Sən də köçəri quştək qəlbimdə yuva salıb
Yad ürəyə köçmüsən.
Bil ki, sən nə vaxtsa peşiman olub
Geriyə – yuvana dönmək istəsən,
Bu yuva dondurar səni oduyla.
Bu yuva rədd edər, yox edər səni,
Dolar buz qəlbinə dünyanın qəmi.
Odur ki, qayıtma, qayıtma…
Qayıtma geri!..
“Qayıtma geri” deyən şairin ruhu yəqin ki, şeirlərinin havasıyla
duyğulandığım bir məqamda bir şam işığıtək öz hərarətini misralarının
ətrafında şölələndirir. Odur ki, şeirlərini birər-birər oxumaq sevdasına
düşmüşəm. Oxuduqca sanki bugünlərlə səsləşir, baxmayaraq ki, şeirlər
1980-ci illərə, başqa tarixə, imperiya əsarətində yaşadığımız illərə təsadüf
edir, amma şeirlərin ab-havasıyla tanış olanda heç bir pafos, tərif şairin
yaratdıqlarında duyulmur. Ona görə də istedad sahibinin tabe olduğu qüvvə
onun təkcə ilhamı olmalıdır. Necə ki, Tapdıq Əlizamanoğlunda olduğu
kimi… Təbii şair, yazıçı zaman burulğanlarına sinə gərib bacardıqca,
fürsət düşdükcə öz azad hisslərini heç bir qadağaya tabe etməməlidir milli
dəyərləri ayaqlar altına salmamaq şərtiylə…
Şairin “Son sözüm” şeri qəlbi dönük çıxmış dildara hicran ağısıdır:
Son sözüm nə oldu – min bir bəhanə,
Özün-öz səhvini bilərsən bir gün.
Sındırıb bir qəlbi – gedirsən – apar,
Bu qəlbə səcdəyə gələrsən bir gün.
Bizi öz qoynunda bəsləyən, ağrılı-acılı günlərimizə şahidlik edən başı
bəlalı, sinəsində topları, tüfəngləri susmayan dünyaya nə qədər nəzmlə,
246
nəsrlə sözlər deyilmiş, kitablar yazılmış, tarixlər cilalanmışdı. Şairin
“Dünyadır” şeri elə bu məqama köklənib:
Hər bir işi müəmmalı, düyünlü,
Avand işi nəhs eləyən dünyadır.
İşi olmaz qanmayanla heç zaman,
Qananlarla bəhs eləyən dünyadır.
Yolumuzu dağa, daşa tuş edib,
Qəlbimizdən qara qanlar keçirib,
Duzlu suyu bal yerinə içirib,
Sonra gendən baxıb gülən dünyadır.
Minləri, milyonları yola salan, şahları, sultanları taxtından düşürən,
öz varıyla gözləri özünə cəlb edən, ürəkləri fəth edən dünya sonda insanı
ayaqdan, dildən salır, bəzən şahı gədaya möhtac edir, insanın yığdıqlarını
birər-birər, astaca-ustaca əlindən alır, onu yorğan-döşək möhtacı edir,
əlini əsdirir, dizini titrədir. Təkcə bir dəfə baharı olan insanın tufanlı qışını
qapıdan içəri salır. Şair demiş:
Könül, tez alışıb, tez də odlanma,
Hər yanar ocaqdan sən gəl od alma,
Şirin-şirin yalanına aldanma,
Üzə gülüb gəl-gəl deyən dünyadır.
Vətən qeyrətli söz adamlarımızın istər nəzmində, istərsə nəsrində
Vətən ayrılığı bir qırmızı xətt kimi keçir. Paramparça Azərbaycanın ağrı-
acıları hansı söz adamının ruhunu dilə gətirməyib? Bu yaranın acısını
ədəbiyyatımız tariximizlə yanaşı çəkib və çəkir… Şairin “Uzanaydım Araz
üstə” şeri bu qəbildəndir:
Uzanaydım Araz üstə,
Sinəm üstdən keçəydilər.
Deyirlər su aydınlıqdır,
Bu su məni dərdə salıb,
Bu nə zülm, bu nə sitəm,
Məni məndən çay ayırıb...
247
İndi də işğaldan başı qurtulmayan, Vətən, səni nə zaman əliqanlı,
düşüncəsi dəhşət saçanlar rahat buraxacaq? Bəlkə biz özümüz sənə dönük
çıxmışıq, bir ola bilməmişik, elə bu gün də bu ağrılarla baş-başayıq. Tapdıq
Əlizamanoğlunun “Bütöv gör məni”, “Yuxuma gəlmişdin”, “Tarixim
qədimdən qədim”, “Dönəcəyəm mən”, “Darıxdım” şeirlərində vətəni büt-
öv görmək həsrəti, ülvi məhəbbət, yurd istəyi qəlb titrədir. “Ay məzar daşı”
şeri şairin haqq dünyasına qovuşmuş doğmasıyla səmimi söhbətidir. Bu
söhbət, bu ülfət ürəkləri yanıqlı misraların diliylə titrədir:
Dostları ilə paylaş: |