218
QƏRBƏ ASAYİŞİ BƏRpA ETMƏ,
ŞƏRQƏ DEMOKRATİYA DƏRSİ
Hələ sovet vaxtında Əfqanıstana sovet qoşunları soxulan zaman,
qardaşım oğlu da o vəhşətli müharibənin iştirakçısına çevrilmişdi. Orada
sovet qoşunlarının törətdikləri vəhşiliklər barədə sonralar pıçıltıyla bizə
nəql edirdi. Deyirdi ki, qoşunlar günahsız, silahsız əfqan kəndlərinə gecələr
tanklarla girir, palçıqdan hörülmüş kasıb daxmaları yerlə-yeksan edirdilər.
Müqavimətsiz dinc əhalinin naləsi, sərxoş rusların törətdikləri vəhşiliklər
heç zaman yaddaşımdan çıxmayacaq. Onlar sonra utanmaz-utanmaz sovet
bayrağını xaraba qoyduqları kəndlərin uçuq divarları üzərinə sancırdılar.
Öldürdükləri insanların fəryadlarına həqarətlə gülürdülər. Onların nə gey-
imi, nə də həyat tərzi bu dırnaqarası sülh carçılarına xoş gəlirdi. Hələ də
körpə qışqırtıları, ana-bala fəryadları, çığırtıları qulaqlarımdan getmir…
Əfqanıstan faciəsi sovet quruluşunun dayaqlarını sarsıtdı. Adamdan
soruşarlar ki, sosializm adı altında idbar imperiyanın özgə torpağında nə iti
azmışdı? O gündən bu günə hələ də Əfqanıstan dediyimiz ölkə özünə gələ
bilmir. Ora terrorçuların məkanına, narkotik tarlaların çiçəklənməsi diyarına
çevrildi. Bu gün işğal olunmuş Qarabağ ərazisində də həmin ssenari həyata
keçirilir. Narko tarlalar əkilir, işğal uzanır, hegemon dövlətlər susur… çün-
ki o zaman ABŞ ilə SSRİ o bədbəxt diyarda kəllə-kəlləyə gəldi. Ağrını
çəkən isə əfqan xalqı oldu. Dünyanın min bir yerinə dağılmış bədbəxt
əfqan xalqı… habelə, Vyetnam vəhşətləri, Corc Buşun İraqa demokratiya
dərsi, İraq o gündən bu günə özünə gələ bilmir, etnik qrupların bir-biriylə
terror döyüşü, sonra “Ərəb baharı” müsəlman ölkələrinin bir-bir xaraba
qoyulması, Misir, Liviya, Suriya… Deyilənlərə görə, Suriyada artıq 90
mindən yuxarı insan qətlə yetirilib, bir milyondan artıq insan öz yerindən-
yurdundan didərgin düşüb. Kəndlər, şəhərlər xarabazara çevrilib. Ölkədə
vətəndaş müharibəsi gedir, qardaş-qardaşın, müsəlman-müsəlmanın qanını
tökür. Hər tərəfdə “Allahu-əkbər” sədaları göylərin bağrını parçalayır.
İran, Rusiya hökumət qüvvələrini, Qərbsə müxalifəti dəstəkləyir. Tökülən
qan isə suriyalı vətəndaşların qanıdır. Xaçpərəst dünyaya müsəlman
qanı nın tökülməsi sərfəlidir. Nə qədər müsəlman qanı tökülsə, o qədər
xaçpərəst dünya hökmranlarının ürəklərinə su səpilər. Nəyə görə, ona
görə ki, nə qədər Qərbdə istehsalın inkişafı üçün elm, bilik artıbsa, o qədər
də dəyərlər iflasa uğrayıb. Yəni ailə dediyimiz qurum orada yavaş-yavaş
219
uçub dağılmağa başlayır, onun yerini insanların bir-birinə yadlaşması, eyni
cinsdən olanların demokratiya adı altında biabırçı evlilikləri, artıq bir çox
ailələrdə uşaqların yerini ev heyvanları əvəz edir, hətta əhali kilsələrdən
də soyumağa başlayıb. Bir çox qərb ölkələrində kilsələr əzəlki nüfuzunu
itirib. Xüsusilə xaçpərəst Avropa qocalmağa başlayıb. Müsəlman ölkələrdə
isə əhali durmadan artır, bu da qərbliləri nəinki narahat edir, hətta onların
yuxusuna belə haram qatıb. Ona görə də Şərqdə rejimləri tar-mar etmək adı
altında müsəlman ölkələri gücdən salmaq, çökdürmək Qərbin gündəmdə
olan həyat devizidir.
Suriyadan sonra növbədə son illər inkişafda olan Türkiyədir. Baş nazir
Rəcəb Tayyip Ərdoğanın odlu-alovlu çıxışları, Fələstinlə bağlı Dovosda
İsrailə sərt mesaj verməsi, ümumiyyətlə, müsəlman aləmində lap çoxdan
demokratik yolu, inkişaf yolu seçmiş Türkiyə bu gün Qərbi bərk narahat
edir. Bu günlər “Gəzi parkı” məsələsi də Türkiyəni gücdənsalma planına
köklənib. Dünən İngiltərənin mərkəzi Londonda etirazçılara qarşı polisin
törətdiyi vəhşilikləri, Yunanıstanda baş verən olayları Avropa “Asayişi
bərpa etmə” kimi qələmə verir, ABŞ isə səssizcə susur.
Artıq 17 gündür İstanbulda “Gəzi park”ında baş verənlər Qərbin həyat
nəbzinə çevrilib. Min bir yolla Türkiyədə aranı qarışdırmaq və orada
qan tökmək, bu ölkəni də dizi üstə çökdürmək, budur Qərbin bizə, yəni
müsəlman ölkələrə demokratiya dərsi…
Türkiyə keçən əsrin 70-ci illərindən üzü bəri SSRİ-nin onlara bəxş
etdiyi PKK ilə çarpışmadadır. Həm türk xalqından, həm kürd xalqından
minlərlə insanlar həlak olub. Necə deyərlər, bir-birlərini qanlarına qəltan
ediblər, çünki xristian dünyası nə kürdün, nə də türkün dostudur. Bu xalq-
lar hər ikisi müsəlmandır (kürdlərin az qismi yezdi kürdüdür). Dünyada
1400 ildi xaçpərəst – müsəlman davası gedir. Onlar Məhəmməd (s.ə.s.)
peyğəmbəri heç cür peyğəmbər kimi qəbul etmək istəmirlər. Ona görə də
müsəlmanı terrorçu kimi qələmə verirlər, halbuki bütün terror yuvalarının
dayaq nöqtəsi Qərbdir, başıbəlalı Şərq isə onun əlində əsirdir. Bütün
dinlərin arasında İslamı nüfuzdan salmaq üçün Qərb “Əl-Qaida” kimi
“Müsəlman təşkilatları” yaradıb, onları özü bəsləyib və maliyyələşdirib,
ola bilsin ki, indiyə kimi də maliyyələşdirir.
20 ildən yuxarı torpaqlarımız işğal altındadır. Bu haqsızlığı çözmək
üçün hegemon xristian ölkə nümayəndələri birlik yaradıb, gedirlər- gəlirlər,
gəlirlər-gedirlər, məsələ “çözülmür ki, çözülmür”.
220
Artıq içimizdən də yavaş-yavaş Qərbin dəstəyilə ədəbiyyat adamları,
yazarlar, siyasətçilər erməni-hay təəssübü çəkməyə başlayıblar. Torpaqlar
əldən çıxıb, işğalçıya yerini göstərmək əvəzinə, Qərb bizə demokratiya
dərsi keçir. Biz nə içməliyik, nə yeməliyik, necə yaşamalıyıq? Yavaş-yavaş
öz həyat tərzlərini beynimizə yeritməyə cəhd edirlər. Bunun üçün ölkə
içərisində olan etnik qövmlərdən, dini min bir yerə parçalayan məzhəb
təəssübkeşlərindən, bir də beşgünlük ömrünü keflə başa vurmaq istəyən,
heç bir işin qulpundan yapışmayan, özünü heç bir işdə tapmayan bəzi
gənclərdən istifadə etməkdədirlər.
Bu gün Türkiyədə baş verən olaylar bizə də sabahkı günümüzün xoş
olmayacağından xəbər verir. Türkiyə demokratik özgürlüyü olan qardaş
ölkədir, inkişafı da göz qabağında, Qərbin isə bunu heç cür gözü götürmür.
Bizdə isə tərəzinin gözü kəskin şəkildə əyilməkdə davam edir. Bazar-
larda od tutub yanan bahalıq, aztəminatlı ailələrin yaxşı yaşamaq istəyi
və bunu bulmadıqda təmtəraqla yaşayanlara nifrət hissinin artması sonda
Qərbin əlinə yaxşı bir fürsət kimi düşə bilər...
Mən bu fikirlərimi qısaca, bir yazar olaraq, dəyərli oxucular, sizinlə
bölüşdüm, ümid edirəm ki, aranızdan bu yazıya haqq qazandıranlar tapılar.
Tanrı hər birimizi şərin bəlasından qorusun, biz öz xoşumuzla müsəlman
olmadıq, sadəcə, tale belə gətirdi ki, artıq müsəlman ailələrində doğulduq.
Müsəlman olmağın cəfası 1400 il öncədən çəkilib. Gəlin bir-birimizə sayğı
ilə, qayğı ilə yanaşaq. Dostumuzu düşmənimizdən ayırd edək. Bir-birimizə
dəyər verək, bir-birimizə demokratik prizmadan yanaşaq. Bir-birimizin
dərdinə qulaq verək. Dərd şişəndə bəlaya çevrilir, sonu isə Qərbin “de-
mokratiya dərsi” adlı acısı ilə bitir…
Türkiyəni Allah bu bəladan qorusun. Türkiyəyə atılan daş, bizim
başımızda partlayacaq… Bunu milyonlar üstündə oturub öz rəngbərəng
maşınları, bahalı villaları ilə imkansız əhaliyə acıq verənlərimiz yaxşı-
yaxşı fikirləşməlidirlər ki, Qərbin demokratiya dərsi bizdən yan ötsün…
Hələlik isə sağlıqla qalın, türkiyəli, azərbaycanlı Vətən əhli…
14.06.2013
|