmçinin müəssisə sahibləri və muzdlu işçilər daxil olurlar. İkinci funksiya şərikli və xüsusi müəssisələrdə əməyin ictimai təşkilində, istehsal məhsullarının bölgüsü sistemində, onun mənimsənilməsi üsulunda ifadə olunur. Bu funksiyanın reallaşması dərəcəsini əmək kollektivinin təşkili, seçmə sistemi, yerləşdirmə, təhsil, kadrların sosial, şaquli yerdəyişməsi, əməyə münasibətin təkmilləşdirilməsi, əxlaqi-psixoloji mühit və s. İlə ölçmək insanın, kollektivin əmək fəaliyyəti, şəxsiyyətin formalaşması prosesində böyük əhəmiyyətə malikdir.
Sosial şəxsiyyət insanlarla ünsiyyətdə təşəkkül tapır. Mahiyyət etibarilə o, insanın müxtəlif qruplarda sosial rolları sistemi kimi təsəvvür olunur. Bazar münasibətlərinin mahiyyəti iqtisadi liberalizmlə, rəqabətlə, gəlir əldə etməyə səy göstərməklə səciyyələnir. Onlar şəxsiyyətin sərvət yönümünə, maraqlarına birmənalı təsir göstərmir. Bazar iqtisadiyyatının bu göstəriciləri şəxsiyyət kimi səciyyələnən kollektiv üzvlərində təşəbbüskarlıq, fəallıq, qətiyyət doğurur, onların qabiliyyətinin və yaradıcılığının inkişafı üçün imkanları genişləndirir.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin