211
RUHUMUN İÇİNDƏN BOYLANAN
NOVRUZ
Ruhumun içindən boylanan Novruz… Sən canımda özünə yuva sa-
lan qan yaddaşımsan! Ocağıma şadlıqlar, uğurlar gətirən yurddaşımsan,
sirdaşımsan! Bəlkə hələ mənim özümsən, ürəyimdə alışıb-yanan közümsən!
Bilmirəm niyə bu qədər mənə doğmasan?! Təzəliyim, təmizliyim, saflığım!
Daşan çaylarının, əsən yellərinin açılan çiçəklərinin ətri gəzir ruhumda!
Sənin qədər heç bir bayram məni riqqətə gətirmir, ruhumun içində dərin-
dərin köks ötürmür… Yaddaşım sənin məhəbbətini itirmir ki, itirmir…
Hər dəfə sənin gəlişin məni uşaqlıq çağlarıma qaytarır. Rəhmətlik
anam ev-eşiyi yığışdırardı, hər tərəf par-par parıldayardı. Evdə lazımsız,
işlənməyən köhnə nə var idisə evdən çıxarılardı. Hər şeydə, hər yerdə bir
təzəlik, ürəyə fərəh gətirən bir istiqanlılıq görünərdi. Atam əynimizə təzə
paltarlar alardı. Oğlanlar damların üstünə taxmaq üçün şamlar, ocaqlar qa-
lamaq üçün odun tədarükü görərdilər, bu işlərini yoluna qoyduqdan sonra
yumurta döyüşünə çıxardılar. Biz qızlar anamıza ev-eşiyi səliqəyə salmaq-
da yardımçı olardıq. Bizi sovet qadağaları qətiyyən maraqlandırmazdı.
İnsanlar sevinc içində çərşənbələri yola salırdı. Bayram axşamını səbir-
sizliklə gözləyərdi. Bizim kənddə Novruza-Yenigün də deyilirdi. Heç bir
bayram biz uşaqları Novruz qədər riqqətə gətirmirdi. Bilirdik ki, bay ramqabağı
üst-başımız təzələnəcək, evdən bişiriləcək səməni halvasının iyi aləmi başına
götürəcək, qonşu qadınlar, bibilər, xalalar anama köməyə gələcək, şəkərbura,
paxlava, çayçörəyi, qoğal bişiriləcək. Sonra bayram axşamı plov dəmə
qoyulacaq. Qapımıza torbalar atılacaq, bu torbalara rəh mətlik anam demişkən
“qulpumuzdan nə çıxır onu qoyacağıq”. Sonra tonqal qalanacaq, tonqalın
üstündən atılanda “Ağırlığım-uğurluğum” de yəcəyik.
Bu bayramın bir özəlliyi də onda idi ki, adamlar bayram axşamı qə-
biristanlığı ziyarət edərdilər, dünyadan köçmüş doğmalarının məzarı üstə
şam yandırardılar, kənd evləri kimi qəbiristanlıq da şam işıqlarına qərq
olardı…
Bayram axşamı analar öz balalarını güclə-zorla tonqallardan ayırıb
süfrə ətrafına toplayardı. Hamı bir-birini öpüb-qucaqlayardı, küsülülər
barışardı, hətta qan düşmənçilikləri bu bayramda yenilərdi, insanları bir-
birilə barışdırardılar. Biz uşaqların sevincinin həddi-hüdudu olmazdı, axın-
axın evlərə qonaq-qara gələrdi. Kəndin yaşlı adamlarına baş çəkərdilər,
212
xəstələrinə təsəlli verərdilər. Bir il içində olan umu-küsülər baharın na-
zə nin gəlişinə qurban verilərdi. Dünən bir-birinə acıqlı-acıqlı baxan, gör-
mək istəməyənlər bayram günü barış-görüş olardılar. Adamlar evlərdən
acıqlı söz-söhbətləri yığışdırardılar, “gəlib eşitsələr bizə nə deyərlər”
düşünərdilər. Qışın soyuqluğu, acıqlığı, küləklərin – xəzri-gilavarın ərkö-
yünlüyü, hirsi-hikkəsi baharın gəlişilə elə bil təntiyərdi.
Biz evimizin qənşərindən boylanan bağçamıza qaçardıq. Bir sırada
əkilmiş heyva ağaclarına baxardıq, çünki onlar daha tez tumurcuqlayardı.
Təbiətin canlanması elə bil bizim ürəyimizdə sevinc duyğularını artı-
rardı. Saçlarımıza vurulmuş qırmızı lentlərdən kəsib heyva ağaclarına
bağlayardıq, çünki el arasında deyərdilər ki, heyva ağacları nəzəri qaytarır.
Sonra rəhmətlik anam heyva ağaclarının budaqlarından kəsdiyi kiçik
çubuqları cibimizə qoyardı ki, bədnəzəri qaytarsın və buna çox inanardı
bizim kəndin qadınları…
Çərşənbələrdə, bayram axşamı və sonrakı günlər uşaqlara bərk-bərk
tapşırardılar ki, bir-birimizlə dava-dalaş etməyək, evdən çölə xoşagəlməz
sözlər çıxmasın, bu günahdır və bu günlər həmişə belə gəlir, və adamların
hərəkətlərinə kənardan göz qoyur, kim özünü düz aparmasa, ona dey-
ir həmişə belə olasan və o adam da bütün il boyu xoşagəlməz hallarla
qarşılaşır. Rəhmətlik anam xüsusən qızlara deyərdi ki, dilinizin altına bir
parça qənd qoyun, diliniz şirinliyə öyrəşsin, sonra ər evində dil şirinliyi
sizə lazım olacaq. Bayramda şirin danışsanız, il boyu həyatınız şipşirin
olacaq. Rəhmətlik “Dil acılığı ev yıxar, dil şirinliyi evə baxar” deyərdi.
Bayram günləri həyətlərin iti, pişiyi də sevinərdi, yemək-içmək çoxalardı,
onlar da qarnıdolusu yeyərdilər, bir-iki gün yeməyə yaxın düşməzdilər…
Evə gəlib-gedən adamlara itlər də mehribanlıqla quyruq bulayardılar, sanki
heyvanlar da bu günlərin qeyri-adi gün olduğunu anlayardılar.
Novruzun gəlişi xüsusən uşaqları çox sevindirərdi. Təzə paltarlar,
cürbəcür yeməklər, şirniyyat, qonaq getmək, qonaq gəlmək…
Biz Novruzu bizə əziz olan yaşamımızın çırağı olan atamız, anamız
qədər sevirdik. Atamız, anamızla necə qürur duyurduqsa, Novruzla da
eynən qürurlanırdıq. Bu bayram içimizə elə möhtəşəmlik gətirirdi ki, hətta
həyatımıza da sirayət edirdi və il boyu bizi izləyirdi…
Şükürlər olsun ki, müstəqillik qazandıq, bu gün Novruz ölkəmizdə
yüksək səviyyədə keçirilir. Deməli, min illərin qan yaddaşına hopmuş
Novruzu, Yenigünü heç bir qadağalar, imperiyalar, haqsızlıqlar yuyub apa-
ra bilmədi.
213
Bu gün yeniləşmə-sivilləşmə havasıyla öz kökünə, soyuna ruhunun ona
diktə etdiyi inamlara xor baxanlara yazıqlar olsun!!!
İnsan öz kökünün, soyunun üstündən boylananda daha əzəmətli, daha
təmtəraqlı, başqa xalqların gözündə də daha maraqlı olur. Necə ki, ağaclar
öz kökünün üstündən boylananda daha valehedicidir.
Ey kökündən-soyundan boylanan ellərimiz, obalarımız, Novruz adına
süfrə açan yurdlarımız, ocaqlarımız, Novruzun ayağı sayalı olsun! Ev lə-
rinizə sevinclər, fərəhlər gətirsin… Hər il məni uşaqlıq günlərimin xati-
rələrilə yaşadan, Novruzum, ocaqlarımız gur yansın!
İŞĞAL ALTINDA QALAN TORPAQLARIMIZA
GEDƏN YOLLARIMIZI OT BASMASIN…
Yaddaşımıza köklənən vüqarımız yenməsin, yenənlərdən yox, yendi-
rənlərdən olaq…
Ey Novruzum, mənim ruhum sənin ruhundan keçir, ruhumu ruhuna
bağlayan min illərə salamlar olsun! Yaşa bəşəriyyətin ən qədim bayramı!..
Dostları ilə paylaş: |