155
Onun ilhamla çağlayan ürəyini susdurdular, hətta bir quru məzarı da
ona çox gördülər. Hələ uşaq vaxtlarımdan Mikayıl Müşfiqin Siyəzən rayo-
nunun girəcəyindəki büstünün küskün görkəmilə rayona gəlib-gedənlərin
nəzərini cəlb etdiyini görürdüm. Bizi də ədəbiyyat müəllimlərimiz həmin
büstün önünə gətirər və biz də onun şeirlərini əzbərdən deyərdik... Bu
gün də o büst Siyəzənin girəcəyini bəzəməkdədir. Müşfiq öz küskün və
yaraşıqlı görkəmilə üzü Xıdırzindəyə – Beşbarmağa, Xızı dağlarına sarı
boylanmaqdadır, amma onun məhvinə fərman verənlərinsə nə özləri xalqın
qəlbində var, nə izləri, nə də sözləri... Olub-keçənlər onu diktə edir ki,
gec-tez zaman öz sözünü deyir, bu ikiayaqlı bəndələr hansı imansızlıqları,
haqsızlıqları etsələr də, fələk hər kəsin əməlini öz qarşısına çıxarır. İstər
yaxşı mənada, istər pis mənada. Müşfiqin də qətlinə fərman verənlər yəqin
ki, Yaradanın qəzəbinə gəlməmiş deyillər. Arxivlər açılır, hər kəsin əməlləri
yavaş-yavaş üzə çıxır və çıxacaq... Onsuz da dünyaya gələn istədi-istəmədi
bir gün bu dünyadan yığışıb getməlidir. Mikayıl Müşfiq iyirmi doqquz il-
lik ömrü ilə ədəbiyyatımızda öz nəhəng və möhtəşəm şeir heykəlini yon-
du, bu heykəli nə zamanın qasırğaları, nə tufanları yox edə bilməz, çünki
o heykəl xalqın ürəyində ucalıb qeyri-adi istedad sahibi olan dahi şairin
özü tərəfindən. Ruhun şad olsun, ey qəlbimizdə iyirmi doqquz yaşlı qalan
şair!.. Allah sənə qəni-qəni rəhmət etsin...
19.11.2011
Dostları ilə paylaş: