Nizamlama prosesində yeni mərhələ
Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş
vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar
nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də
ciddi təşvişə saldı. Azərbaycan Respublikası belə bir şəraitdə
1994-cü il mayın 8-də Bişkek Protokolunu imzaladı. Müna
qişənin dinc vasitələrlə nizamlanması məqsədi ilə ulu öndər
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü il
mayın 12-də cəbhə bölgəsində atəşkəsə nail olundu. Bundan
sonra ATƏM-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq
danışıqlar aparılmağa başlandı və münaqişəni nizamlama pro
sesi yeni mərhələyə qədəm qoydu.
248
1994-cü ilin dekabrında ATƏM-in Budapeşt Zirvə toplantı
sında beynəlxalq sülhməramlı qüvvələrin yaradılması və on
ların münaqişə bölgəsinə göndərilməsi qərara alındı. Bundan
başqa, Rusiya və Finlandiya nümayəndələrindən ibarət həm
sədrlik institutu təsis edildi. 1996-cı ilin dekabrında ATƏT-in
Lissabonda keçirilən Zirvə toplantısında isə Ermənistan-Azər
baycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda
ilk mühüm siyasi nailiyyət əldə edildi. Münaqişənin nizama
salınmasının beynəlxalq hüquqi bazasını təşkil edən sənəddən
əlavə, ulu öndər Heydər Əliyevin misilsiz diplomatik məha
rəti sayəsində problemin həllinin siyasi-hüquqi çərçivələrini
müəyyənləşdirən xüsusi bəyanat qəbul edildi. Bu bəyanat,
Ermənistan istisna olunmaqla, ATƏT-ə üzv olan 53 dövlət tə
rəfindən müdafiə edildi. Bu müddətdən etibarən isə Minsk
qrupunda üçlü həmsədrlik (Rusiya, ABŞ və Fransa) yaradıldı.
1997-ci ilin ikinci yarısından başlayaraq Minsk qrupunun
həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən
ibarət - Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən 7
rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəy-
yənləşdirilməsinə dair müxtəlif təkliflər paketi ilə çıxış etmişlər.
1997-ci ilin iyununda təqdim edilən ilk təklifdə münaqişənin
«paket» (bu variantda Dağlıq Qarabağın statusu da daxil ol
maqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə
tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürülən ikinci
təklifdə isə münaqişənin «mərhələli» (bu variantda isə müna
qişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu)
həlli nəzərdə tutulurdu. Rəsmi Bakı həmin planları müəyyən
düzəlişlərlə qəbul etsə də, Ermənistan qeyri-konstruktiv möv
qeyini davam etdirərək həmin təkliflərlə razılaşmadı. 1998-ci
ilin noyabrında həmsədrlərin irəli sürdükləri üçüncü təklif -
«ümumi dövlət» ideyası beynəlxalq hüquq normalarına zidd
olmaqla bərabər, hələ dünya praktikasında mövcud olmamış
variant idi. Şübhəsiz ki, Azərbaycan bu təklifi qətiyyətlə rədd
etdi.
249
Danışıqlar prosesinə intensivlik gətirmək məqsədi ilə 1999-
cu ilin aprelindən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində yeni formatda ad
dımlar atıldı. Bu addımlar Azərbaycan və Ermənistan prezi
dentlərinin birbaşa dialoqunun aparılması idi. Prezidentlərlə
yanaşı, iki ölkənin xarici işlər nazirlərinin birbaşa təmasları da
dinamik hal aldı. 2004-cü ilin avqust ayında Praqa görüşündə
nazirlər danışıqları «mərhələli həll» variantı üzrə aparmaq
haqqında razılığa gəldilər. Bu variant siyasi leksikona «Praqa
prosesi» termini ilə daxil oldu.
Beynəlxalq təşkilatlar çərçivəsində ötən müddət ərzində
Azərbaycanın məlum məsələ ilə bağlı fəaliyyəti də məhsuldar
olmuşdur. Avropa Şurası Parlament Assambleyasında (AŞ PA)
qəbul edilən sənədlər bu sırada xüsusilə seçilir. Cənab İlham
Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin
prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞ PA-nın 2002-ci
ilin payız sessiyasında Ermənistan silahlı qüvvələri tərəfindən
Dağlıq Qarabağın işğalı faktı ilk dəfə olaraq bu beynəlxalq qu
rumun sənədlərində rəsmi şəkildə öz əksini tapdı. AŞ PA-nın
2005-ci il yanvar sessiyasında qəbul edilən 1416 saylı Qətna
məsində isə Azərbaycan ərazilərinin böyük bir hissəsinin hələ
də Ermənistan qoşunlarının işğalı altında olduğu və separatçı
qüvvələrin Dağlıq Qarabağ regionuna nəzarət etdiyi göstərilir
di. Qətnamədə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə
siyasəti pislənilir, bu hərbi əməliyyatların monoetnik ərazilərin
yaranmasına gətirib çıxarması narahatlıqla bildirilirdi. Sənəddə
həmçinin qeyd olunurdu ki, Avropa Şurasının üzvü olan bir öl
kənin başqa dövlətin ərazilərini işğal altında saxlaması həmin
ölkənin öz üzərinə götürdüyü öhdəliklərə ziddir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həlli ilə bağlı Avropa Parlamenti də son illərdə obyek
tiv mövqe nümayiş etdirib. 2004-cü ildə təşkilatın sessiyasında
250
«Avropa İttifaqının Cənubi Qafqaz siyasəti» mövzusunda qəbul
edilmiş qətnamədə erməni separatçılarının işğal etdikləri ərazi
lərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardıq
ları öz əksini tapmışdır. Avropa Parlamenti Cənubi Qafqazda
təhlükəsizliyin bərqərar edilməsinə mane olan münaqişənin
nizama salınması üçün işğal olunmuş Azərbaycan ərazilərinin
(Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan)
azad edilməsi təklifi ilə çıxış etmiş və bununla da bu münaqi
şənin «mərhələli həll» variantına öz dəstəyini ifadə etmişdir.
Prezident İlham Əliyev: «Mən nə qədər Prezidentəm,
Dağlıq Qarabağın Azərbaycandan ayrılacağına
yol verməyəcəyəm»
Son illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Er
mənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həlli istiqamətində yeritdiyi ardıcıl və milli mənafelərə
əsaslanan prinsipial siyasət, həmçinin ölkənin iqtisadi cəhət
dən qüdrətlənməsi respublikamızın diplomatik mövqelərinin
daha da güclənməsi ilə müşayiət olunur. Dövlət rəhbərinin
uğurla apardığı danışıqlar, nümayiş etdirdiyi qətiyyətli mövqe,
verdiyi kəskin bəyanatlar təbliğat savaşında səmərəli olmaqla
yanaşı, münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi
Bakının siyasi üstünlüyünü də təmin etmişdir. Azərbaycanın
iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə
artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhə
ləyə qədəm qoyub.
ATƏT-in Minsk qrupunun son illərdə öz fəaliyyətini xey
li dərəcədə gücləndirməsi, dünyanın ən aparıcı beynəlxalq
təşkilatlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müna
qişəsinə daha çox diqqət ayırması faktı göz önündədir. Av
ropa Şurası, Avropa Birliyi, İKT, GUAM kimi nüfuzlu beynəl
251
xalq qurumlar, habelə münaqişə ilə bağlı 4 qətnamə qəbul
etmiş BMT problemin həllində ərazi toxunulmazlığı prinsipini
önə çəkmişdir. Dağlıq Qarabağ məsələsi BMT Baş Məclisinin
müzakirəsinə də çıxarılmışdır. Cənab İlham Əliyevin Avropa
Şurasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəh
bəri kimi başladığı səmərəli fəaliyyət son illərdə də uğurla
davam etdirilir. Azərbaycan Prezidenti 2004-cii ilin aprelində
Strasburqdakı çıxışında Ermənistanın işğalçılıq siyasətini bey
nəlxalq aləmdə bir daha ifşa etmişdir. Bütün bunlar Avropa
Şurasının 2005-ci ilin yanvarında Ermənistanı işğalçı dövlət,
Dağlıq Qarabağı isə separatçı rejim kimi tanıyan qətnamə
nin qəbuluna mühüm təsir göstərdi. Ermənistanın münaqişə
nin «Praqa prosesi», yəni «mərhələli həll» modeli ilə razılaş
maq məcburiyyətində qalması da rəsmi Bakının son illərdəki
mühüm diplomatik nailiyyətlərindən biri kimi vurğulanmalıdır.
Cənab İlham Əliyev hələ Prezident kimi səlahiyyətləri
nin icrasına başlayarkən andiçmə mərasimində etdiyi çıxışda
münaqişənin həlli ilə bağlı fəaliyyət platformasını belə açıqla
mışdı: «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
ölkəmiz üçün ən ağır problemdir. Bu məsələ öz həllini
tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəl
xalq hüquq normaları əsasında həll oluna bilər: Azərbay
canın torpaqları işğaldan azad olunmalıdır, 1 milyon qaçqın
və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin
ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu
vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmaya
caqdır. Azərbaycan öz doğma torpaqlarını nəyin bahası
na olursa-olsun azad edəcəkdir». Bu prinsiplər ötən müddət
ərzində Azərbaycan diplomatiyasının ən başlıca prioritetinə
çevrilmişdir.
Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrdə yüksə
lişə nail olması, həmçinin iqtisadi inkişaf dinamikasına görə
252
dünyada lider dövlət olması ordu quruculuğunda müsbət irə
liləyişlərə səbəb olmuşdur. M illi Ordunun müdafiə qüdrətinin
və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının
yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müda
fiəsi tədbirlərinin gücləndirilməsi vacib inkişaf istiqamətləri
kimi diqqəti çəkir. Ermənistanın təcavüzü ilə üzləşmiş Azər
baycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş
ordunun formalaşdırılması istiqamətində atılan addımlar son
illərdə daha da intensivləşmişdir. Həyata keçirilən uğurlu isla
hatlar nəticəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə
güclənməsi Prezident İlham Əliyevə bu sahədə ardıcıl təd
birlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa
imkan vermişdir. Dövlət başçısı ölkəmizdə hərbi potensialın
daha da gücləndirilməsi, bu prosesdə qabaqcıl dövlətlərin
təcrübəsinə istinad olunması kimi mühüm məsələləri diqqət
mərkəzində saxlamışdır. M illi Orduya dövlət büdcəsindən ay
rılan vəsaitlərin həcmi ildən-ilə artırılır və bu da paralel olaraq
maddi-texniki təminatın, döyüş əhvali-ruhiyyəsinin, nizam-
intizamın güclənməsinə səbəb olur. Azərbaycan Ordusunun
hərbi büdcəsinin Ermənistanın bütövlükdə dövlət büdcəsi sə
viyyəsinə qaldırılması barədə bir neçə il öncə Prezident İlham
Əliyevin elan etdiyi məqsədə artıq nail olunmuşdur.
«Nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən son
ra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan
ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm, buna yol ver
məyəcəyəm», -deyən dövlət başçısı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün
olmayacağı təqdirdə torpaqların hərbi vasitələrlə azad edilə
cəyini birmənalı söyləyir və Silahlı Qüvvələrin buna tam qadir
olduğunu bəyan edir. Ali Baş Komandan İlham Əliyev böl
gələrə səfərləri zamanı müntəzəm olaraq hərbi hissələrə baş
çəkir, cəbhə bölgəsində, səngərdə vətənin keşiyində dayanan
əsgər və zabitlərimizlə görüşür, onların hərbi xidmət şəraiti ilə
253
maraqlanır, cihazlar vasitəsilə düşmənin üzbəüz mövqelərini
müşahidə edir. Bu, əslində, Azərbaycanın heç zaman ərazi
itkisi ilə barışmayacağı ilə bağlı bütün dünyaya verilən növbəti
mesajlarıdır.
Ən mühüm nailiyyətlərdən biri də Prezident səlahiyyətləri
nə başlayarkən «Azərbaycanda bir çadır şəhərciyi belə qal
mayacaq» deyən cənab İlham Əliyevin ötən müddət ərzində
vədini tam gerçəkləşdirməsidir. İndi qaçqın və məcburi köç
künlərin hamısı normal şəraiti olan qəsəbələrdə məskunlaşıb.
Bugünkü Azərbaycan artıq 1988-1993-cü illərin böhranlı,
məğlub, qətiyyətsiz Azərbaycanı deyil. Bugünkü Azərbaycan
iqtisadi, siyasi, ideoloji və xarici siyasət sahələrində böyük
güc, qüdrət sahibidir. Ən əsası, «forpost» Ermənistan artıq tam
müstəqil Azərbaycan qarşısında hər mənada acizdir. Prezi
dent İlham Əliyev bütün beynəlxalq ictimaiyyətə, həmçinin
təcavüzkar ölkəyə birmənalı bəyan edib ki, Azərbaycanın əra
zi bütövlüyünün tanınması bu gün Ermənistanın qarşısına şərt
kimi qoyulub və o bu şərti qəbul etməyə məhkumdur. Çünki
Azərbaycan öz haqqını diplomatik yönümdən əlavə, hərbi
cəbhədə də tam təmin etmək iqtidarındadır.
254
QARABAĞ MÜNAQİŞƏSİNİN
QARA SALNAMƏSİ
Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş əraziləri
Dağlıq Qarabağ
Ərazisi
- 4388 km2
Əhalisi
- 189085
Ermənilər
- 145450 (76,9%)
Azərbaycanlılar
- 40688 (21,5%)
Ruslar
- 1922 (1,0%)
Digərləri
- 1025 (0,6%)
Şuşa
Ərazisi
- 289 km2
Əhalisi (1989)
- 20579
Azərbaycanlılar
- 19036 (92,5%)
Ermənilər
- 1377 (6,7%)
İşğal tarixi
- 1992, 8 may
Ə traf rayonlar
İşğal tarixi
Əhalisi
Laçın
1992, 1 8 may
- 66646
Kəlbəcər
1993, 2 aprel
- 61947
Ağdam
1993, 23 iyul
- 145359
Füzuli
1993, 23 avqust
- 106543
Cəbrayıl
1993, 23 avqust
- 62519
Qubadlı
1993, 31 avqust
- 31619
Zəngilan
1993, 29 oktyabr
- 36335
255
TƏ C A VÜ ZÜ N QURBANLARI
Həlak olanlar
- 20000
Əlil olanlar
- 50000
İtkin düşənlər
- 4866
DAĞINTILAR V Ə ZİYANLAR
Yaşayış məntəqələri
- 9 0 0
Evlər
- 130939
İctimai binalar
- 7000
Məktəblər
- 1025
Uşaq bağçaları
- 855
Səhiyyə ocaqları
- 798
Kitabxanalar
- 927
Məscidlər və məbədlər
- 53
Tarixi abidələr, muzeylər və yerlər
- 4 7 3
Muzey eksponatları
- 40000
Sənaye və kənd təsərrüfatı obyektləri - 2389
Avtomobil yolları
- 5198 km
Körpülər
- 348
Su xətləri
- 7568 km
Qaz xətləri
- 2000 km
Elektrik xətləri
- 76940 km
Meşələr
- 280000 ha
Məhsuldar torpaqlar
- 1000000 ha
İrriqasiya sistemləri
0
- 1200 km
AZƏRBAYCANA M Ü H A R İB Ə ZAM ANI DƏYMİŞ ZİYA
N IN Ü M U M İ M ƏBLƏĞİ 60 MİLYARD ABŞ DOLLARIN-
DAN ÇOXDUR.
256
Azərbaycanın işğal olunmuş ərazilərində
Ermənistanın qanunsuz fəaliyyəti
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazir
liyinin məlumatına görə, Ermənistan Respublikası və
separatçıların işğal olunmuş ərazilərdə qeyri-qanuni
fəaliyyəti əsasən aşağıdakı istiqamətlərdə təzahür et
mişdir:
/. Separatçı-terrorçu qurumun müstəqil dövlət kimi tanı
dılması cəhdləri
Dağlıq Qarabağdakı separatçı-terrorçu qurum atəşkəs re
jimindən istifadə edərək beynəlxalq aləmdə müstəqil dövlət
kimi tanınmaq məqsədi ilə son illər ərzində zəruri «dövlət insti
tutları» («parlament», «nazirliklər», «ordu», «komitə» və «ida
rələr») təsis etmiş, bir neçə ölkədə öz «nümayəndəlik»lərini
açmışdır.
2001-ci ilin mart ayından bu ərazilərdə yaşayan vətəndaşla
ra onların qondarma qurumun və Ermənistan Respublikasının
vətəndaşı olduqlarını təsdiq edən yeni «pasportlar»ın verilmə
sinə başlanmışdır.
II. Dövlət terrorizmi və təcavüzkar separatizm
1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları
tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş,
nəticədə 1.568 nəfər ölmüş, 1.808 nəfər yaralanmışdır. Azər
baycan Respublikası, eləcə də xarici ölkələrin məhkəmələ
ri tərəfindən prosessual qaydada sübuta yetirilmişdir ki, hə
min terror aktlarının 32-si Ermənistan Respublikasının xüsusi
xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal
olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz
kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata
keçirilmişdir.
257
Azərbaycanda mülki əhaliyə qarşı terrorçu fəaliyyətin bila
vasitə Ermənistan Respublikasının dövlət orqanları və separatçı
qurum tərəfindən üçüncü ölkə vətəndaşları, Azərbaycan Res
publikasının azsaylı xalqlarının nümayəndələri, hərbi əsir və
girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi və reallaşdı-
rılmasına cəhdlər göstərilmişdir.
Azərbaycan Respublikası M illi Təhlükəsizlik Nazirliyi ilə
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlığı nəticə
sində Ermənistan Respublikası M illi Təhlükəsizlik Baş İdarə
sinin şöbə rəisi polkovnik Can Ohanesyanın, onun müavini
mayor Aşot Qalayanın, Rusiya Federal Əks-kəşfiyyat Xidməti
nin Terrorizmlə mübarizə idarəsinin baş əməliyyat müvəkkili
mayor Boris Simonyanın başçılığı ilə Rusiya ərazisində fəa
liyyət göstərən erməni separatçılarından ibarət terrorçu qrup
məsuliyyətə cəlb olunmuşdur. Moskvada yerləşən və Valeri
Petrosyanın rəhbərlik etdiyi «TİRR» Assosiasiyası tərəfindən
maliyyələşdirilən həmin qrup Rusiya və Azərbaycan ərazisin
də dəmiryol qatarlarında bir neçə partlayış törətmişdir. Bütün
bu şəxslər Rusiya Federasiyası və Azərbaycan Respublika
sı məhkəmələri tərəfindən müxtəlif müddətlərə azadlıqdan
məhrumetmə cəzasına məhkum olunmuşlar.
Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində fə
aliyyət göstərən terrorçu-separatçı «Sadval» təşkilatı üzvlərinin
1994-cü il martın 19-da Bakı Metropoliteni stansiyalarından
birində törətdikləri və 14 nəfər dinc sakinin ölümü, 42 nəfərin
yaralanması ilə nəticələnən partlayışın Ermənistan Respubli
kası xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi faktı da
prosessual qaydada tam sübuta yetirilmişdir. Çoxsaylı şahid ifa
dələri və maddi sübutlar bu təşkilatın yaraqlılarının Ermənistan
Respublikasının Nairi və Arzni rayonlarında yerləşən, xüsusi
xidmət orqanlarına məxsus hərbi-təxribat hazırlığı bazaların
da, habelə Dağıstan Respublikasının Məhərrəmkənd rayonu
ərazisində təşkil edilmiş xüsusi düşərgələrdə təlim keçdikləri
258
ni birmənalı şəkildə təsdiqləmişdir. Məhz Ermənistanın xüsusi
xidmət orqanları terror aktlarının icrası üçün cinayətkarları zə
ruri partlayıcı materiallar və texniki vasitələrlə təchiz etmiş və
maliyyələşdirmişlər. Azərbaycanın milli təhlükəsizlik orqanları
həmin cinayətin 43 təşkilatçısını və icraçısını aşkarlamış, on
lardan 30 nəfəri Azərbaycan Respublikası Ali Məhkəməsinin
hökmü ilə azadlıqdan məhrum olunmuşdur, ölkənin hüdudla
rından kənarda gizlənənlər barədə isə əməliyyat-axtarış təd
birləri davam etdirilir.
Bu dəhşətli terror aktının qeyri-adiliyi ondadır ki, Azərbay
can torpaqlarını işğal edən və Dağlıq Qarabağın separatçı reji
minə himayədarlıq edən qonşu Ermənistanın xüsusi xidmət or
qanları həmin cinayəti həyata keçirmək üçün terrorçuları digər
həmsərhəd ölkədə - Rusiya Federasiyasında, ölkəmizin bir sıra
şimal rayonları barəsində ərazi iddiaları irəli sürən separatçı
lar sırasından hazırlamışlar. Bu isə müxtəlif etnik yönümlü se
paratçılar arasında qarşılıqlı əlaqələrin beynəlxalq terrorizmin
əsas tərkib hissələrindən biri olduğuna daha bir sübutdur.
Təəssüf ki, bu, yeganə fakt deyil. Belə ki, 2000-ci ilin əvvə
lindən etibarən Azərbaycanın şimal rayonlarında yaşayan avar
xalqının adından separatçılıq hərəkatını başlamaq məqsədini
güdən bir qrup fəallaşmışdı. 2001-ci ilin iyun ayından Dövlət
Yol Polisinin postlarına, rayon polis şöbəsinə və hərbi hissəyə
bir neçə basqınlar, Şeyx Şamilin abidəsinin partladılması kimi
cinayətlərin törədilməsi Zaqatala və Balakən rayonlarında və
ziyyəti kəskinləşdirmişdi.
Həmin cinayətlərin istintaqı zamanı göstərilən qrupun rəh
bəri Hacı Maqomedovun və sonradan onun həbs edilmiş si
lahdaşı Şaban Buşdiyevin erməni xüsusi xidmətlərinin nüma
yəndələri ilə əlaqələri olması faktı aşkarlanmışdır.
1997-ci ildə onların hər ikisi Azərbaycan ərazisində «Avar
dövləti»nin yaradılması üçün 1 milyon ABŞ dolları və 1000
ədəd avtomat silahın alınması məsələsinin müzakirəsi məqsə
259
di ilə Yerevan və Xankəndiyə səfər etmişlər. Sonradan onlar
bu danışıqları Mahaçqalada davam etdirmiş və nəticədə 1.000
ədəd avtomat silahın və 300 min ABŞ dollarının verilməsi
barədə razılığa gəlmişlər. Bundan sonra avar separatçılarının
«Car-Balakən dövləti»nin yaradılması ideyası və bu istiqamət
də fəaliyyətlərinə dəstək almaq üçün H.Maqomedov 2001-ci
ilin dekabrında yenidən Yerevana getmişdir. Bu səfərin əsas
məqsədi yaz-yay mövsümündə yerli icra hakimiyyətinin bi
nasının zəbt edilməsi, həbs olunmuş silahdaşlarının azadlığa
buraxılması şərti ilə vəzifəli şəxslərin girov götürülməsi və
dövlətə qarşı digər cinayət əməlləri üçün müxtəlif növ silah, o
cümlədən istilik raketlərinin alınması idi.
2001-ci ilin sentyabrında Zaqatala rayonu ərazisində müxtə
lif cinayət əməlləri törətməklə əhalini təsir altında saxlamağa,
ərazini nəzarətsiz zonaya çevirməyə cəhd göstərən şəxslərin
dindirilməsi zamanı məlum olmuşdur ki, onların silah və mad
di cəhətdən təchiz edilməsində separatçı-terrorçu qurumun
«müdafiə naziri» və digər «rəhbər işçiləri» birbaşa iştirak et
məklə həmin şəxsləri separatçı hərəkətlərə təhrik etmişlər.
1994-cü il iyulun 3-də Bakı metrosunun «28 May» və
«Gənclik» stansiyaları arasında 13 nəfərin ölümü, 42 nəfərin
yaralanması ilə nəticələnən terror aktı Ermənistan xüsusi xid
mət orqanları tərəfindən təşkil edilmişdi.
Bu məqsədlə Qarabağ uğrunda gedən döyüşlər zamanı əsir
düşmüş Azər Aslanovun anasını aldadıb Yerevana çağırmış,
oradan Azərbaycanın işğal olunmuş ərazilərinə apararaq gi
rov saxlamış və A.Aslanovu həmin cinayəti törətməyə sövq
etmişlər (bu fakt erməni millətçi-separatçı ekstremizminin əsas
ideoloqlarından biri, hazırda İnterpol xətti ilə axtarışda olan
Zori Balayanın «Cəhənnəm və cənnət arasında» kitabında öz
əksini tapmışdır).
İstintaq və məhkəmə prosesində sübuta yetirilmişdir ki,
A.Aslanovun terrorçu kimi hazırlanmasının «ideoloji təmina
260
tında» Zori Balayanın və Dağlıq Qarabağ erməni separatçıları
nın lideri olmuş, hazırda Ermənistan Respublikasının preziden
ti Robert Koçaryanın iştirakı olmuşdur.
90-cı illərin əvvəllərindən etibarən beynəlxalq terrorçu
qrupların liderlərinin reabilitasiyasına çalışan Ermənistan rəh
bərliyi xarici diasporun radikal təşkilatlarının, xüsusilə «Daş-
naksütyun», ASALA, MAQ, «Erməni birliyi», «Erməni Azad
lıq Cəbhəsi» və digər terror təşkilatları fəallarının Ermənistan
ərazisində toplanması məqsədi ilə genişmiqyaslı kampaniyaya
başlamış, onların fəaliyyətlərinə siyasi-hüquqi şərait yaradaraq
sığınacaq vermiş, pul, silah, saxta sənəd və nəqliyyatla təchiz
etmişdir. Həmçinin Azərbaycanda ermənilərin sıx yaşadıqları
əraziyə yardım adı altında bir sıra xarici dövlətlərdən terrorçu
lar, silah və maliyyə vəsaitləri göndərilir, Türkiyə nümayəndə
liklərinə qarşı terror aktları törətmiş ermənilərin azad olunması
və dəstəklənməsi Ermənistanda dövlət səviyyəsində təşkil olu
nurdu. Belə ki, Suriyada doğulmuş, ASALA üzvü, 1983-cü ilin
iyun ayında Fransanın Orli aeroportunda partlayış törətdiyinə
görə həbs edilmiş Varujan Karapetyanın Ermənistan xüsusi xid
mət orqanları tərəfindən Eçmiədzin kilsəsinin imkanları vasi
təsilə azad olunması üçün imzatoplama kampaniyası keçiril
mişdir.
Fransada terror aktları törətdiyinə görə həbs edilmiş ABŞ və
təndaşı, tanınmış beynəlxalq terrorçu Monte Melkonyan azad
olunduqdan sonra 1990-cı ildə Ermənistandan Dağlıq Qara
bağa göndərilərək azərbaycanlıları öz torpaqlarından məcburi
köçkün vəziyyətinə salmış terrorçu qruplara rəhbərlik etmişdir.
1993-cü ilin yayında Azərbaycan qoşun hissələri tərəfindən
məhv edilmiş M.Melkonyanın Yerevanda dəfn mərasimində,
prezident daxil olmaqla, Ermənistanın dövlət rəsmiləri iştirak
etmiş, sonra bu beynəlxalq terrorçu Ermənistanın milli qəhrə
manı elan olunmuş, onun adı ER Müdafiə Nazirliyinin diver-
siya mərkəzlərindən birinə verilmişdir.
---------
261
---------
1992-ci ildə Xankəndiyə göndərilmiş Vazgen Sislyan Yaxın
Şərq terrorçuları Abu Əli, Qilbert Minasanyan və digər terror
çularla birlikdə zorakılıq siyasətindən dünya ictimaiyyətinin
diqqətini «erməni məsələsi»nə yönəltmək üçün vasitə kimi
istifadə edirdilər.
R.Koçaryan hakimiyyətə gəldikdən sonra Ermənistanda ter
rorçu qrupların rəhbərlərinin reabilitasiyası halları daha da art
mışdır. Tanınmış terrorçu, İran vətəndaşı və «Daşnaksütyun»
partiyasının üzvü Qrant Markaryan həbsdən azad edilərək
Azərbaycana qarşı terror aktlarının keçirilməsində fəal iştirakı
na görə 1981 -ci ildə Parisdə türk səfirliyinin zəbtinin təşkilat
çılarından biri Vazgen Sislyan la birgə R.Koçaryan tərəfindən
Qarabağ müharibəsinin qəhrəmanı adına layiq görülmüşlər.
Bütün bunlar Ermənistan rəhbərliyinin Azərbaycana qarşı
terror aktlarının təşkilində bilavasitə iştirakını bir daha təs
diq edir. Əslində, Ermənistanın hazırkı rəhbərləri - prezident
R.Koçaryan, müdafiə naziri S.Sarkisyan və Dağlıq Qarabağ
dakı işğalçı-separatçı rejimin rəhbəri A.Qukasyan terrorçularla
sıx əlaqədə olduqlarını gizlətmirlər.
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin
«sərhəd»i hazırda Ermənistanın silahlı qüvvələri tərəfindən
qorunur, bu ölkədən olan çağırışçılar hərbi xidmət keçmək
üçün həmin ərazilərdəki hərbi hissələrə göndərilir. Həmçinin
hazırda işğal olunmuş ərazilərdə Ermənistanın silahlı qüvvələ
ri və terrorçu qruplarla yanaşı, qeyri-qanuni silahlı birləşmələr
də fəaliyyət göstərir və bütün bunlar terrorizmə qarşı mübarizə
üzrə beynəlxalq konvensiyaların nəzarətindən kənardadır.
III. Narkotik maddələrin qanunsuz becərilməsi
və dövriyyəsi
İşğal olunmuş ərazilər heç bir dövlətin, beynəlxalq təşki
latın nəzarətində olmayan özünəməxsus kriminal mənbəyinə
çevrilmişdir. Belə ki, separatçı-terrorçu rejim işğal altında olan
---------
262
---------
ərazilərdə narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı
və satışının inkişaf etməsi üçün bütün zəruri şəraiti yaratmış
dır. Bu faktlar. ABŞ Dövlət Departamentinin narkotik maddələr
üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart
tarixli hesabatında öz əksini tapmışdır. Narkotik işbazlarını
qondarma qurumun bədnam rəhbərləri müdafiə edir, narko-
tiklərin satışından əldə olunan pullardan işğal olunmuş ərazi
lərin nəzarətdə saxlanılması və muzdlulara haqq ödənilməsi
üçün istifadə edirlər.
ABŞ Dövlət Departamentinin 2001-ci ilin martında açıqlan
mış hesabatında işğal edilmiş Azərbaycan ərazilərindən narko
tik vasitələrin kütləvi şəkildə daşınması üçün istifadə olunduğu
bildirilir və Ermənistana coğrafi yerinə görə narkotik vasitələ
rin beynəlxalq dövriyyəsində potensial subyekt kimi baxılır.
Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində çətənə
kollarının yetişdirilməsi faktı AŞ PA-nın Dağlıq Qarabağ üzrə
məruzəsində də öz əksini tapmışdır.
Narkotiklərin satışından əldə olunan pulun böyük hissə
si separatçılar tərəfindən qanunsuz silahlı birləşmələr, terror
qrupları üçün silahların alınmasına və təlimlərin keçirilməsinə
xərclənir. Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi
fəaliyyət separatçıları «çirkli p u 11 a r»ı n yuyulması əməliyyatları
sahəsində məşhurlaşdırmaqla onları transmilli cinayətkar infra
strukturların maraq dairəsinə daxil etmişdir.
Azərbaycanın işğal olunmuş ərazilərindən nüvə və radio
aktiv tullantıların basdırılması məqsədi ilə də istifadəsi güman
olunur. Belə ki, gündəlik təqribən 9 milyon KVT/saat enerji
hasil edən Metsamor Atom Elektrik Stansiyasının müvafiq is
tehsalının müqabilində Ermənistanda hazırkı dövrədək nüvə
tullantılarının saxlanılması üçün anbarın olmaması Azərbay
can Respublikasının işğal olunmuş ərazilərinin qeyd olunan
tullantıların basdırılması məqsədi ilə istifadəsi ehtimalını artırır.
263
IV. İnsan ticarəti
Ermənistanın Azərbaycan Respublikasına təcavüzü nəticə
sində əsir düşmüş və girov götürülmüş Azərbaycan vətəndaş
larının beynəlxalq humanitar təşkilatlardan gizlədilərək işğal
olunmuş ərazilərdə saxlanılması və onlara qarşı amansız cəza
metodlarının tətbiq edilməsi, bu şəxslərin qeyri-bəşəri məq
sədlər üçün istifadə edilmələri barədə mütəmadi məlumatlar
daxil olmaqdadır.
Azərbaycana qarşı təcavüzün nəticələrindən və mövcud
status-kvodan yararlanmağa çalışan Ermənistanın rəsmi orqan
larının əsir və girov götürülmüş, itkin düşmüş azərbaycanlıları
gəlir məqsədi ilə alver predmetinə çevirərək onlarda müxtəlif
cinayətkar qruplaşmalarla işbirliyi qurduqları barədə təkzib
edilməz faktlar mövcuddur.
Müharibə və atəşkəs dövründə erməni ordusu tərəfindən
əsir və girov götürülmüş azərbaycanlılardan 30 nəfərə yaxı
nı qohumları tərəfindən külli miqdarda pul, qızıl və qiymətli
əşya verilməklə azad edilmişdir. Erməni əsirliyində olan bir
çox Azərbaycan vətəndaşlarının bədən üzvləri çıxarılaraq sa
tılmışdır. Əsir düşmüş və girov götürülmüş Azərbaycan və
təndaşlarının beynəlxalq humanitar təşkilatlardan gizlədilərək
işğal olunmuş ərazilərdə saxlanılması və onlara qarşı amansız
cəza metodlarının tətbiqi barədə mütəmadi məlumatlar daxil
olmaqdadır.
V. İşğal altındakı ərazilərdə ermənilərin
qanunsuz məskunlaşdırılması
Erməni tərəfinin rəsmi məlumatlarına və qondarma DQ
hökumətinin hesabatına görə, 2001 -ci ildə Dağlıq Qarabağın
əhalisi 143 min nəfər təşkil edib. Halbuki 1989-cu ilin siya
hıyaalınmasına görə, həmin ərazidə 90 min nəfərdən bir qə
dər çox erməni yaşamışdır. ABŞ-ın Qaçqınlar üzrə Komitəsinin
qaçqınların vəziyyəti ilə əlaqədar 2002-ci ilə dair ümumdünya
264
icmalında Ermənistan üzrə məruzədə 1.000-ə yaxın ailənin Er
mənistandan Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü
bildirilib. 2003-cü ilin yanvar ayından Dağlıq Qarabağ ərazi
sini tərk edənlərin qarşısının alınması məqsədi ilə, müəyyən
olunmuş qaydalara görə, daimi yaşamaq üçün gedən ailələr
təxminən 15, hərbi çağırışçılar 10 min ABŞ dolları məbləğində
rüsum ödəməlidirlər.
Ermənistanın bütün şəhər və rayonlarında 2002-ci ildən
rəsmən fəaliyyət göstərən miqrasiya xidmətləri ölkə əhalisinin
işğal olunmuş ərazilərə köçürülməsi istiqamətində iş aparır.
1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşa
yan ermənilərin qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qa
rabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları
mövcuddur. Qondarma qurumun «parlamenti»nin «DQR»-ə
köçürülən rus ailələrinin övladlarının 2005-ci ildən Qarabağ
məktəblərində erməni və rus dillərində təhsil almasını nəzər
də tutan qərarı da mövcuddur.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cənubi Qafqaz üzrə
Miqrasiya Nümayəndəliyinin 2004-cü il oktyabr ayının 25-də
keçirdiyi hesablamalarına görə, hər ay orta hesabla Dağlıq Qa
rabağ ərazisinə 15-ə yaxın ailə köçürülür və 2004-cü ildə belə
ailələrin sayı 200-ə çatmışdır.
Rəsmi Yerevan köçürülmə layihələrində özünün birbaşa iş
tirakını gizlətməyə çalışsa da, 2000-ci ildən etibarən «Arsaxa
qayıdış» adlı irimiqyaslı proqramın həyata keçirilməsi ilə Er
mənistan Respublikası hökuməti yanında (Andronik Marqar-
yanın rəhbərliyi altında) müşavir Benik Baxşiyan, «DQR»-in
«statistika idarəsinin rəhbəri» Serj Amirxanyan, «kənd təsər
rüfatı naziri» Vaqram Baqdasaryan, «Milli Yığıncağın maliyyə,
büdcə məsələləri üzrə komissiyasının sədri» Mayor Danielyan,
Ermənistanın miqrasiya və qaçqınlar idarəsinin müdiri Qaqik
Eqanyan və digər vəzifəli şəxslər, həmçinin «Yerkir» ictimai
təşkilatı aktiv şəkildə məşğuldurlar. Həmin vaxtdan etibarən
---------
265
---------
qaçqınlar və emiqrasiya idarəsi yuxarıda adı çəkilən proqra
mın realizə olunmasına bilavasitə qoşulmuşdur.
2003-cü ilin dekabrında Ermənistanın baş naziri A.Marqaryan
erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ
bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün
prioritet təşkil etdiyini rəsmən bildirmişdir.
İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma fakt
ları müxtəlif KİV-də də geniş işıqlandırılmışdır.
Açıq qaynaqlara istinadən, 2004-cü ilin ilk altı ayı ərzində
işğal olunmuş ərazilərə 120 erməni ailəsi köçürülmüşdür. Bu
ərazilərdə qeyri-qanuni «köçürülmə əməliyyatı» və tikinti iş
lərinin əsas sponsorları «Qərbi Amerikanın Erməni Təhsil Fon
du», «Hayastan Fondu» təşkilatları və Tehranın Erməni Yepar-
xiya Şurasıdır. 2004-cü ildə xarici fondlar tərəfindən «Arsaxa
qayıdış» proqramının realizəsi üçün 400 min ABŞ dollarının
ayrıldığı və Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilə
rində 90-a yaxın evin tikintisinin başa çatdırılması məlumdur.
Köçürülməyə ayrılmış pulların səlahiyyətli şəxslər tərəfin
dən mənimsənilməsi və köçürülən şəxslərin 30%-nin bədbin
yaşayışdan Yerevana və digər MDB ölkələrinə qayıtmaları ba
rədə 1999-cu ildə erməni KİV-də məlumatlar yayılmışdır. Belə
məqamlardan biri erməni diasporu tərəfindən Dağlıq Qara
bağda yaşayan və köçürülən ailələrə pulların çatdırılmaması
barədə «10-cu naxanq» qəzetinin müxbiri Vaqram Oqacan-
yan 1999-cu ildə «Dağlıq Qarabağa köçürülən şəxslər üçün
büdcədə pul yoxdur» adlı məqaləsinin nəşri olmuşdur. Bu mə
qalə V.Oqacanyanın 2000-ci ildə bir il müddətinə azadlıqdan
məhrum edilməsinə və «DQR prokurorluğu» tərəfindən barə
sində cinayət işinin qaldırılmasına zəmin yaratmışdır.
VI. Təbii, maddi və mənəvi sərvətlərin talan edilməsi
və qanunsuz istismarı
Azərbaycanın işğal olunmuş ərazilərində evlərin, qəbirlə
rin, mədəniyyət abidələrinin dağıdılması/ avadanlığın, inşaat
266
materiallarının, xüsusilə dəmir məmulatların və sair yüklərin
digər ölkələrə daşınması barədə mütəmadi məlumatlar daxil
olmaqdadır.
Müvafiq məlumatlar tərkibində müxtəlif qiymətli metallar,
o cümlədən qızıl olan torpağın, zavod və fabriklərdə istismar
olunmuş dəzgahların, elektrik qatarları, vaqonlar və relslərin
kəsilərək digər ölkələrə daşınması faktlarını ehtiva edir.
İşğal altında olan ərazilərdən qarət edilmiş milli sərvətləri
mizin - qədim tarixi əsərlərin, xalçaların, mineralların Avropa
ölkələrində erməni milli sərvəti adı altında nümayiş etdirilməsi
barədə məlumatlar mövcuddur. Ermənilər Kəlbəcərdə yerlə
şən mineral yataqların və 3.600-ə qədər qaya təsvirinin foto
şəkillərini 2000-ci ildə Finlandiyada öz əraziləri kimi nümayiş
etdirmişlər.
Son zamanlar ermənilərin qədim Azərbaycan musiqi alətlə
rini öz adlarına çıxaraq Avropa, MDB və Şimali Amerika ölkə
lərində satması halları çoxalmış, Qarabağ xalçalarının erməni
və ya fars xalçaları adı altında müxtəlif sərgilərə və hərraca
çıxarılması faktları qeydə alınmışdır. Son illər ərzində Azər
baycanın işğal edilmiş ərazilərində külli miqdarda çıxarılmış
tarixi, mədəni və dini abidələr xarici ölkələrə satılmışdır. İşğal
olunmuş ərazilərdəki muzeylərdə mövcud olan unikal ekspo
natlar ya məhv edilmiş, yaxud həmin eksponatların əsasın
da onların guya ermənilərə məxsusluğunu göstərən yeni mu
zeylər yaradılmışdır. Bu mənada, ermənilərin qədim Qafqaz
Albaniyası abidələrini özününküləşdirməsi məsələsinə xüsusi
önəm verdiyi bildirilm əlidir. Onların üzərində mövcud olan
qədim alban yazıları, divar naxışları və xaçlar məhv edilib
erməni atributikası ilə əvəzlənir. Bir sıra məscidlər isə anbar
lar kimi istifadə olunur. Bu kampaniya məqsədyönlü xarak
ter daşımaqla, işğal edilmiş rayonların tarixi-mədəni nöqteyi-
nəzərindən Azərbaycana aid olmadığı və bununla ermənilərin
həmin ərazilərdə məskunlaşmasına bəraət qazandırılmasına
yönəldilmişdir.
267
Bu müstəvidə Azərbaycana məxsus yer adlarının dəyişdiri
lərək erməni adları ilə əvəz olunmasının xüsusilə kütləvi hal
aldığı bildirilm əlidir. Bütün bunlardan başlıca məqsəd gələ
cəkdə həmin ərazilərin ilhaqının həyata keçirilməsinə «əsas
yaratmaq »dır.
Xalqımıza məxsus maddi sərvətlərin daha geniş miqyaslar
da talan edilməsi məqsədi ilə Azərbaycanın işğal olunmuş əra
zilərində qanunsuz iqtisadi fəaliyyətə xarici ölkələrin bir sıra
firma və şirkətləri də cəlb edilmişdir.
Erməni tərəfinin təşkilatçılığı ilə 2004-cü ilin yanvar-iyul
ayları ərzində Azərbaycan Respublikasının müvafiq dövlət or
qanlarının razılığı olmadan ölkəmizin Dağlıq Qarabağ və işğal
olunmuş digər ərazilərinə 1.610 nəfər əcnəbi vətəndaş səfər
etmişdir.
BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş
822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respub
likasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş
Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələbləri
nə baxmayaraq, Ermənistan Respublikası hal-hazırda işğalçılıq
siyasətini davam etdirməkdədir.
Azərbaycan
Respublikasının
Ermənistan və separatçı-
terrorçu rejim tərəfindən işğal altında saxlanılan, beynəlxalq
nəzarətdən kənar ərazilərində qanunsuz fəaliyyətlərə dair
MTN-in əldə etdiyi məlumatlar təsdiqini tapmaqdadır.
/
268
|