Qarabağ münaqişəsi dövründə
əsir, girov və itkin düşmüşlər
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar
la əlaqədar Dövlət Komissiyasında 4.841 Azərbaycan
vətəndaşı münaqişə zonasında itkin düşmüş şəxs kimi
qeydiyyata alınmışdır.
Onlardan 54 nəfəri uşaq, 321 nəfəri qadın, 409 nəfəri qo
calardır (01.04.2005-ci il tarixə olan statistikaya görə). 1988-
2005-ci illərdə 1.368 Azərbaycan vətəndaşı erməni əsirliyin
dən azad edilmişdir. Bunlardan 169 nəfəri uşaq, 338 nəfəri
qadın, 286 nəfəri qocalardır.
Təkzibolunmaz faktlar göstərir ki, itkin düşmüş 4.844 və
təndaşdan ən azı 783 nəfər (18 nəfər uşaq, 46 nəfər qadın, 69
nəfər qoca) ermənilər tərəfindən əsir, yaxud girov götürülmüş,
lakin bu faktlar beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq
Qırmızı Xaç Komitəsindən (BQXK) gizlədilmişdir. Həmin şəxs
lərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın
və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilmişdir.
Əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin
düşmüş şəxslərin axtarışı üzrə Almaniya, Rusiya və Gürcüsta
nın hüquq müdafiəçilərindən ibarət Beynəlxalq işçi qrupu və
BQXK bu şəxslərdən bir qisminin həqiqətən də əsir götürülmə
si və sonrakı taleləri barədə məlumatların gizlədilməsinə dair
faktları təsdiq edirlər.
Azərbaycan tərəfinə daxil olan məlumatlar göstərir ki, qeyd
olunan siyahıdakı şəxslərin böyük əksəriyyəti erməni əsirli
yində öldürülmüş, yaxud işgəncə və xəstəliklərdən vəfat et
miş, az bir hissəsi isə indi də gizlədilərək Ermənistanda və
işğal olunmuş ərazilərdə ağır fiziki işlərdə qul kimi istifadə
olunurlar.
269
20 Yanvar faciəsi
Süquta məhkum olmuş sovet rejimi özünün son
günlərində bütün mövcudiyyəti ərzində törətmiş ol
duğu cinayətlər sırasına misli görünməmiş bir faciəni
də əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə Bakı şəhərinə yeridilən Sovet ordusu hissələri
Ermənistanın respublikamıza qarşı ərazi iddialarının
SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə
və Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkar
siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqımı
za vəhşicəsinə divan tutdu.
Faciəyə gedən yol
Faciəyə gedən yolun başlanğıcı onun törədilməsindən xey
li müddət əvvələ, SSRİ rəhbərliyinə M.Qorbaçovun gəlişi ilə
başlamışdı. Qorbaçovun simasında daim Azərbaycana qarşı
məkrli, xəyanətkar mövqe tutmuş ermənilər özlərinə yaxın hi
mayədar tapmışdılar. Əlbəttə, nə qədər ki Heydər Əliyev SSRİ
rəhbərliyində təmsil olunmuşdu, ermənilər Azərbaycanla bağlı
bədnam niyyətlərini həyata keçirə bilmirdilər. Çünki Heydər
Əliyevin Siyasi Büroda olması ermənilərə və Qorbaçova Azər
baycanla bağlı planların reallaşmasına, o cümlədən Qarabağ
münaqişəsinin törədilməsinə imkan vermirdi. Elə buna görə
də Qarabağ məsələsinin Heydər Əliyev Siyasi Bürodan istefa
verdikdən cəmi 15 gün sonra ortaya çıxması təsadüfi sayılma
malıdır. O vaxt Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələ
lər üzrə müşaviri, milliyyətcə erməni olan Aqanbekyan Parisdə
keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Ermənistana
verilməsi iddiasını irəli sürmüş, «Humanite» qəzetindəki bəya
natında Dağlıq Qarabağın Azərbaycanın-tərkibindən çıxarılıb
Ermənistana verilməsinə dair Moskvanın razılığını bildirmişdi.
270
SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana ve
rilməsinə dair razılığının olduğu 1988-ci ilin əvvəllərində
M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla, bir qrup şo
vinist erməni ilə görüşü zamanı da üzə çıxdı. Bunun ardınca
Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mi
tinqlər genişləndi.
Məhz bundan sonra erməni «Qarabağ Komitəsi», onun
Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təş
kilatı «Krunk» gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə
niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları
səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərə
findən «Miatsum» adlanan hərəkat da formalaşdırıldı.
Bütün bunlar 1988-ci ilin fevralından etibarən hadisələrin
daha gərgin və aqressiv məcrada inkişafı ilə nəticələndi. Məhz
həmin dövrdə həm Dağlıq Qarabağda, həm də Yerevanda
Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi tələbi ilə
silsilə mitinqlər başladı. SSRİ rəhbərliyi tərəfindən heç bir cid
di müqavimət görməyən və bundan daha da ruhlanan erməni
lər Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin vilayətin statusu
na baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət
qəbul etməsinə nail oldular.
Azərbaycanın o vaxtkı rəhbərliyi hadisələrə fəal müdaxilə
etmək əvəzinə Kremldən gələn əmrlər əsasında hərəkət edir,
xalqın taleyinə biganə yanaşmağa üstünlük verirdi. Kreml isə
həm Azərbaycana göndərdyi emissarlar, həm də ölkənin qə
tiyyətsiz rəhbərliyi vasitəsilə Azərbaycana qarşı daha məkrli
ssenarilər hazırlamaqda idi. Erməni təxribatçılarının da hazır
lanmasında yaxından iştirak etdiyi bu ssenarinin əsas hədəflə
rindən biri Azərbaycanda ermənilərə qarşı dözümsüz müna
sibətin formalaşmasına dair görüntülər yaratmaq idi. Elə bu
məqsədlə də 1988-ci ilin fevralında məlum Sumqayıt hadisə
ləri törədildi.
---------
271
---------
M üxtəlif millətlərin nümayəndələrinin yaşadığı sənaye şə
həri olan Sumqayıtda iğtişaşlar yaratmaq artıq siyasi dünya
nın yeni səviyyədə gündəminə gətirilmiş «Böyük Ermənistan»
xülyasının gerçəkləşdirilməsi üçün ermənilərə çox lazım idi.
Lakin bu məsələdə sovet DTK-sının da özünəməxsus rolu
oldu. Beləliklə, əvvəlcədən planlaşdırılmış Sumqayıt olayla
rı törədildi və o dövrdə Azərbaycanda hakimiyyətdə olanlar
SSRİ rəhbərliyinin, ermənilərin niyyətini, qlobal hadisələrin
mahiyyətini axıra kimi dərk etmək iqtidarında olmadıqlarından
qanlı hadisələrin yaşanmasının qarşısını almaq üçün müvafiq
addımlar atılmasında acizlik nümayiş etdirdilər. Sumqayıt ha
disələrinin əvvəlcədən hazırlandığını o da sübuta yetirir ki,
olaylar baş verən yerlərdə öncədən çoxlu tele-fotooperatorlar,
jurnalistlər yerləşdirilmişdi. Bunun nəticəsində düşünülmüş,
ssnearisi əvvəlcədən cızılmış Sumqayıt hadisələri saxtakarlıq
larla, uydurmalarla dünyaya yayıldı. Bundan sonra ermənilər
Ermənistanda və Dağlıq Qarabağda belə bir əhval yaratdılar
ki, artıq azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməz
lər. Bunun nəticəsi olaraq indiki Ermənistanın yarandığı əzəli
Azərbaycan torpaqlarında yaşayan 250 min soydaşımız 1988-
ci ilin sonuna kimi qətlə yetirilməklə, əmlakları talan olun
maqla ən qəddar formada deportasiya olundular.
Dağlıq Qarabağda da vəziyyət getdikcə gərginləşirdi və
bu işdə yenə əsas rol oynayan tərəflərdən biri Azərbaycan
rəhbərliyinin acizliyindən istifadə edərək hadisələri istədiyi
kimi istiqamətləndirən SSRİ rəhbərliyi idi. Bütün bunlara qar
şı Azərbaycan rəhbərliyi tərəfindən heç bir qətiyyətli addım
atılmadı. M.Qorbaçov isə tədbir görmək əvəzinə DQMV-nin
sosial-iqtisadi inkişafının geridə qalması barədə ermənilərin
uydurduqları yalanı müdafiə edərək İttifaq büdcəsindən oraya
400 min rubl vəsait ayrılmasına göstəriş verdi. 1988-ci il iyu
nun 15-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistana
birləşdirilməsi haqqında qərar qəbul etdi. İyul ayında SSRİ Ali
272
Soveti Rəyasət Heyətinin sessiyasında Dağlıq Qarabağ məsə
ləsi müzakirə edilən zaman Azərbaycandan olan deputatlarla
yanaşı, qanunazidd olaraq Ermənistandan olan deputatlar eyni
hüquqda orada iştirak etdilər. Bu isə Qorbaçov və onun ətrafı
nın Ermənistan üçün yaratdığı yeni imkan demək idi.
İttifaq rəhbərliyinin Azərbaycan xalqına qarşı ən böyük xə
yanəti özünü növbəti dəfə 1989-cu ilin yanvarında göstərdi.
Belə ki, həmin il yanvarın 12-də «Azərbaycan SSR-in Dağlıq
Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tət
biqi haqqında» SSRİ Ali Soveti qərar qəbul etdi və bu, ermə
nilərin istəyinə tam uyğun idi. Çünki DQMV-də xüsusi idarə
çilik forması tətbiq edildiyi ilk gündən birbaşa Moskvaya tabe
olan ermənipərəst A.Volski burada yaşayan bütün azərbay
canlı soydaşlarımızın çıxarılmasına nail oldu. Qısa müddət
də 50 min nəfər azərbaycanlı DQMV-dən qovuldu. Halbuki
Azərbaycanın o dövrkü siyasi rəhbərliyi sözügedən idarənin
yaranmasını böyük uğur kimi qiymətləndirir və bu idarəyə çox
böyük ümidlər bəsləyirdi. Yalnız xalq hərəkatının təsiri altında
1989-cu il noyabrın 28-də vilayətin idarəsi mərkəzin nəzarə
ti altında olan Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı.
Təşkilat komitəsinin sədri təyin edilən V.Polyaniçko, əslində,
öz sələfinin siyasətini davam etdirir və azərbaycanlılar sıxış-
dırılırdı.
Ümumiyyətlə, 20 Yanvar hadisəsinə qədər SSRİ və respub
lika rəhbərliyinin çıxardığı qərar və fərmanların heç birində
Azərbaycanın xeyrinə bircə maddə belə olmadı. Bir tərəfdən
Azərbaycan xalqını sakitləşdirməyə yönələn addımlar atılır,
digər tərəfdən isə respublikanın suverenliyinə, ərazi bütövlü
yünə xələl gətirən qərarlar qəbul olunurdu. Bu, Ermənistanın
SSRİ rəhbərliyi tərəfindən ən yüksək səviyyədə müdafiə olun
duğunu göstərirdi.
1989-cu ilin noyabrından səbir kasası dolmuş xalq Bakı
nın mərkəzi meydanında mitinqlərə başladı. Yanvarın 18-də
273
Bakıda və Azərbaycanın 11 rayonunda keçirilən izdihamlı
mitinqlərdə ümumi tətilin başlandığı elan edildi. Lakin geniş
lənməkdə olan xalq hərəkatına ilk dövrlərdə səriştəsiz rəh
bərlik, edilən xəyanətkarlıq ölkəni daha ağır vəziyyətə salırdı.
Bununla belə, Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq
Ermənistana verilməsinə şərait yaradan Qorbaçov hakimiyyəti
ölkədə genişlənən milli-azadlıq hərəkatının boğulması üçün
müxtəlif vasitələr üzərində baş sındırırdı.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bi
rinci katibi Ə.Vəzirov isə Moskvanın marionetkası olaraq həm
Dağlıq Qarabağın ermənilərin əlinə keçməsinin qarşısını al
maq, həm də ölkədəki vəziyyəti sabitləşdirmək üçün heç nə
edə bilmirdi. Əksinə, özünün səhv addımları, yarıtmaz iş üslu
bu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurumu
daha da dərinləşdirirdi. Elə buna görə də Bakıda və Azərbay
canın digər şəhər və rayonlarında aylarla davam edən mi
tinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası
tələbi irəli sürülmüşdü. Təəssüf ki, bu dövrdə xalq hərəkatına
rəhbərlik edənlər də böyük səriştəsizlik nümayiş etdirir, çox
vaxt DTK-nın istədiyi ssenarilərə uyğun hərəkət edirdilər.
1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda
ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi,
mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcədə zəiflədi.
SSRİ rəhbərliyi isə Azərbaycanı növbəti dəfə cəzalandırmaq
üçün Sumqayıt ssenarisinə uyğun təxribatlara start verdi. Milli-
azadlıq hərəkatının mərkəzi olan Bakıda ilk olaraq yerli milis
tərksilah edildi, mərkəzdən isə daxili qoşun hissələri şəhərə
gətirildi. Yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycan
lını öldürməsi fitnəkarlıqlar üçün əsas oldu və iki gün ərzində
Bakıda süni şəkildə erməni talanı təşkil edildi. Mərkəz tərə
findən düşünülmüş və taktiki baxımdan hərtərəfli hazırlanmış
bu məkrli plan hazır ssenari üzrə aparıldı. Elə bu səbəbdən də
ayrı-ayrı dəstələrin əməllərinin qarşısını almaq üçün ali haki
274
miyyət və hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir
görülmədi. Halbuki Bakıda SSRİ Daxili İşlər Nazirliyinin 12
min nəfərlik silahlı qüvvəsi var idi. Bu dövrdə ölkəyə rəhbərlik
edən Vəzirov isə yaranan vəziyyətdən istifadə edərək sovet
qoşunlarının müdaxiləsinə şərait yaratmağa, bununla həm də
xalq hərəkatını boğmağa çalışırdı.
Yanvarın 14-də Azərbaycan KP MK-nın bürosunda vəziyyət
müzakirə olundu və Vəzirovun təkidi ilə çağırılan Azərbaycan
SSR Ali Sovetinin sessiyasında DQMV-də və zəruri olarsa, ona
bitişik rayonlarda, eləcə də sərhəd boyunca fövqəladə vəziy
yət elan edilməsi, lazım gələrsə, mərkəzdən kömək göstəril
məsi haqqında qərar qəbul olundu. Azərbaycan SSR Ali So
veti Rəyasət Heyətinin müraciəti ilə SSRİ Ali Sovetinin Rəyasət
Heyəti yanvarın 15-də «Dağlıq Qarabağ və bəzi başqa rayon
larda fövqəladə vəziyyət elan olunması haqqında» fərman ver
di. Həmçinin SSRİ Ali Soveti Bakı, Gəncə şəhərlərində, eləcə
də başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq
edilməsi və digər zəruri tədbirlər görülməsini Azərbaycan SSR
Ali Sovetinə təklif etdi.
Müdhiş gecə
Bu dövrdə mərkəzdən Azərbaycana, xüsusən də Bakı ətra
fına əlavə qoşun hissələri və hərbi texnika gətirilməsi prose
si davam edirdi. Əslində, bu, Bakıya qoşun yeridilməsi üçün
ilkin hazırlıqdan başqa bir şey deyildi. Xalq hərəkatına rəh
bərlik edənlər, o cümlədən Xalq Cəbhəsinin təmsilçiləri isə
vəziyyəti düzgün qiymətləndirmək əvəzinə şəhərin ətrafında,
o cümlədən Bakı qarnizonu ətrafında sədlər, barrikadalar ya
ratmağa başladı. Yük və minik maşınları, avtobus və trolley
buslardan, eləcə də başqa vasitələrdən barrikadalar quruldu,
piketlər düzəldildi. Lakin 20 Yanvarda bu düzgün olmayan
taktika çoxlu sayda dinc əhalinin qırılmasına, yaralanmasına
səbəb oldu.
275
Yanvar hadisələri ərəfəsində Moskva SSR Ali Soveti İttifaq
Sovetinin sədri Y.Primakovu və Sov.İKP MK katibi Girenkonu
Bakıya göndərdi. Lakin onların AXC-nin radikal və liberal qa
nadları ilə görüşüb apardıqları danışıqlar heç bir nəticə vermə
di. Yanvarın 17-də Azərbaycan KP MK binası qarşısında böyük
mitinq başlandı və üç gün davam etdi. Mitinqdə Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, Bakı ətrafı
na yığılmış qoşunların Dağlıq Qarabağa göndərilməsi, respub
lika rəhbərliyinin istefası və digər tələblər irəli sürüldü.
Sovet rəhbərliyi isə Azərbaycan xalqının müstəqillik uğ-
runda apardığı mübarizənin qarşısını almaq, milli-azadlıq hə
rəkatına zərbə vurmaq, habelə digər müttəfiq respublikalara
dərs vermək üçün 1990-cı il yanvarın 19-da «Bakı şəhərində
fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında» fərman imza
ladı. Halbuki bununla Qorbaçov SSRİ Konstitusiyasının 119-
cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud
şəkildə pozurdu.
Digər tərəfdən, bu fərmanın tətbiqi barədə əhaliyə xəbər
verilməmişdi. Xalqdan fərqli olaraq, respublika rəhbərliyi yan
varın 20-nə keçən gecə Bakıya ordu yeridiləcəyindən xəbər
dar idi. Həmin günlər güman edilirdi ki, ölkə rəhbərliyinin is
tefa verməsi gərginliyi nisbətən azaldar, adamlar barrikadaları
tərk edərək dağılardılar. Lakin bunun əksinə olaraq axşam çağı
boş küçələrdə üstünə səsgücləndirici quraşdırılmış maşınlar-
dakı insanlar xalqı piketlərə səsləyirdilər.
Yanvarın
19-dan
20-nə
keçən
gecə
SSRİ
rəhbəri
M.Qorbaçovun göstərişi və Azərbaycanın o zamankı maymaq
rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridildi. Azərbaycam
informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq
üçün SSRİ DTK-nın «Alfa» qrupu respublika televiziyasının
enerji blokunu yanvarın 19-da partlatdı. Televiziya susdurul
du, kütləvi informasiya vasitələri üzərinə,-qəzet və jurnalların
nəşrinə qadağalar qoyuldu. Beləliklə, Azərbaycan tam şəkildə
276
blokadaya düşdü, əhali hər hansı bir məlumat almaq mənbə
yindən məhrum oldu.
Bakıya qoşun yeridiləndə isə tanklardan, zirehli transport-
yorlardan, piyadaların döyüş maşınlarından istifadə edildi.
Zirehli texnikanın üstündə nömrələr yox idi. Qırmızı Bayraq
ordenli Xəzər Hərbi Donanmasının gəmilərindən desant çıxa
rılmışdı. Tanklar və ZTR-lər Bakı küçələrində qarşılarına çıxan
hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İn
sanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mən
zillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları
aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də
atəşə tuturdular.
SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həya
ta keçirdiyi «Udar» («Zərbə») adlı əməliyyatda əsas rolu xüsusi
təyinatlı «Alfa» və SSRİ DTK-nın «A» təxribat qrupları oyna
yırdı. Sonradan isə məlum oldu ki, Bakıya hücum çəkib qırğın
törədən hərbi hissələrin şəxsi heyəti arasında cinayətkarlar və
ermənilər də olub. Beləliklə, sovet qoşunlarının təcavüzü nə
ticəsində təkcə Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla
qətlə yetirildi, 800 nəfərdən çox adam yaralandı. Vəhşiləşmiş
hərbçilər tərəfindən 200 ev və mənzil talan edilərək yandı
rıldı, 80 avtomaşın, o cümlədən təcili yardım maşını, külli
miqdarda şəxsi və dövlət əmlakı məhv edildi. Ölkənin baş
meydanındakı tribunadan SSRİ rəhbərliyini hədələyən və xalq
hərəkatına rəhbərlik etdiklərini bildirənlər, özlərini «liderlər»
adlandıranlar isə faciə zamanı xalqla birgə olmadılar. Bu isə
onların bir daha hakimiyyətə gəlmək üçün oyunlar oynadığını
və bu məqsədlə xalqı qırğına verməyə belə hazır olduqlarını
göstərirdi.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında mə
lumat isə əhaliyə yalnız ertəsi gün şəhər hərbi komendantı
Dubinyakın radio ilə çıxışında və vertolyotlardan səpilən və
rəqələrdə bildirildi. Halbuki Qorbaçovun Azərbaycana ezam
277
etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər
ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.
Faciəyə etiraz səsini ən birinci ucaldan
Heydər Əliyev oldu
Ən acınacaqlı hal isə burası idi ki, respublika rəhbərliyi
də əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını
almaq üçün heç bir tədbir görmədi, cinayətin iştirakçısı ola-
ola zahirən hadisələrdən kənarda qalmağa çalışdı. Moskvanın
qabağında həmişə mütilik və satqınlıq nümunəsi göstərən, fa
ciə törənən gecə isə qorxusundan tələm-tələsik respublikadan
qaçan Ə.Vəzirov, həmin günlərdə Azərbaycan KP Mərkəzi
Komitəsinin birinci katibi seçilən A.Mütəllibov bu dəhşətli fa
ciənin izlərini nəyin bahasına olursa-olsun ört-basdır etməyə,
xalqın haqq səsini fövqəladə rejim tətbiq etməklə boğmağa
çalışırdı.
O ağır günlərdə 20 Yanvar faciəsi ətrafında xəyanət sükutunu
ilk və mütəmadi olaraq yaran Heydər Əliyevin haqq səsi və
dəyişməz mövqeyi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq
Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə,
qanlı təcavüzə qarşı etiraz səsi ucaldı. Təbii ki, milli-azadlıq
istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli
mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş
etdirmək məqsədi ilə həyata keçirilən bu müdhiş faciə qəlbi
vətən eşqi ilə döyünən xalqın mərd və mübariz oğlunu nara
hat etməyə bilməzdi. Çünki dahi insan, uzaqgörən şəxsiyyət
yaxşı bilirdi ki, bu faciə totalitar kommunist rejiminin Azər
baycan xalqına qarşı hərbi təcavüzü və cinayətidir. Heydər
Əliyev hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi
nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu
vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblə
rini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün
dünyaya bəyan etdi:
278
«Əziz həmvətənlərim, xanımlar və cənablar!
Bildiyiniz kimi, uzun illə r Azərbaycan Kommunist Partiya
sı M ərkəzi Komitəsinin birinci katibi, 55/?/ Nazirlər Soveti
sədrinin birinci müavini vəzifələrində işləmiş, Sov. İKP MK
Siyasi Bürosunun üzvü olmuşam. Ceniş infarkt keçirmişəm.
Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam.
Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən
müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskva
dakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram.
Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam
və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya
ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada
kiçik parçası olan daimi nümayəndəliyində böyük itkilərə
səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına baş
sağlığı verim. İkinci tərəfdən bu məsələyə öz münasibə
timi bildirm ək istəyirəm. Azərbaycanın Moskvadakı daimi
nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim
sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çat
dırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi
keçirirəm.
Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları
hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə
elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd
hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyə
tin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan
bu məsələlərin üzərində ətraflı dayanmaq istəmirəm. Artıq
iki ildir ki, Azərbaycan və Ermənistan arasında m illətlər-
arası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ
və onun ətrafında baş verən hadisələr törətmişdir. Azər
baycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya
rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə,
millətlərarası münaqişəyə son qoymaq və m illi mənsubiy
yətindən asılı olmayaraq hər bir adamın ümumi federativ
279
ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün
iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə
bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq
Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali par
tiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər
görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə
məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-
nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi
müdaxilə üçün də zəmin yaranmazdı.
Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Par
tiyası M ərkəzi Komitəsinin artıq sabiq birinci katibi Və-
zirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə
o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə
etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş
üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçu
rum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də
Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla
davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya
rəhbərlərinin istefası tələbi irə li sürülmüşdür. S öhbətəslin
də, Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə
kim i niyə həll olunmamışdır?
Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın
və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan,
əslində, qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə,
sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan
adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinə birinci katib təyin edilməsi idi.
Ancaq iş təkcə bununla bitmir. İndi yanvarın 19-dan
20-nə keçən gecə baş vermiş və bu gün də davam edən
faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki,
Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyat-
' dakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan
olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin öl-
280
kənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bil
məmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qal
dırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı
camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla
görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək is
təməmişdir. Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də
imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya
rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsə idi,
vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaran
mazdı. Bütün vəziyyətlərdə, hesab edirəm ki, məsələni
siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək
üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli
istifadə edilməmişdir. Nəhayət; 19-dan 20-nə keçən gecə
Sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şə
hərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun
törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul
etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, ko
bud siyasi səhv buraxılmışdır. Onlar; sadəcə olaraq, respub
likadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan
xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbə
qələri ilə əlaqələri zəiflətmişlər. Onlar; görünür; bu işlərin
belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər.
Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında
vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş,
günahsız adamlar həlak olmuşlar. Yeri gəlmişkən deyim
ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında
da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət,
partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı
yatırtmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin
günahı nədir? Azərbaycana kənardan böyük ordu kontingen
ti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin oldu
ğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü
ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının
281
diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in
daxili qoşun birləşm ələri vardır. Oraya əlavə qoşun yerit
mək nəyə lazım id if Əgər belə zərurət var idisə, orada
yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə
qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə
bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı
qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbər
liyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdır.
Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə
vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiya
lar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə
qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə
cəzalandırılmalıdır».
Heydər Əliyev bu bəyanatı verməklə İttifaq rəhbərlərinin
kəskin təzyiq və təsirlərinə məruz qalacağını gözləri önünə
gətirsə də, özünəməxsus qətiyyət və cəsarət nümayiş etdirdi.
Həyatının hər an təhlükədə olmasına baxmayaraq, qətiyyətlə
bütün dünyaya faciənin hüquqi-demokratik prinsiplərə zidd
olduğunu, Azərbaycan xalqına qarşı hərbi təcavüzün SSRİ və
Azərbaycan SSR rəhbərliyi tərəfindən həyata keçirildiyini bə
yan etdi.
Elə həmin gün Heydər Əliyev Azərbaycan xalqına başsağ
lığı teleqramı göndərdi. Teleqramda deyilirdi: «Bakı şəhərinə
Sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın
başına gəlmiş faciədən - dinc əhalinin qırılmasından böyük
ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak
olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xal
qına dərin hüznlə başsağlığı verirəm. Mən bu düşünülmüş
aksiyanı pisləyir; onu antihumanist, antidemokratik, qanuna
zidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-kamallı olmağa,
həmrəyliyə və birliyə çağırıram».
282
|