Maddi-mənəvi irsin soyqırımı
Ötən əsrin 20-ci illərində ermənilər Azərbaycana
məxsus 15 qədim mahalın hesabına özlərinə qura
ma dövlət düzəltsələr də, «Böyük Ermənistan» mərəzi
sağalmaq bilmədi. Ermənilərin Cənubi Qafqazda, o
cümlədən qədim oğuz yurdunda - indiki Ermənistan
ərazisindəki tarixi türk-xristian abidələrinə sahib çıx
ması da məhz XIX əsrdə geniş vüsət aldı.
Akademik Ramiz Mehdiyev «Gorus - 2010: Absurd teatrı
mövsümü» adlı kitabında yazır: «Azərbaycanın xristian abi
dələri erməni ruhanilərinin və onlarla bağlı elmin saxta
laşdırma obyekti olmuşdur. Əsrlər boyu alban kilsəsi ilə
mübarizə aparan erməni kilsəsi planlı şəkildə onu özünə
tabe, sonralar isə ləğv etməyə çalışmışdır. Bu siyasətin bir
hissəsi alban əlyazmalarının epiqrafikasının məhv edilmə
si olmuşdur. XI əsrədək erməni epicjrafikası yoxdur (əgər
müasir daşyonanlar işğal olunmuş ərazilərdə yeni «qədim»
erməni yazıları oymağa macal tapmamışlarsa)».
Beləliklə, Azərbaycan ərazilərindəki maddi-mədəniyyət
abidələrinin yerlə yeksan edilməsini təsdiqləyən faktlar da bir
daha göstərir ki, düşmən çox məkrli, dəhşətli, qorxunc və iy
rənc siyasətlə tariximizi saxtalaşdırmaq yolu seçmişdir. İşğal
altında qalan rayonların ərazilərindəki maddi-mədəniyyət abi
dələrinə göstərdikləri qeyri-insani münasibət bir daha bunu
təsdiqləyir.
Çoxsaylı maddi-mədəniyyət nümunələrinin bir hissəsi tarix
boyu müxtəlif basqınların, müharibələrin nəticəsində, eləcə
də zaman-zaman bu yerlərə köçürülən, tarixi torpaqlarımıza
sahiblik edən ermənilər tərəfindən dağıdılsa da, bir hissəsi
də erməniləşdirilərək mənimsənildi. Amma bir fakt da var ki,
412
daşlara yazılmış tarixi, yaddaşı pozmaq və ya dəyişmək heç
də həmişə yadellilərə nəsib olmamışdır. Doğrudur, erməni
lər özününküləşdirə bilmədikləri türk abidələrini yerlə yeksan
edir, izini itirməyə çalışırdılar. Bütünlüklə Ermənistanda abidə-
ərə qarşı səlib yürüşü elə sovet hakimiyyəti illərində də həya
ta keçirildi. Sürətlə addəyişmə başladı. Hələ sovet dövründə
Ermənistan adlanan qədim oğuz yurdunda azəri türklərinə
məxsus toponimlər dəyişdirildi. Yüzlərlə şəhər, kənd, qəsəbə,
dağ, çay, dərə, bulaq və tarixi abidələrin adları erməniləşdi-
rildi. Toponimin özü də millətin mənəvi abidəsidir. Akademik
Ramiz Mehdiyev adıçəkilən kitabda yazır: «Əvvəllər Azər
baycana (məhz Azərbaycana!) məxsus olmuş İrəvan xanlı
ğının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə
həmin torpaqlarda yaşamış /Kzərbaycan türklərinin izlərini
məhv etmək məqsədi ilə adları dəyişdirilərək onlara ermə
ni adları qoyulmuşdur».
Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda, eləcə də oğuz
yurdu - indiki Ermənistanda Azərbaycanın milli-mədəniyyət
ocaqlarına erməni təcavüzkarları tərəfindən vurulan ziyanı də
qiq hesablamaq mümkün deyildir, çünki zaman dəyişmiş (keç
miş sovetlər dönəmindəki dəyərlər artıq öz əhəmiyyətini itir
diyi üçün mal-mülkün də qiymətləri maya dəyərinə uyğunlaş
dırılmışdır), qiymətlər yenidən formalaşmışdır. Eyni zamanda,
talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də
dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri hesab
olunur. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə bərabər,
ilkin və sonadək müəyyənləşdirilməmiş məlumatlara əsasən,
Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox
ziyan dəymişdir.
Bu dəhşətlər barəsində nə qədər yazılsa belə, hələ də er
məni daşnak terrorçularının törətdiklərini beynəlxalq miqyas
da olduğu kimi təqdim etmək mümkün olmamışdır. Ona görə
ki, həmin hadisələr bir neçə dəfə və həm də dəhşətli dərəcə
413
də təkrar olunmuşdur. Tarix isə belə soyqırımı aktlarını zaman
keçdikcə üzə çıxarmışdır. Beləliklə, Ermənistanın dəfələrlə
Azərbaycana təcavüzü nəticəsində itirilən bütün sərvətlər ba
rədə fikrimizi davam etdirmək üçün konkret olaraq faktlara və
ayrı-ayrı hadisələrə nəzər salmaq istərdik.
Ümumiyyətlə, dünyadakı erməni cinayətlərinin silsiləsi
ni bir yazıya gətirmək və ətraflı şərh etmək imkan xaricində
olduğundan biz, konkret olaraq, soyqırımı aktları ilə eynilik
təşkil edən dəhşətlərdən bəhs edəcəyik. Sovet rejiminin süqu
tundan sonra indiyədək üstüörtülü saxlanan həmin hadisələr
zamanı azərbaycanlıların bir canlı varlıq olaraq məhvə məh
kum olmaları üzə çıxdıqca adamı dəhşət bürüyür. Son illər
arxiv materialları əsasında işıq üzü görmüş (təbii ki, aralarında
qeyri-peşəkarcasına yazılan, təhrif olunmuş faktlara söykənən
yazılar da vardır) nəşrlərin sayı artdıqca qanlı olayların şəbə
kəsinin də genişliyi məlum olmuşdur.
Erməni daşnaklarının və terrorçularının apardığı etnik tə
mizləmə siyasətinin nəticələrini bir daha dünya xalqlarının
diqqətinə çatdırmaq lazımdır ki, onların kimliyi aydınlaşdırıl-
sın və beləliklə, sivil bəşəriyyət belə canlıların vəhşilərdən az
fərqli olduğunu öyrənsinlər.
İRƏVAN
Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər işğal et
dikləri torpaqlardakı maddi-mədəniyyət abidələrimizi saxtalaş
dıraraq erməniləşdirməyə çalışmış və buna müəyyən mənada
nail olmuşlar. Belə ki, işğal altında qalan maddi-mədəniyyət
abidələrimiz tamamilə və qəddarlıqla məhv edilmişdir. Ələ
keçirilən ərazilərdə ermənilər 12 muzeyi və 6 rəsm qalereya
sını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırmışlar. Na
dir əhəmiyyətə malik 40 min muzey sərvəti və eksponat talan
olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan
və yandırılan 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab
414
və nadir incilərdən sayılan əlyazmaların külü göylərə sovrul
muşdur.
1832-ci ildə rus məmuru İ.Şopen İrəvan şəhərində 12 məs
cid qeydə almışdı: Qala məscidi, Şah Abbas məscidi, Zal Xan
məscidi, Novruzəli bəy məscidi, Hüseynəli Xan məscidi, Sər-
tib Xan məscidi, Hacı İmamverdi məscidi, Hacı Səfər məscidi
və daha dörd məscidin xarabalıqları. İndi nə o məscidlər var,
nə də İrəvan adlı o qədim türk şəhərində yaşayan soydaşları
mız. Vaxtilə müsəlman Şərqində «məscid və minarələr» şəhəri
kimi məşhurlaşan İrəvanda bu gün yalnız bir məscid qalmaq
dadır ki, onu da ermənilər dünya ictimaiyyətinə fars məbədi
kimi təqdim edirlər.
Uzun illər fasiləsiz olaraq hücumlara mətanətlə sinə gərən
məşhur İrəvan qalasının da bu gün izi-tozu yoxdur. Bütün Av
ropa səyyahlarını heyrət içində qoyan möhtəşəm Sərdar sarayı,
onun şəkillərdə gördüyümüz Güzgülü salonu artıq bir nağıldır.
Təəssüf ki, insan bəzən başına hansı faciənin gələcəyini əv
vəlcədən bilmir, yaxud da başına gələnlərdən nəticə çıxarmır.
1905-1915, 1918-1920, 1948-1953-cü, 1988-ci illərdə ermə
nilərin türklərə qarşı həyata keçirdiyi deportasiya və soyqırımı
nəticəsində qədim oğuz yurdunda neçə-neçə maddi mədə
niyyət abidəmiz işğal altında qaldı. Təəssüf ki, sovet hakimiy
yəti illərində bu abidələrin siyahısı tutulmamış, çoxunun şəkli
çəkilməmiş, Azərbaycan memarlığının parlaq səhifələrindən
biri olan bu bölgənin maddi mədəniyyət nümunələri barədə
sanballı araşdırmalar aparılmamışdır. Yalnız ayrı-ayrı tarixçilə
rin, səyyahların qələmə aldığı tədqiqatlarda, tarixi qaynaqlar
da, eləcə də şəxsi kitabxanalarda və bir də arxivlərdə işğalda
qalmış, yox edilmiş, təmayülü və adı dəyişdirilmiş abidələr
haqqında müəyyən məlumat almaq mümkündür.
İrəvan şəhəri Cənubi Qafqazın və Yaxın Şərqin mühüm ti
carət mərkəzlərindən olduğu üçün burada çoxlu sayda kar
vansara var idi. Qaynaqlarda göstərilir ki, 1829-1832-ci illərdə
415
şəhərdə aşağıdakı karvansaralar olub: Gürcü, Culfa, Zöhrab,
Xan, Tahir, Sulu, Susuz, Hacı Əli, Ovşar və s.
İndiki Ermənistan qədim türk-oğuz yurdu olduğu üçün əra
zidəki saysız-hesabsız qədim yaşayış məskənləri, nekropollar,
kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar,
körpülər, qəbirüstü sənduqələr, qəribə formalı daşlar, at, qoç
heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar da dedikləri
mizi təsdiq edir.
Vaxtilə bu
yerlərdə olan tarixçilər - Ə.Ələkbərov,
Z.Bünyadov, M.Nemətova abidələr haqqında geniş araşdırma
apararaq onları dünya epiqrafiya elminin dəyərli nümunələri
kimi səciyyələndirmişlər. Xüsusilə də qəbir daşlarının üzərin
dəki yazıları oxuyaraq qədim insanın, ulu babalarımızın həyat
tərzi, məişəti haqqında dəyərli məlumatlar vermişlər. Məhz
onların axtarışları nəticəsində qədim türklərə məxsus qayaüstü
təsvirlər üzə çıxarılmış, bunların Qobustan və Gəmiqaya təs
virləri ilə əlaqəsi şərh edilmişdir. Xüsusilə də Zəngəzur bölgə
si abidələrlə zəngin bir ərazi hesab edilib. Mahalın Qarakil-
sə rayonu ərazisində eramızdan əvvəl ikinci m inilliyə aid bir
tikilinin qalıqları son illərə qədər qalırdı. Şaquli vəziyyətdə
cərgə ilə düzülmüş bu daşlar Neolit dövrünün yadigarı idi.
Ədəbiyyata Qoşundaş adı ilə düşən bu qədim abidəni sonralar
ermənilər sətri tərcümə edərək öz kitablarında Zorakarer kimi
siyahıya alıblar.
Zəngəzurun məşhur yaşayış məskəni olan Urud kəndi (son
radan Voratan) abidələrlə çox zəngin idi. Burada Babək qalası,
kurqanlar, qədim körpü, eləcə də müxtəlif qəbirüstü abidələr,
məbədlərin xarabalıqları vardı. Hündür, sıldırımlı qayanın zir
vəsində yerləşən qala üç tərəfdən divarla əhatələnmişdi. Qa
lanın zirvəsindən çaya gizli yol vardı. Qalanın aşağı hissəsində
təxminən iki kilometrə yaxın bir ərazidə dağılmış evlərin xa
rabalıqları görünürdü. Bu qala tarixi mənbələrdə müxtəlif ad
larla qeyd edilib. Sonuncu dəfə Babəkin ordusu burada döyüş
düyündən yerli əhali onu elə Babək qalası adlandırmışdı.
416
Qarakilsənin (Sisian) Ağclü kəndindəki qəbirüstü abidə öz
nəhəngliyi və milli ornamentləri ilə diqqət çəkirdi. Sonralar
ermənilər VII yüzillikdə tikilmiş 9 metr hündürlüyündə olan bu
abidənin sütunlarına xaç şəkilləri oydular. Halbuki Ağdü kəndi
qədimdən türk-oğuz boylarının beşiyi idi. Ermənilər bu kəndə
ancaq 1988-ci ilin soyqırımından sonra köçdülər.
Zəngəzur mahalının Gorus rayonunun Tatev kəndində
böyük bir ərazini əhatə edən məbəd vardı. El arasında bu
məbədə Tat ev və ya Böyük ev deyirdilər. «Tat» sözünü el ara
sında bu ərazidə oturaq həyat keçirən türklərə aid edərdilər.
IX-X əsrlərdə yaşamış memar babalarımızın daş yaddaşı olan
bu abidə də, əslində, alban-türk xristian məbədi idi.
Zəngi çayının sahilində, İrəvan şəhərinin yaxınlığındakı Qır-
mızıtəpədə böyük bir türk qalasının xarabalıqları da son illərə
kimi qalırdı. Narınqala adlanan bu qala 150 otaqdan ibarət
saray kompleksi olub. Müxtəlif olaylar və çəkişmələr zamanı
dağıdılıb. Hətta tarixçilər yazırlar ki, İrəvan şəhəri Rusiya tərə
findən işğal edilənə kimi bura İrəvan xanlığının mərkəzi imiş.
Göyçə mahalının Göyçə gölü sahilində Kolagirən qalasının
xarabalıqlarındakı qayaların üzərində mixi yazılar aşkar edil
mişdi. Aparılan tədqiqatlar nəticəsində aydın olmuşdu ki, bu
qalanın ətrafında tarix boyu türk-oğuz boyları yaşayıblar. Qala
VII yüzilliyin yadigarı idi.
Gərnibasar mahalının (sonradan Abovyan) dağlıq hissəsində
qədim Qaqar türklərinə məxsus Gəmi qalasının qalıqları da
vaxtilə burada türk tayfalarının yaşadığını və onların xəttatlıq
qabiliyyətini təsdiqləyirdi. Qaladan yadigar qalan qalıqlarda
qəribə ornamentlər, naxışlar var idi. Həmin mahalda eramı
zın I yüzilliyinə aid olan başqa bir məbədin də xarabalıqları
qalırdı. I yüzilliyin yadigarı olan Gərni məbədi sonralar bərpa
olunmuşdu. Dördkünc formada olan bu əzəmətli saray-məbəd
əsrarəngiz bir sənət nümunəsi idi. XVII əsrdə zəlzələ zamanı
dağıldıqdan sonra ötən əsrin 60-70-ci illərində bərpa edilmiş-
• ı ı 7
di. Ermənilər bu qalaya sahib çıxsa da, tarixi həqiqət başqa
söz deyir. Müxtəlif müharibələrin, olayların, zəlzələlərin nə
ticəsində dağılan və yenidən qurulan Gərni məbədi türk me
marlarının təfəkkürü və əli ilə yaradılmışdı.
Üçkilsə rayonu (Eçmiədzin) ərazisində möhtəşəm bir alban
abidəsi vardı. Hətta bu yerlərdən keçmiş səyyahlar da öz yazı
larında bu məbədin adını çəkiblər. Maraqlıdır ki, abidə bütün
yazılarda Üçkilsə adlanırdı. Yalnız 1945-ci ildə ermənilər hər
iki Üçkilsəni Eçmiədzin etdilər. Bu gün də fəaliyyət göstərən
və ermənilərin dini mərkəzi adlanan, əslində, terror yuvasına
çevrilən bu tarixi məkan arman-türk hökmdarı Trdat tərəfindən
IV yüzillikdə tikilmişdi. Xeyirxah bir niyyətlə inşa edilən bu
məbəd yüzillər boyu xristian arman-türk xalqına xidmət etmiş
dir. Təəssüf ki, indi bu məbəddə qanlı planlar qurulur, ölüm
qoxulu sənədlər hazırlanır.
Üçkilsənin ərazisində - İrəvan yolunun üstündə maraqlı bir
məbəd aşkar edilmişdi. Göy Mələkləri məbədi adlanan bu
qədim arxeoloji tapıntıda daşların üzərində mixi yazılar vardı.
Sonralar ermənilər bu qədim türk məbədini dünyaya Zvartnos
adı ilə təqdim etdilər. Halbuki 1901 -1907-ci illərdə arxeoloq
lar tərəfindən aşkar edilmiş məbədin xarabalıqları və onun
yanında tikilmiş saray da sübut edirdi ki, hər iki tikili qədim
türk mədəniyyətinin nümunəsidir.
Qəmərlinin (Artaşat) Dvin kəndində nəhəng bir sarayın və
məbədin qalıqları aşkar edilmişdi. Əslində, atəşpərəstlik döv
ründən yadigar olan bu abidələr də babalarımızın böyük mə
harətlə qurduğu maddi mədəniyyət abidələrindən biri idi. İndi
kim bilir, bu maddi sərvətimiz yerində durur, yoxsa tamamilə
sıradan çıxarılıb.
Əştərək rayonunun (Yeğvard) ərazisində VII yüzilliyin ya
digarı olan Qarqavəng türk məbədi əsrlərə sinə gərmişdi.
Qarqar türklərinin tikdiyi bu məbədin adını sonralar həmin
əraziyə gəlmiş ermənilər dəyişdirərək Zoravar qoydular. Bu
418
rayonda diqqətçəkən abidələrdən biri də «Ana qala» adlanır.
XI yüzillikdə inşa edilmiş bu qala Alagöz dağının ətəyində,
Arxaşan çayı kənarında yerləşirdi. Əslində, görünüşünə görə
qəsr və məbəd təsiri bağışlayan Ana qala (bəzən Baş qala da
deyirdilər) eynilə Gədəbəy rayonundakı Qız qalasına bənzə
yir. Bəllidir ki, dünyada 18 Qız qalası mövcuddur. Onun 13-ü
Azərbaycanda yerləşir. Maraqlıdır ki, eyni memarlıq məktəbi
nin nümunəsi olan Ana qala sanki bu mövcud qalaların anası
dır. Təəssüf ki, türk-oğuz boylarının ana yurdu olan bu ərazi
lərə gələn ermənilər onun da adını dəyişdirdilər.
Əştərəkin Talış kəndində (Aruç) VII yüzilliyin yadigarı olan
bir məbədin qalıqları da dururdu. Bu yerlər də yalnız türk-
oğuz boylarının ana yurdu olub.
Alagöz dağının döşündə alban-türk xristian məbədi var idi.
Onun hündür sütunlarının birində türksoylu hökmdarın adı
qeyd edilmişdi. Zəlzələ zamanı dağılmış bu məbədi 1947-ci
ildə bədnam qonşularımız «bərpa» adı ilə ona erməni ele
mentləri vurdular.
Duzkənd (Axuryan) rayonunda, Arpa çayının sahilində bö
yük bir ərazidə Qanlıca adlı bir məbəd vardı. Məbədin divar
larındakı yazılardan bəlli olurdu ki, bu tarixi abidə 988-ci ildə
böyük sərkərdə Bəhram tərəfindən tikilməyə başlayıb və 1029-
cu ildə tamamlanıb. Bu məbədin tikintisində bünövrə daşının
qoyulması Bəhramın adı ilə bağlansa da, sonrakı illərdə onun
qardaşları, övladları bu məbədi başa çatdırıblar. Hətta 1225-ci
ildə çox nəfis şəkildə təmir də ediblər. Məbədin adının Qan-
lıca olması da türk etnonimindən gəlir. Qanlıcanın yerləşdiyi
əraziyə isə ermənilər XIX əsrin əvvəllərində köçmüşdülər.
Dərəçiçək mahalında (Tsaxkadsor) yenə də türk memarlığı
nın yadigarı olan Keçarus türk məbədi vardı. Ermənilər tərə
findən dəfələrlə «bərpa» edilərək erməniləşdirilən bu məbəd
də bir vaxtlar bizim idi...
419
Karvansaray (İcevan) rayonunun Dilican şəhərində dağlar
qoynundakı alban-türk məbədi isə zümrüd meşələrin qoynun
da bir gözəllik sərgisi idi. Təəssüf ki, bu maddi mədəniyyət
sərvətimiz də işğal altındadır. Dilican yaxınlığında yerləşən
Qoş kəndində alban-türk məbədi XII-XIII yüzillərin yadigarı
idi. Bəzi qaynaqlarda abidənin «Alban salnaməsUnin müəllifi
Mxitar Qoş tərəfindən tikildiyi göstərilirdi. Elə məbəd də Qoş
adlanırdı. Lakin sovet dönəmində ermənilər bu məbədin də
adını dəyişib Nor Çetik qoydular.
Şörəyel mahalındakı Qıpçaq məbədi də bir özgə aləm idi.
1201-ci ildə inşa olunan müxtəlif tikililərdən, 'günbəzli zal
dan ibarət olan bu məbədin də adını 1946-cı ildə ermənilər
dəyişdirərək Aricavəng qoydular. Adından da göründüyü kimi,
Qıpçaq məbədi türklərə məxsus olub. Hətta soydaşlarımız ona
«Qıpçaq ocağı» da deyirdilər.
Dərələyəz (Yeğeqnadzor) mahalında oğuz türklərinin ya
digarı olan Ərgəz pirini ötən əsrin ortalarında ermənilər «bər
pa» edərək görkəmini başqa şəklə saldılar. Mahalın başqa bir
ərazisində tikilmiş Əxi Təvəkkül zaviyəsinin xarabalıqları qa
lırdı. Zaviyənin girəcəyində üç varlığın - Yerin, Ayın, Günəşin
rəmzi olan üç dairə, hər dairədə 12 imamın rəmzi olan 12 xətt
və bu mahalda yaşayan türk tayfalarının sayını bildirən səkkiz
guşəli ulduzlar həkk olunmuş daş lövhə (hündürlüyü 3 metrə
yaxın, eni 2 metr) ermənilər tərəfindən sonradan tamamilə
dəyişdirildi. Hər yerə xaç şəkli düzüldü. Halbuki daş piltənin
üzərində ərəb dilində qəbirüstü abidənin Əxi Təvəkkülə məx
sus olduğu bildirilirdi.
Dərələyəz mahalında türk memarlıq məktəbinin yadigarları
olan abidələr lap çox idi. Onların əksəriyyətinin xarabalıqları
qalmışdı. Bəziləri «bərpa» edilərək erməniləşdirildi.
Qədim oğuz yurdunda - indiki Ermənistanda görünüşü ilə
seçilən, davamlılığı ilə əsrlərə sinə gərərək bugünümüzə qə-
420
dər gəlib çatmış müxtəlif körpülər vardı. İndi də bu körpülər
dən istifadə edilir. Amma əsl sahibləri yox, sonradan bu ərazi
lərə köçürülən ermənilər tərəfindən.
Allahverdi rayonunda (Tumanyan) Tona çayının üzərində
1234-cü ildə birtağlı daş körpü tikilmişdi. Körpü o qədər gözə
inşa edilmişdi ki, sadəcə keçid rolunu oynamırdı, tarixi bir
abidə idi. Eləcə də Dərələyəzdəki Alıxan körpüsünün xara
balıqları da günümüzə qədər gəlib çatmışdı. Biraşırımlı daş
körpü vaxtilə çayın hər iki sahilini birləşdirirdi. Tədqiqatla
ra görə, körpünü Elxani hökmdarı Süleyman xan tikdiribmiş.
Bu mahalda Həsənkənd körpüsü də bugünədək qalmaqdadır.
Su səthindən 3,5 metr yüksəklikdə yerləşən bu daş körpünün
ümumi uzunluğu 12 metr idi.
Qarakilsə rayonunun (Sisian) Dərəbaş kəndində Arzuman
körpüsü orta əsrlərin yadigarı idi. Qədim türk kəndi Urud-
da Bədr qayası ilə Babək qalasının arasından keçən Bazar-
çayın üzərində tikilən birtağlı körpü XVIII əsrin yadigarı idi.
Ermənilər bu kəndə də 1988-ci ildə ayaq basdılar. Əştərəkdə-
ki Qazax çayı üzərində XVII əsrdə tikilmiş üçtağlı daş körpü
də türk ustalarının sənət əsəri idi. İrəvan şəhərindəki ikitağlı
körpü də VII əsrdə tikilmişdi. Eləcə də bu şəhərdə Zəngi çayı
nın qolu üzərində tikilən birtağlı Gedər körpüsü 1664-cü ildə
inşa edilmişdir. İrəvan həm də körpülər şəhəri idi. Dəmirbulaq
körpüsünün də özgə gözəlliyi vardı. Həm də bu körpünün ya
xınlığında eyniadlı məhəllə və məscid olmuşdur.
Ümumiyyətlə, indiki Ermənistan ərazisində bədnam qon
şularımız tərəfindən erməniləşdirilmiş abidələr və məbədlər
çoxdur. Bəzən onların adlarını çəkmək belə istəmirsən. Çünki
hərdən fikirləşirsən ki, ömrü boyu saxtalıqla, oğurluqla, əyri-
iklə məşğul olan quldur ermənilər o müqəddəs ünvanların
təkcə adlarını özlərinə bağlamayıblar ki. Havasını, ətrini, rən
gini dəyişiblər, gözəlliyini pozublar. 1988-ci ildə həyata ke
çirilən deportasiya zamanı qədim yurd yerlərimiz olan indiki
421
Ermənistanda 120 tarixi abidə dağıdıldı, 230 məscid, pir, ocaq
və məbədlər yox edildi, 670 qəbiristanlıq (bu qədim axirət
dünyası da abidələrlə zəngin idi) şumlanaraq düzləndi.
Hər il aprelin 18-də dünya xalqları maddi-mədəniyyət abi
dələrinin mühafizə gününü qeyd edir. Əhəmiyyətinə görə
dünya mədəniyyətinin incisinə çevrilən neçə-neçə qədim
abidəmiz isə erməni işğalında qalmaqdadır. Məgər abidələrin
mühafizəsi ilə məşğul olan beynəlxalq qurumlar bunu bilm ir
mi? Yurd-yuvamız işğal ediləndə, o yerlərin halal sahibləri min
bir işgəncə ilə qovulanda özləri ilə nə torpaq apardılar, nə də
abidələri. Ən böyük abidə isə elə doğma torpaqdı. Çünki ora
da olumdan ölümə qədər uzanan neçə nəslin ömür yolu yatır.
Dostları ilə paylaş: |