Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   ...   20   21   22   23   24   25   26   27   28

LAÇIN

.  Laçın  dağlarında  qədim  və  möhtəşəm  mədəniyyət  abidə­

ləri  ilə  təbiət  bir-birini  sanki  tamamlayırdı.  Cicimli,  Güləbird, 

Soltanlar,  Zeyvə,  Malıbəy,  Yənqıça,  Bülövlük,  Araflı,  Əliqu- 

lulu,  Malxələf,  Hüsülü,  Kosalar,  Seyidlər,  Pircah'an,  Kürdhacı 

və  digər  kəndlərdəki  tarixi  abidələr  (12  qoç,  28  at  fiquru,  36 

müxtəlif  süjetli  yazılar  və  rəsmlər,  sal  daş,  müxtəlif  dövrlərdə 

ərəb  əlifbası  ilə  yazılmış,  bir-birinə  bənzəməyən  sənət  rəmz­

ləri  həkk  edilmiş  qəbirüstü  daşlar,  məşhur  Sarı  Aşığın  sevgilisi 

Yaxşının  məzarı)  bu  torpaqlarda  min  illər boyu  yaşayan  əcdad­

larımızın  bizə  yadigar  qoyduğu  nişanələr  idi.

Rayonun  Cicimli  kəndindəki  məbəd,  qədim  anbar,  Gü- 

ləbirddə  Sarı  Aşığın  qəbirüstü  ziyarətgahı  (Bax:  «Qarabağ  -  

yaddaş»,  Bakı,  «MHS-poliqraf»,  2010,  səh.  76-80)  rayonun 

tarix-diyarşünaslıq  muzeyi  əsrlərin  canlı  salnaməsi  idi.  Muzey­

də  toplanmış  nadir  eksponatlar  Laçının  zəngin  tarixi  keçmişi 

haqqında  dolğun  təsəvvür  yaradırdı.  Təəssüf  ki,  Laçının  işğalı 

nəticəsində  bu  tarixi  incilər  də  təcavüzün  qurbanına  çevril­

di.  Bütün  bunlar  az  imiş  kimi,  tarixin  yadigarları,  m illi  mə­

422


dəniyyət  abidələrimiz  olan  qala  və  məbədlər  saxtakarcasına 

erməniləşdirilir.  Belə  təcavüzə  məruz  qalan  abidələrdən  Laçın 

ərazisində  də  az  deyil.  Laçının  işğalından  sonra  orada  tikilmiş 

qondarma,  saxta  erməni  kilsəsi  kimi  təqdim  olunan  Ağoğlan 

abidəsi,  Böyük  Vətən  müharibəsi  iştirakçılarınin  xatirə  kom­

pleksinin  erməniləşdirilməsi,  şəhərin  qərb  istiqamətdən  çıxı­

şında  tikilmiş  abidə  -   «Qala  qapısı»  (üzərində  erməni  xaçı)  və 

s.  dediklərimizə  əyani  sübutdur.

Laçın  rayonu  ərazisindəki  memarlıq  abidələrinin  əksəriy­

yəti  Qafqaz  Albaniyası  dövrünün  yadigarlarıdır.  Memarlıq 

elmləri  doktoru  D.A.Axundov  və  fəlsəfə  elmləri  namizədi 

M.D.Axundov  «Qafqaz  Albaniyasının  stellalarında  dini  simvo- 

lika»  və  «Dünyanın  mənzərəsi»  adlı  məqalələrində  («Azər­

baycan  abidələri»  məcmuəsi,  №01,  1984-cü  il)  göstərirdilər 

ki,  düzbucaqlı  çərçivə  içərisində  cızma  texnikasında  işləni­

lən  qadın,  güman  ki,  Ay  allahı  -   Elena,  Armetida,  Ardivisura, 

Anakid  təsvir  olunmuşdur.  Göstərilən  bu  stellalar  bizim  eranın 

xristianlıqdan  əvvəlki  dövrünə,  bəlkə  də  daha  qədimlərə  aid­

dir.  Buna  bənzər,  daha  doğrusu,  tamamilə  onun  eyni  olan  bir 

Stella  da  Kosalar  kəndində,  Ağoğlan  qəsrinin  həyətində var  idi.

Belə  abidələr  Laçınla  qonşuluqda  yerləşən  Kəlbəcər  rayo­

nu  ərazisində  də  mövcuddur.  Məlum  olduğu  kimi,  Kəlbəcərin 

bir  hissəsi  Alban  Xaçın  Knyazlığının  tərkibində  olmuşdur.  Ora 

yaxın  olan  Laçın  rayonunun  ərazisində  bir  sıra  adlar  Xaçınla 

bağlıdır.  Bozlu  kəndi  ərazisində  olan  «Xaçın  daşı»  və  s.  Ola 

bilsin  ki,  vaxtilə  bu  yerlərin  bir  hissəsinin  Xaçın  knyazlığı  ilə 

əlaqəsi  olmuşdur.  Lakin  buna  baxmayaraq,  Ermənistanın  hətta 

rəsmiləri  belə  bu  abidələri  «özününküləşdirir»,  erməni  abidə­

ləri  adı  ilə  təbliğ  edirlər.

Alı  Xəlfə  ocağı  Laçının  Böyük  Seyidlər  kəndində  yerləşir­

di.  Qarabağın  ən  ağır  seyidlərindən  olan  Alı  Xəlfə  elə  həmin 

kənddə  dünyasını  dəyişmişdir  və  məzarı  üstündə  sərdaba  ti­

kilmişdir.  Ən  ulu  səcdəgahlardan  biri  də  məhz  Alı  Xəlfənin 

ocağı  idi.

423


Laçının  müqəddəs  yerlərindən  biri  də  Böyük  Seyidlər  kən­

dindəki  Seyid  Hüseyn  ziyarətgahı  olmuşdur.  Bu  kənddəki  zi­

yarətgahların  sırasına  daxil  olanlardan  biri  də  «Güllü  qəbir» 

piri  idi  ki,  orada  Hacı  İbrahim  ağa  dəfn  edilmişdi.  Məlumatlara 

əsasən,  o,  Qarabağ  ellərinin  ağır  övliyalarından  sayılan  Xuda­

vəndə  Xəlfənin  nəvəsi  idi.

Ağoğlan  qəsri  Laçının  Minkənd  çayının  kənarında,  hündür 

bir  yerdədir.  Ciciınlidə  məbəd,  qədim  anbar,  Güləbirddəki 

Sarı  Aşığın  qəbirüstü  ziyarətgahı,  Zeyvədə  Şeyx  Əhməd,  1-ci 

və  2-ci  Soltanbaba,  Minkənddə  XV  əsr  məbədi,  Qarıqışlaqda 

Dəmirovlu  pir-məbədi,  Bülövlük  kəndinin  şimalındakı  qədim 

Kişpəyədə  Alban  məbədi,  Piçənisdə  Alban  məbədi,  Xan  qə- 

biristanlığındakı  Zəngəzurun  sultanları  Qara  Murtuza  bəyin, 

1-ci  Alməmmədin,  2-ci  Alməmmədin  hasardakı  türbələri,  Şeyx 

Şamillə  dostluq  etmiş,  ona  kömək  göstərmiş  Cəbrayıl  bəyin 

türbəsi,  Araflıda  Murtuza  Sultanın  anasının  türbəsi,  Pircahan 

çayında  Məşədi  Mehralının  arxitekturalı  və  Minkənd  körpüləri 

kimi  tarixin  nadir  inciləri  erməni  vandalları  tərəfindən  darma­

dağın  edilmişdir.

Memarlıq  abidələrindən  Hoçaz  kəndindəki  mağara-məbəd 

(V  əsr),  Cicimlidəki  Məlik  Əjdər  türbəsi  (XIV  əsr),  adsız  türbə 

(XVIl-XVI11  əsrlər),  Şeyx  Əhməd  türbəsi  (XIX  əsr),  Qarıqışlaq 

kəndindəki  məscid  (1718),  Hüsülü  kəndində  Həmzə  Sultan 

sarayı  (1761),  Həkəri  çayı  üzərindəki  körpü  (XVIII  əsr),  Ağoğ­

lan  çayı  üzərindəki  məbəd  (XIX  əsr),  Güləbird  kəndindəki 

türbənin  taleyi  isə  yalnız  onları  saxtalaşdırmış  daşnaklara  mə­

lumdur.

Bir  sözlə,  kəndlərdə  əsrlərin  və  qərinələrin  yaşıdı  abidələr, 



dağlardakı  qalalar  yadellilərin  dəfələrlə  etdiyi  hücumlardan 

qorunsa  da,  1992-ci  ildən  başlayaraq  daha  ağır  zərbə  aldı, 

daş-divarlarındakı  yaddaş  tarixləri  silinərək  erməniləşdirildi  və 

dünyaya  «qədim  erməni  xalqının  yazılı  abidələri»  kimi  təqdim 

edildi.

424


Əsl  həqiqətlər  isə  bunlardır.

Təbii  ki,  Laçın  rayonu  ərazisində  bir  vaxtlar  mövcud  olmuş 

tarixi  abidə  və  məbədlər  təkcə  adları  yuxarıda  çəkilənlər  de­

yildir.


Laçın  rayonunda  erməni  vandalları  tərəfindən  darmadağın 

edilmiş  tarixi  və  maddi-mədəniyyət  abidələrindən:  Daş  qutu­

su  -   dəmir  dövrü  (Abdallar  kəndi),  Kurqan  -   Dəmir  dövrü 

(Cicimli  kəndi),  «Qızqəbri»  kurqanı  -   dəmir  dövrü  (Cicimli 

kəndi),  Kurqan  -   dəmir  dövrü  (Cicimli  kəndi),  Kurqan  -   tunc 

dövrü  (Ziyrik  kəndi),  Kurqan  -   dəmir  dövrü  (Hoçaz  kəndi), 

Kurqan  -   dəmir  dövrü  (Güləbird  kəndi),  Mağara  məbədi  -   V 

əsr  (Hoçaz  kəndi).



AĞDAM

Azərbaycanın  Ermənistan  tərəfindən  işğala  məruz  qalmış 

ərazilərində  məhvə  məhkum  edilən  maddi-mədəniyyət  abi­

dələri  tariximizin  daş  yaddaşı  kimi  əvəzolunmaz  milli  sərvə­

timizdir.  Bu  abidələr  təkcə  maddi-mədəniyyət  deyil,  həm  də 

mənəviyyat  tariximizin  «arxivi»,  səhifələridir.  Qarabağın  tarixi 

abidələrinin  darmadağın  edilməsi  isə  mədəniyyət  və  mənə­

viyyat  tariximizin  daşlaşmış  yaddaşının  silinməsi  kimi  ağrılı- 

acılıdır.

İllərdən  bəri  məkrli,  çirkin  siyasətləri  ilə  daşnakların  və  on­

ların  havadarlarının  diş  qıcadığı,  Azərbaycandan  qoparmağa 

çalışdığı  yurdlarımızdan  biri,  təbii-coğrafi  baxımdan  respubli­

kamızın  ən  zəngin  bölgələrindən  olan  Ağdam  həm  də  xal­

qımızın  çoxəsrlik  tarixini  özündə  əks  etdirən  müxtəlif  növlü 

abidələr  diyarıdır.  Aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində 

müəyyən  olunub  ki,  bu  yerlərdə  insanlar təxminən  8-10  min  il 

bundan  əvvəl  məskunlaşmışlar.

1988-1993-cii  illər  ərzində  düşmənlə  üz-üzə,  göz-gözə 

dayanıb  qətiyyətli  mübarizə  aparan  və  elə  torpaqlarımızın 

bütövlüyü  uğrunda  ilk  şəhidlərini  (Əli  və  Bəxtiyar)  verən  Ağ­

425


dam  rayonu  ərazisində  qədim  tarixə  malik  çoxsaylı  memarlıq 

və  incəsənət  abidələri  az  deyildi.  Ağdam  şəhərində  Üzərrik- 

təpə  abidəsi,  Xaçın-Dərbənd  kəndindəki  Qutlu  Sarı  Musaoğlu 

günbəzi  (1314-cü  il),  Kəngərlidəki  (XIV əsrin  yadigarı) türbə və 

daş  abidələr,  Papravənddəki  XVII  əsrdən  qalan  Xanoğlu  türbə­

si,  XVIII  əsrə  aid  məscid  və  digər türbələr,  Xan  qızı  Natəvanın 

və  oğlunun  şərəfinə  tikilmiş  XIX  yüzilliyin  türbəsi,  Şahbulaq 

qalası...  kimi  tarixi-memarlıq  abidələri  Ağdamın  işğalı  zamanı 

dağıdılıb.

Buradakı  tarixi  memarlıq  abidələri  müxtəlif  dövrləri  əks  et­

dirən  nadir  nümunələr  idi.  Bu  maddi-mənəvi  abidələr  qrup- 

laşdırılaraq  «Azərbaycan  Respublikasının  ərazilərində  dövlət 

mühafizəsinə  götürülmüş  daşınmaz  mədəniyyət  abidələrinin 

əhəmiyyət  dərəcəsinə  görə  bölgüsü»  adlı  kitaba  daxil  edilib.

Ağdamda  olan  dünya  əhəmiyyətli,  daşınmaz  tarixi  və  mə­

dəniyyət abidələri  sırasına  XIV əsri  əhatə  edən  qiymətli  nümu­

nələr də  daxildir.  Məsələn,  Ağdamın  Xaçın-Dərbənclli  kəndin­

də  olan  Qulu  Musaoğlu  türbəsinin  yaşı  çox  qədimlərə  gedib 

çıxır:  1314-cü  ilə.

Belə  bir  tarixi  dövrü  əhatə  edən  abidələrin  işğal  altında 

qalması  ermənilərə  Azərbaycan  tarixini  saxtalaşdırmaq  üçün 

müəyyən  imkanlar  yaradır.

Təkcə  mədəniyyətimizi  deyil,  tariximizin  bir  parçasını  si­

nəsində  saxlamış  abidələr  də  (Xanoğlan  türbəsi,  Qarabağ  xanı 

Pənahəli  xanın  imarəti  (XVIII  əsr)  və  türbəsi  (XIX  əsr)  də  daş­

nak  quldur  dəstələri  tərəfindən  dağıdılıb.

Ağdam  ərazisindəki  maddi-mədəniyyət  abidələri  erməni 

qəsbkarlarının  vandalizm  siyasətinin  şahididir.  Daşnaklar  və 

onların  havadarları  muzeylərdəki  eksponatları  nəinki  talayıb 

aparmışlar,  hətta  həmin  abidə-məbədlərin  daşını  daş  üstə  də 

qoymamışlar.  Bütün  bu  faktlar  isə  illərdən  bəri  beynəlxalq 

müşahidəçi  qismində  Qarabağa  səfər  edən  təşkilatların  təm­

silçilərinə  yaxşı  məlumdur,  çünki  vaxtaşırı  verdikləri  hesabat- 

məruzələrində  öz  əksini  tapmışdır.

426


Mədəniyyətlə  tariximizin  qovuşduğu  belə  muzeylərdən  Ağ­

dam  şəhərindəki  Çörək  və  Tarix-Ölkəşünaslıq  muzeyləri  ilə 

yanaşı,  tarzən  Qurban  Pirimovun  xatirə  muzeyinin,  Ağdam  Şə­

kil  Qalereyasının  adlarını  çəkmək  olar.

Onu  da  qeyd  etmək  lazımdır  ki,  Ağdam  Tarix-Ölkəşünaslıq 

Muzeyi  rayonun  işğaldan  kənarda  qalan  Qaradağlı  kəndində 

bərpa  edilib.

Ağdamda  təkcə  maddi-mədəniyyət  ocaqları  deyil,  dini  mə­

bədlər  də  düşmən  tərəfindən  məhvə  məruz  qalıb.  Papravənd- 

dəki  Şeyx  Nigar,  Seyid  Miriş  ağa,  Qara  Pirim  və  digər  ziyarət­

gahlar  da  işğala  məruz  qalmışlar.

Ağdamın  mərkəzində  yerləşmiş,  qədim  memarlıq  abidəsi 

sayılan  məscid  və  onun  minarələri,  həmçinin  Çörək  muzeyi 

də  dağıdılıb.  Lakin  qoca  tarix  çox  belə  talanların  və  dağıntı­

ların  şahidi  olub.  Qarabağın  bütünlüklə  tarixini,  onun  maddi- 

mənəvi  sərvətlərini  özündə  m inilliklər  boyu  qoruyub  saxla­

yan  Ağdam  işğaldan  azad  olunacaq,  dağıdılmış,  talan  edilmiş 

qədim  yaşayış  məntəqələrindəki  tariximizin,  mədəniyyət  və 

mənəviyyat  abidələrimizin  yenidən  bərpası  isə  bir vətəndaşlıq 

borcu  kimi  bugünkü  nəslin  üzərinə  düşür.

Ağdam  rayonunda  erməni  vandalları  tərəfindən  darmadağın 

edilmiş  tarixi  və  maddi-mədəniyyət  abidələrindən:  Çıraqtəpə 

yaşayış  yeri  -   tunc  dövrü  (Ağdam  şəhəri),  Qarahacı  yaşayış 

yeri  -   ilk tunc  dövrü  (Ağdam-Xankəndi  yolunun  sağ tərəfində), 

Qarahacılı  nekropolu  -  tunc  dövrü  (Ağdam  şəhəri),  Vəlixanpə- 

tə  yaşayış  yeri  -  eneolit  dövrü  (Ağdam-Ağcabədi  şosesinin  1,5 

km-də),  Kurqan  -  tunc  dövrü  (Üzümçülük  sovxozu),  İlanlıtəpə 

yaşayış  yeri  -   eneolit  -   dəmir  dövrü  (Baş  Qərvənd  kəndi), 

Dəyirmantəpə  kurqanı  -   tunc  və  dəmir  dövrü  (Orta  Qərvənd 

və  Mirəşəlli  kəndlərinin  arasında),  Yaşayış  yeri  -   antik  dövrü 

(Qərvənd  kəndi),  Şomulutəpə  yaşayış  yeri  -   eneolit  dövrü 

(Mirəşrəfli  kəndindən  1  km  şimal-şərqdə),  Bənövşələr  təpəsi 

yaşayış  yeri  -   eneolit  dövrü  (Mirəşəlli,  Armudlu  kəndlərinin

427


arasında),  Gıiltəpə  yaşayış  yeri  -   eneolit  dövrii  (Mirəşəlli  kən­

dindən  300  m  şimal-şərqdə),  Yaşayış  yeri  -   e.ə.  Il-I  m inilliklər 

(Armudlu  kəndi),  Rəsultəpə  yaşayış  yeri  -  orta  tunc  dövrü,  orta 

əsrlər  (Armudlu  kəndinin  şimal-qərbində),  Rəsultəpə  kurqan­

ları  -   tunc  dövrü  (Armudlu  kəndi,  Rəsultəpə  yaşayış  yerinin 

30-40  m  şimalında),  İsmayılbəy  təpəsi  yaşayış  yeri  -   eneo­

lit  dövrü  (Armudlu  kəndi),  Kəbləhiiseyn  yaşayış  yeri  -   eneolit 

dövrü  (Kəbləhiiseyn  kəndi)...



KƏLBƏCƏR

İlk  insan  düşərgələrinin,  karst  mağaralarının  yayıldığı  əra­

zilərdən  biri  də  Azərbaycanın  şəfalı  və  səfalı  guşələrindən 

olan  Kəlbəcər  rayonudur.  Azərbaycan  Respublikası  Arxeo­

logiya  və  Etnoqrafiya  İnstitutunun  paleolit  arxeoloji  ekspedi­

siyasının  üzvləri  professor  Ə.Cəfərov,  M.Hüseynov,  V.Əliyev, 

M.Mansurov  və  başqaları  tərəfindən  Kəlbəcər  rayonu  ərazi­

sində  1981-87-ci  illərdə,  Tərtər,  Şordərə,  Qamışlı,  Qoşa  kaha, 

Dəhnə,  İstisu,  Orta  Şurtan,  Zar  mağaraları  tədqiq  edilmiş  və 

müəyyən  olunmuşdur  ki,  bu  ərazilərdə  qədim  insanlar  hələ 

paleolit  dövründən  yaşamağa  başlamışlar.

Tarix  elmləri  doktoru  Qüdrət  İsmayılovun  və  dissertantı  Ni­

yazi  İbrahimovun  apardıqları  tədqiqat  işlərinin  nəticəsinə görə, 

bura  ən  qədim  insan  məskəni  olmuşdur.  Rayonun  ərazisində 

eramızdan  çox-çox  əvvəlki  minilliklərdən  xəbər  verən  qaya 

təsvirləri  də  Kəlbəcərdə  az  deyildi.  «Qobustanın  qardaşları» 

kimi  tanınmış  sal  daşlar  da  Kəlbəcər  dağlarından  tapılmışdı. 

Soltan  Heydər,  Qurbağalı  çay,  Turşsu,  Ayıçınqılı,  Gəlinqayası, 

Böyükdəvəgözü,  Sərçəli  və  s.  yerlərdəki  qayaüstü  təsvirlərlə 

Qobustandakı  «yazılı  və  şəkilli  daşlar»  tamamilə  bir-birinin 

oxşarı  və  ya  «əkiz»ləridir.  Tarixçi  alim  Rəşid  Göyüşovun,  Xu- 

du  Məmmədovun  və  başqalarının  fikrincə,  bu  daşların  üzə­

rindəki  şəkillərin  yaşı  az  qala  bu  daşların  öz  yaşı  qədərdir.

---------  

428 

---------



Maraqlı  budur  ki,  bu  təsvirlər  bazalt  kimi  sərt  qayalar  üzərinə 

həkk  edilmişdir.  Kəlbəcər  Tarix-Diyarşiinaslıq  Muzeyinin  hə­

yətinə  gətirilmiş  28  ədəd  yazılı  və  şəkilli  daşlar  təkcə  Kəlbə­

cərin  deyil,  bütövlükdə  Azərbaycan  torpağının  qədim  insan 

məskəni  olduğunu  sübut  edən  dəlil  idi.

Kəlbəcərin  ərazisindəki  tarixi  qalalara  diqqət  yetirək.  Bura­

da  bir  çox  qalaların  qalıqları  hələ  də  qalmaqdadır.  Ermənilər 

həmin  qalaları  darmadağın  ediblər.  Belə  qalalara  misal  olaraq 

Löh,  Qalaboynu,  Comərdi  göstərmək  olar.  Nisbətən  salamat 

qalanı  Löh  qalası  idi.  Adı  qalanın  formasını  tamamlayırdı.  Qa­

lanın  beli  dəvə  boynuna  oxşayırdı.  Qalanın  başına  çıxmaq  o 

qədər  də  asan  məsələ  deyildi.  Qalanın  sinəsi  ilə  bir  adamın 

qayadan  tuta-tuta,  zorla  keçə  bildiyi  cığırdan  aşağı  baxmaq 

mümkün  deyildi;  uçurum  və  sıldırımlıqdır.  Qalaları  tədqiq 

edənlərin  fikrincə,  bu  qalalar  karvan  yollarının  üstündə  tikilir­

miş  ki,  bununla  da  həmin  yollara  nəzarət  olunurmuş.  Löh  qa­

lasının  başında  qayadan  yonulmuş,  dərinliyi  3-5  metrə  çatan 

quyular  var  ki,  burada  ya  ərzaq,  ya  da  su  saxlanırmış.  Həmin 

quyuların  içərisindən  nəhəng  palıd  ağacları  bitib  qalxmışdı  ki, 

hər  birinin  diametri  30-40  sm  olardı.  Hansı  bulaqdansa  bura  -  

qalanın  başına  su  çəkilib.  Qalanın  Lev  çayı  istiqamətində  iki 

mağara  aşkar  olunmuşdu  ki,  bura  da  ən  qədim  insan  məskən­

ləri  hesab olunurdu.  Yayda  olduqca  sərin,  qışda  isə  isti  olan  bu 

mağarada  istənilən  ərzaq  məhsulunu  bir  ay  saxlamaq  olurdu, 

keyfiyyəti  itmirdi.  Xos  meşəsi  adlanan  yerdəki  abidənin  və  bu­

radakı  məzar  daşlarında  alban  xaçı  olsa  da,  yaxınlıqdakı  Löh 

qalasında  belə  xaç  yoxdur.  Bu  da  onu  söyləməyə  imkan  verir 

ki,  Löh  qalası  hələ  albanlardan  qat-qat əvvəllər  mövcud  olmuş 

insan  məskənlərindən  biridir.

Kəlbəcər qalalarının  içərisində  ən  yüksəklikdə  yerləşən  Co­

mərd  qalasıdır.  Kəlbəcərin  ərazi  etibarilə  ən  böyük  sahəsi  sa­

yılan  Qoturluya  (sonralar  bu  dərə  Tutquçay  adlandırıldı.  Tutqu 

çayının  adı  ilə  -   red.)  gedən  yolun  üstündəki  Comərd  kən­

429


dindən  xeyli  yuxarıda,  qayalıq  başında  tikildiyi  üçün  Comərd 

qalası  kimi  tanınmışdır.  Qalanın  Kəlbəcər  səmti  çox  sərt  sıl­

dırım  qayalıqdır  ki,  bura  quş  da  səkə  bilməzdi.  Sağ  tərəfi,  yə­

ni  Nəcəfalı  kəndi  səmti  isə  daş-qayalardan  hörülmüş  divardır. 

Burada  dağıntı  daha  çoxdur,  nəinki  Löh  qalasında.  Qaraçanlı 

qalası  Kəlbəcərdən  yuxarıda,  Qaraçanlı  kəndinin  yaxınlığında, 

Kəlbəcərdən  İstisuya  gedən  yolun  solunda,  Tərtərin  sol  sahi- 

lindədir.

Daha  çox  dağıdılmış  və  məhv  edilmiş  qalalardan  biri  də 

Qalaboynu  qalası  idi.  Buradakı  qala  daha  çox  böyük  bir  kən­

din  xarabalıqlarını  xatırladırdı.

Xudadəng  abidə  kompleksi  barədə  bir  qədər  ətraflı  söz 

açmalıyıq.  Ona  görə  ki,  bu  abidənin  xüsusiyyətləri  digərlə- 

rininkindən  xeyli  fərqlidir.  Xudadəng  kimi  tanınmış  bu  abi­

də  kompleksi  Kəlbəcərdən  şərqdə,  Ağdərə-Kəlbəcər  magistral 

yolunun  sahilindəki  Bağlıpəyə  kəndindən  aşağı,  yəni  Ağdərə 

tərəfdə,  Kəlbəcərin  29  kilometrliyindədir.

Alban  məbədi  Kəlbəcərin  bir  çox  yaşayış  məskənlərində 

hələ  də  qalmaqda  idi.  Mozda,  Fətallarda,  Ağcakənddə,  Qa- 

mışlıda,  Otaqlıda,  Bağlıpəyədə,  Təkəqayasında,  Quzeyçirkin- 

də,  Aşağı  və  Yuxarı  Xaçda,  Sınıqkilsə,  Kilsəli  və  Kilsə  kəndlə­

rində,  Qaraçanlı  və  Zarda,  Moz  Qaraçanlı  və  Quş  yuvasında, 

Çəpli  və  Ziveldəki  abidələr  məhz  albanlara  məxsus  idi  və  er­

mənilər  onları  özlərininki  kimi  qələmə  verirdilər.

Belə  məbədlərdən  biri  də  Tərtər  çayının  sahilində,  «Bulanıq 

su»  adlanan  yerdə  idi.  Uzun  müddət  gözdən  və  könüldən  kə­

narda  qalan  bu  abidə  son  illər  rayon  ziyalıları  və  rəhbərlik  tərə­

findən  tədqiq  olunsa  da,  respublikanın  elm  ocaqları  tərəfindən 

çox  laqeydliklə  qarşılandı  və  hətta  demək  olar  ki,  qiymət  veril­

mədi.  Hansı  ki,  belə tarixi  abidələrlə biz özümüzü  və  kökümüzü 

təsdiqləmiş  oluruq.  «Alban  məbədi»  uçulub  dağıdıldığından  və 

meşənin  içərisində  olduğundan  uzun  müddət  diqqətdən  kənar­

da  qalmışdı.  Abidənin  tədqiqindən  sonra  ermənilər  gecənin  və

430


ya  günlərin  birində  həmin  abiclədəki  alban  izlərini  də  yox  etdi­

lər.


Kəlbəcərin  ərazisində  belə  məbədlərlə  yanaşı,  yaşı  7-8  min 

illiyə  gedib  çıxan  qəbiristanlıqlar  da  az  deyildi.  Bunlardan  ən 

qədimi  isə  qaya  təsvirləridir.  Bazalt  qayaların  üzərinə  həkk 

olunmuş  yallı  oyunu,  insan  fiqurları,  fəza  cisimləri,  ev  heyvan­

larının  rəsmləri  bir  daha  sübut  edirdi  ki,  bura  ən  qədim  insan 

məskənlərindən  biri  olmuşdur.



FÜZULİ

Azərbaycan  qədim  odlar  diyarıdır.  O  cümlədən,  qədim  ya­

şayış  məskənidir.  Bəs  biz  necə  bilirik  ki,  Azərbaycanda  qədim 

zamanlarda  yaşayış  olub?  Bunu  bilmək  üçün  Azərbaycanda 

arxeoloji  qazıntılar  aparılıb.  Azərbaycanın  ən  qədim  insan  ya­

şayışı  olan  arxeoloji  abidə  1968-ci  ildə  Məmmədəli  Hüseynov 

tərəfindən  aşkar  olunmuş  Azıx  mağarasıdır.  Bu  mağara  Füzuli 

rayonunun  14  km-liyində  yerləşir.  Bu  arxeoloji  abidədən  ta­

pılmış  ibtidai  insanın  alt  çənə  sümüyünün  qalığı  sübut  edir  ki, 

təxminən  Azərbaycanda  350-400  min  il  bundan  əvvəl  insan 

yaşamışdır.  Bu  adam  Azıx  adamı  adlanır.  Bu,  dünyada  4-cü 

tapıntıdır.  Burada  700  min  il  bundan  əvvələ  aid  ocaq  izləri 

tapılmışdır.  Hətta  burada  tapılan  ayı  kəlləsinin  üzərində  olan 

cızıqlar  ona  işarədir  ki,  Azıx  adamlarında  totem,  yəni  heyvan­

lara  inam  varmış.

Bundan  əlavə,  burada çoxlu  daş alətlər də tapılmışdır.  Ümu­

miyyətlə,  Azıx  mağarasının  köməyi  ilə  biz  daş  dövrü  haqqında 

geniş  məlumat  ala  bilərik.

Azıx  mağarası  -  Azərbaycanın  cənub-qərbindəki  Kiçik  Qaf­

qaz  sıra  dağlarının  cənub-şərq  yamacında  yerləşən,  Quruçay 

çayının  sol  sahilində  mağaradır.  Təəssüflə  qeyd  etmək  lazım­

dır  ki,  vaxtilə  dünyanın  ən  qədim  insanlarının  yaşadığı  bu  ma­

ğaranın  yerləşdiyi  Azərbaycan  torpağı  1993-cıi  ildən  etibarən

431


erməni  işğalı  altındadır  və  mağaranın  işğaldan  sonrakı  vəziy­

yəti  haqqında  heç  bir  məlumat  yoxdur.

Azıx  mağarasının  sahəsi  800  kv.km-dir.  Burada  uzunluğu 

600  metrə  qədər  olan  8  dəhliz  vardır.  Dəhlizlərin  bəzilərinin 

hündürlüyü  20-25  metrə  qədərdir.  Azıx  mağarası  Qafqazda 

indiyə  qədər  aşkar  edilmiş  mağaralardan  ən  böyüyü  kimi  də 

diqqəti  cəlb  edir.

Azıx  mağarası  haqqında  dünya  çox  az  məlumata  malik­

dir.  Çünki  keçmiş  SSRİ  dövründə  bu  mağarada  axtarış  apa­

ran,  onun  tarixi  barəsində  danışan  alimlərin  xarici  ölkələrdə 

yaşayan  həmkarları  ilə  əlaqə  yaratmasına  imkan  verilmirdi. 

Bunun  nəticəsidir  ki,  dünyanın  ən  qədim  insanlarından  birinin 

Azərbaycan  ərazisində  yaşadığı  haqqında  dünya  hələ  də  çox 

az  şey  bilir.

Azıx  mağarasının  yerləşdiyi  bölgənin  əhalisi  ondan  xəbər­

dar  olsa  da,  onun  tarixdəki  yeri  haqqında  heç  bir  məlumata 

malik  deyildi.  Onların  nəzərində  bura  əjdahaların  və  başqa 

sehrli  varlıqların  yaşadığı  təhlükəli  yerdən  başqa  bir  şey  de­

yildi.  Odur  ki,  insanlar  mağaraya  yaxın  getməkdən  belə  çəki­

nirdilər.

1960-cı  ildə  Azərbaycan  arxeoloqu  Məmmədəli  Hüseyno­

vun  rəhbərlik  etdiyi  ekspedisiya  Azıx  mağarasını  kəşf  etdi  və 

üzərindəki  pərdəni götürməyə başladı. Aydın oldu  ki, əjdahala­

rın  yox,  dünyanın  ən  qədim  sakinlərinin  (onları  azıxantrop  ad­

landırırlar)  yaşayış  məskəni  olub.  1968-ci  ildə  M.Hüseynovun 

uzun  zamandan  bəri  Azıx  mağarasında  apardığı  qazıntıların 

nəticəsi  olaraq  neandertal  tipə  məxsus  olan  bir  insanın  alt 

çənə  sümüyü  aşkar  edildi.  Tapıntı  üzərində  aparılan  tədqiqat­

lardan  sonra  məlum  oldu  ki,  onun,  ən  azı,  350-400  min  illik 

bir  tarixi  vardır.

Çənə  sümüyünün  azı  dişlərindən  biri  bütöv  qalmış,  digəri 

isə  qismən  sınmışdı.  Alimlər  onun  18  yaşlı  bir  qadına  məxsus 

olduğu  düşüncəsindədirlər.  18  yaş  o  dövr  üçün  qocalıq  dövrü

432


hesab  olunurdu,  çünki  o  zamanlar  həyat  orta  hesabla  20-22  il 

davam  edirdi.  Bu  qiymətli  tapıntının  aşkar  edilməsindən  sonra 

Azıx  mağarasına  diqqət  daha  da  çoxaldı.

Mağaradan tapılan mühüm tapıntılardan biri də daş alətlər idi. 

Arxeoloji  baxımdan  bu  sadə  alətlər  «Çaydaşı  mədəniyyəti»ni 

təmsil  edirdi.  Buna və  mağara Quruçay ərazisində  yerləşdiyinə 

görə  bu  dövr  «Quruçay  mədəniyyəti»  adlandırılır.  Yaxınlığına 

görə  bu  mədəniyyəti  ancaq  Tanzaniyanın  Oduvay  düşərgə­

sində  aşkar  edilmiş  1,5  milyon  illik  tarixi  olan  mədəniyyətlə 

müqayisə  edirlər.  Çünki  Quruçay  mədəniyyətinin  də  məhz  bu 

qədər  tarixə  malik  olduğu  sübut  edilmişdir.  Azıx  mağarasının 

sakinləri  ovçuluqla  məşğul  olurdular.  Mağaradan  tapılmış  45 

növ  heyvan  sümüyü  bunun  əyani  sübutudur.  Bəzilərinin  kök­

ləri  artıq  kəsilmiş  bu  heyvanların  içərisində  nəsli  indiyə  qədər 

davam  edən  ayı  və  maral  xüsusi  yer  tutur.  Bəzi  mütəxəssislə­

rin  düşüncələrinə  görə,  ayı  mağara  sakinləri  üçün  müqəddəs 

hesab  olunurmuş.  Alimlər  bu  fikirləri  mağarada  bir-birinin  ya­

nınca  düzülmüş  ayı  kəllələrinin  varlığı  ilə  sübut  etməyə  çalı­

şırlar.  Hətta  mağaranın  adı  da  bununla  əlaqələndirilir.  Çünki 

qədim  türk  dillərində  «azıx»  -   «ayı»  deməkdir.

Azıx  mağarasında  həmçinin  ocaq  yerləri  də  aşkar  edilmiş­

dir.  Bu  ocaqlar  kənardan  daşlarla  əhatə  olunmuşdur.  Mağara­

dan  tapılmış  5  ocaq  yerindən  insanların  təkcə  yemək  hazırla­

maq  üçün  deyil,  həm  də  odu  qoruyub  saxlamaq  üçün  istifadə 

etdikləri  güman  edilir.  Bu  ocaq  yerlərindən  birinin  ətrafında 

qalınlığı  30  sm  olan  aypara  şəkilli  divar  vardır.  Bu  divarın 

tikilməsinin  əsas  səbəbi  yaxınlıqdakı  yaşayış  yerini  oddan  qo­

rumaq  idi.  Mağaradakı  ocaq  yerindən  başqa  həm  də  ilk  tikili 

hesab  olunur.

Bütün  bu  göstərdiklərimiz  dünyanın  ən  qədim  sakinlərinin 

yaşayış  yerinin  Azərbaycanın  olduğu  haqda fikirləri  sübut edir. 

Çox  təəssüf  ki,  dünyanın  ən  qədim  sakinlərinə  ev  sahibliyi  et­

miş  bu  Azərbaycan  torpağı  indi  işğal  altındadır.  O  torpaqların

433


düşmən  caynağından  azad  olunacağı  gün  Azərbaycan  tarixinə 

qızıl  hərflərlə  yazılacaqdır.

Füzuli  rayonunda  erməni  vandalları  tərəfindən  darmadağın 

edilmiş  tarixi  və  maddi-mədəniyyət  abidələrindən:  Qarğaba- 

zar  kəndində  XVII  əsr  karvansarası,  XVII  əsr  məscid  binası, 

XVIII  əsr  Cəlil  türbəsi,  Aşağı  VeysəlIi  kəndində  XIII  əsr  Mirəli 

türbəsi,  Qoçəhmədli  kəndində  XVIII  əsr  məscid  binası,  XVIII 

əsr  yaşayış  binası...

İşğal  altında  10-dan  cox  yaşayış  və  kurqan  tipli  arxeoloji 

abidə  qalmışdır.

Həm  işğal  altında  olan,  həm  də  azad  edilmiş  ərazidə  olan 

tarixi  abidələr  erməni  vandalları  tərəfindən  dağıdılmışdır.



Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin