Soyad: Höccətova Fakültə: Təhsil



Yüklə 0,97 Mb.
səhifə4/4
tarix11.05.2023
ölçüsü0,97 Mb.
#111046
1   2   3   4
Xüsusi Təhsil

Kəkələmə.Kəkələmək insanın qəsdsiz olaraq damaq səsləri ilə başlayan sözləri və hecaları təkrarlamasına, uzatmasına və ya kəsilməsinə verilən təsvirdir. Əsasən evin kiçik uşaqlarında rast gəlinir. Ən çox 2-7 yaş arasında olur. Ortalama 5 yaşdır.
Hər 100 insanın birində kəkələmə olur. Oğlanlarda qızlara nisbətən buna 4 dəfə artıq rast gəlinir. Uşaqların 20%-i ilk inkişaf vaxtlarında valideynləri narahat edir. 5%-i kəkələməyə 6 ay və daha artıq vaxt müddətində davam edir. 3/5- ü gec uşaqlıq vaxtına qədər davam edir. 1%-ə qədəri uzunmüddətli vaxtı əhatə edir. Ən düzgünü erkən müdaxilədir. Əgər uşaq kəkələməyə 6 aydan artıq başlayıbsa, onda mütləq nevropatoloq və loqopedə müraciət edilməlidir.Kəkələmənin tam yaranma səbəbi məlum deyil. Bəzi araşdırmalar genin və ya stressin buna yol açdığını deyir. Digər bir araşdırma kəkələmə və teurətə sindiromu arasında əlaqə olduğunu deyir. Kəkələyən insanlar deyilməsi asan olanı deyirlər. Kəkələmə nitq aparatının əzələsinin qıcolmasıdır. İlkin olaraq kəkələməyə uşaq xəstəliyi deyilir. Kəkələyən insanlar daim açıq havada gəzməli və çoxlu vanna qəbul etməlidirlər. Kəkələyən uşaqlarla iş uzunmüddətli olur.
Kəkələmənin növləri:

  1. Klonik

  2. Tonik

  3. Qarışıq

Kəkələmənin ən yüngül forması klonikdir. Məsələn, uşaq maşın sözünü demək istəyir. Bu zaman həmin sözü belə tələffüz edir: ma…. ma…. maşın. Uşaq bu sözü deyərkən nitqində sanki bir “partlayış” əmələ gəlir.
Kəkələmənin ağır forması tonikdir. Tonik kəkələməni aradan qaldırmaq üçün mütləq klonik kəkələmənin tədricən azaldılmasına çalışılmalıdır. Bu zaman bir balaca da olsa yüngülləşmə əmələ gələ bilər.Qarışıq kəkələmə kəkələmənin ən ağır forması sayılır. Burada həm 2 eyni-tonik, tonik həm də tonik, klonik növlərinin qarışığı ola bilər.
Kəkələməni xüsusiyyətlərinə görə belə qruplaşdırmaq olar: damaq kəkələməsi, nəfəs kəkələməsi, qıtlaq kəkələməsi, düşüncə kəkələməsi və s. Məsələn, uşaqda düşüncə kəkələməsi zamanı qəribə bir hal yaşanır. Belə ki, uşaq ailəsinin yanında olduqda çox kəkələyir. Mütəxəssis və ya kənar şəxslərin yanında olduqda isə bu kəkələmə hədsiz dərəcədə az olur. Yəni, bu artıq düşüncənin kəkələməni idarə etməsi deməkdir.
Nəfəs kəkələməsi zamanı sanki uşaq boğulur, nəfəsini düzgün istifadə edə bilmir və kəkələyir. Sürətli kəkələmədə uşaq sürətli nitq formasında kəkələyir, bu vaxt 5 dəqiqəyə deyəcəyi sözü 2 və ya 1 dəqiqəyə söyləyir. Kəkələmənin sürəti, yəni o dərəcədə tez olur. Xüsusilə qeyd olunmalıdır ki, sürətli kəkələmə zamanı uşaqlar lazım olanı deyil, onu əvəz edə biləcək asan sözü deyirlər. Dodaq kəkələməsi zamanı isə uşaq m, p, v, b samit səslərini tələffüz edərkən daha çox kəkələyir.
Kəkələmə daha çox 2 yaşla 4 yaş arasında, nitqin funksional sistemlərnin intensiv inkişaf etdiyi və uşaq Şəxsiyyətinin formalaşma mərhələsində baş verir. Sonra kəkələməyə meyl tədricən aşağı düşür və on ildən sonra (4 yaşdam 14 yaşa qədər) yenidən baş qaldıra bilər.
Pubertat yaşa qədər olan mərhələdə kəkələyən uşaqların sayı resedivlər nəticəsində, məktəbə getmək ərəfəsində arta bilər. Kəkələmənin belə artması fəaliyyətin dəyişməsi (onun əvəzinə təlim), uşağa verilən tələblərin yüksəkliyi ilə bağlı olur. Kəkələmənin şiddətlənməsi cinsi yetişkənlik dövründə də mümkündür.Qeyd etmək lazımdır ki, kənd yerlərində yaşayan uşaqlarda, şəhərdə yaşayan həmyaşıdlarından fərqli olaraq kəkələmə çox az rast gəlinir. Belə ki, şəhər yerinin daha çox gərgin, emosional cəhətdən zəngin olması kəkələməni artıran səbəblərdən biridir. Bu fikirlərə yaxın olan iqlim şəraitinin də kəkələməni şərtləndirməsi haqqında (xüsusilə yaz və payız fəsillərində) maraqlı mübahisələr də vardır.
Uşağın nitq mühiti haqqında (valideynlərin, ya da yaxın qohumların kəkələməsi, sürətlə danışması və s. məlumatların alınması çox vacib işlərdən biridir. Bundan əlavə loqoped uşağın ailədə tutduğu mövqe, ona münasibət və nəzarətin olması barədə (uşağın ərköyün saxlanması və ya mehribanlığı, uşağın nitqinə diqqətin yetirilməsi, düzgün nitq tərbiyə etmək üçün valideynlərin köməyi və s.) məlumatlar toplayır. Kəkələmənin nə vaxt, necə, hansı şəraitdə baş verdiyini, kəkələmənin səbəblərinin araşdırılması, kəkələmə zamanı yaranan hərəkətlərin olub-olmaması, kəkələmənin nə vaxt daha da şiddətlənməsi və buna səbəb olan amillərin və sairədə loqoped tərəfindən öyrənilməlidir.
Bütün yuxarıda göstərilən məlumatların toplanılması, araşdırılması hər bir konkret kəkələyən şəxs üçün müalicə-pedaqoji təsirin əsas formasını müəyyən etməyə imkan verir. Uşaqda müşayətedici hərəkətlərin olması hərəkət çalışmalarının, hətta xüsusi müalicəvi bədən tərbiyəsi məşğələlərinin keçirilməsini vacib edir.

Ədəbiyyat siyahısı:


Z.M.Əzizova
R.Q.Cəfərova
Ş.N.İsmayılov
Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin