XRİSTİAN OCAĞI
Səmavi dinlər dünyaya gələndən, cahanda kütləvi insan qırğınlarının
sayı artdı. Müsəlmanlara qarşı törədilən Xaç yürüşlərində qan su yerinə
axdı. Dünya dinlərdən nə qazandı, ölüm, qan, qırğın, dini düşmənçilik.
Elm inkişaf etdi, insan ağlının əxz etdiyi kəşflər dünyanı heyran qoydu.
Qərb dini dövlətçilikdən məhrum edib kilsəyə yerləşdirdi, amma içində öz
dinində olmayanlara kin bəslədi, bu kin, bu ayrı-seçkilik bu gün də davam
edir. Öz dinindən olmayanlara yuxarıdan aşağı baxan, dodaq büzən aşağı
irq hesab edən Qərb bilmirəm hansı demokratiyadan, insan azadlığından,
demokratik dəyərlərdən bəhs edir?
Roma Papasının, Avropa Birliyinin Türkiyəyə qarşı utancverici qərarı
yuxarıda qeyd etdiklərimə bariz nümunədir. Birinci Dünya savaşında
demək olar ki, qərb ölkələri Osmanlını çökdürmək üçün savaşa atıldılar,
267
bu zaman Osmanlı dövlətinin vətəndaşları sayılan ermənilər Rusiyanın
dəstəyilə silahlanaraq, qoynunda yaşadıqları vətənlərinə xain çıxdılar.
Osmanlı dövlətinə arxadan xaincəsinə zərbə vurdular, minlərlə türk
kəndləri yandırıldı, kütləvi şəkildə qoca, körpə, uşaq, qadın qətlə yetirildi,
quyulara dolduruldu, sonra onlar bu qırğınları Güney Azərbaycanında,
Quzey Azərbaycanında davam etdirdilər. O zaman Osmanlı ön cəbhədə
ölüm-dirim savaşında idi, ermənilər isə xaincəsinə yüz illərlə suyunu
dadıb, çörəyinə ortaq olmuş Türk millətinin kürəyinə bıçaq sapladı. Bəs
görəsən, Osmanlı dövləti nə etməli idi? Ermənilərin başınımı tumarlamalı
idi törətdikləri qətliamlara görə? Arxada viran qoyduqları kəndlərə görə…
1915-ci il olaylarını istər Avropa Birliyi, istərsə də Roma Papası bizlərdən də
yaxşı bilir. Məgər Avropa Birliyi bilmirmi, ermənilər yaxın keçmişimizdə
Qarabağda hansı dəhşətləri törədiblər? Viran etdikləri Qarabağda məhv
olmuş Xocalının fəryadına göz yuman Qərb bu gün bizə hansı de-
mokratik dəyərləri diktə edir? İşğal altında olan Qarabağ torpağından
didərgin düşmüş insanların fəryadına Avropa niyə susur? Ona görə ki, biz
müsəlmanıq, bizim günahımız müsəlman olmağımızdadır, xristian qan da
tökə bilər, torpaqları da işğal edə bilər, milyonlarla insanın haqqını tapda-
laya bilər, ona heç bir söz deyilə bilməz, çünki xristiandır! Mən şəxsən öz
adımdan deyirəm ki, bu gün Qərbin etdikləri adamı bu qənaətə gəlməyə
vadar edir. Görəsən, dini ibadət ocaqlarında İsa Həzrətlərinə iman gətirən,
onun şərəfinə misilsiz ayinlər icra edən xristianlar heç düşünürlərmi,
onların bu haqsız əməlləri Allah saydıqları, sayğı duyduqları müqəddəs
varlığa necə təsir edir, onlar öz çirkin əməllərilə Həzrəti İsanı yenidən
çarmıxa çəkmirlərmi? Onun ruhunu incitmirlərmi? Heç bir dəfə olsa da
bu barədə düşünüblərmi? Axı bizim bir insan olaraq dərk etdiyimizə görə
Allah öz bəndələrinə eyni gözlə baxır, istəyirsən hansı dində olursan ol,
deyilənlərə inansaq o dünyada insanın yaxşı-pis əməlləri sorğu-sual olu-
nacaq.
Bir neçə gündə baş verən olaylardan belə nəticəyə gəlmək olar ki, Qərb
üçün xristian dünyası və onun insanları var.
XXI əsr texnika, mədəniyyət, inkişaf, super güclərin uğurları əsridir.
Güman edirdik ki, daha dünyada qandondurucu dəhşətli müharibələr olmaz,
insanlar mədəniləşmiş, axı insan insanı niyə öldürsün? Dünya belədir ki,
hamımıza torpaq da, su da, yemək də çatar. Təəssüflər olsun ki, bu belə
deyil, günahsız insanların qanını tökməkdən həzz alan cəlladlar hələ də
268
dünyada hökmranlıq edir. Əgər keçən əsrin birinci yarısında Avropada
yəhudilərə, türklərə qarşı kütləvi soyqırım törədilmişdisə, keçən əsrin so-
nunda yenidən Xocalıda bütünlükdə Qarabağda türklərə, müsəlmanlara
qarşı soyqırım törədildi. Balkanlarda müsəlmanların başına gətirilən
müsibətlər, soyqırımlar, bu gün də o soyqırımları davam edir, İraqda,
Yəməndə, Misirdə, Suriyada, Əfqanıstanda, Liviyada, Azərbaycanda!
Bu gün Türkiyə Suriyada törədilən dəhşətlərdən baş götürüb qaçan yüz
minlərlə qaçqına qucaq açıb, onların suyunu, çörəyini verir, tədrisini həyata
keçirir. Belə bir xeyirxah missiya ilə məşğul olan bir dövləti soyqırımı ilə
suçlamaq, ən azı Allahsızlıqdı, din adı altında Allahın özünü ələ salmaqdı!
Bu gün demokratiya adı altında cəmiyyətlərə, insanlığa, kişiliyə zidd
olan xəstə təfəkkürlü fərdlərin əməllərinə haqq qazandırmaq, onların
haqlarını müdafiə etmək Qərbdə adət halını alıb, belə olmasaydı kişini
kişi ilə, qadını qadın ilə evləndirib, hələ onlara uşaq da icad etmək savab
sayılmazdı. Hələ qədimlərdən belə utancverici əməllər, cəmiyyətə təlqin
olunmazdı, əksinə, belələri qınanılardı, xəstə insanlar kimi dəyər verilərdi.
Belələrinin həyatını önə çıxarıb, insanların beynini zəhərləmək insan
haqları sayılırmış, amma bu gün İraqda, Suriyada,Yəməndə, Azərbaycanın
işğal altında olan ərazilərində baş verənlər insan haqları sayılmırmış. Bütün
bunların bir səbəbi var, çünki bu ölkələrdə yaşayan insanların çoxu xris-
tian inanclı yox, müsəlman inanclıdır, deməli, bizim günahımız müsəlman
olmağımızdadır.
Biz vəhşi xalq deyilik, baxmayaraq ki, erməni ilə müharibə aparmaq
məcburiyyətindəyik, 30-40 min erməninin ad-soyadını dəyişdirib öz
qoynumuzda bəsləyirik, onlar bizim aramızdadı, biz onları tanıyırıq, amma
susuruq, çünki bizim xislətimizdə vəhşilik yoxdu. Hələ mən Azərbaycanda
kütləvi şəkildə türklərə soyqırımı edən ermənilərin utanmadan Türkiyəyə axın
etməsini demirəm. Ey insan haqları deyib bütün günü hay-haray salan Avropa,
məgər sən bunları bilmirsənmi? Bilirsən, amma susursan. Belə olan halda sən
İsa Həzrətlərinə də xain çıxırsan, çünki heç bir dində haqqı, ədaləti tapdalam-
aq yoxdu, sadəcə, dini kitablardan siyasətdə silah kimi istifadə edən bəndələr
nə öz vicdanları, nə də Allah qarşısında cavab verə bilməyəcəklər.
Bir neçə kəlmə də Qərbə aşiq olub, öz keçmişinə, bugününə, dövlət-
çiliyinə, vətəninə arxa çevirən xarici ölkələrdən ciblərinə dollar axan
həmvətənlərimə deyəcəyim var. Əzizlərim, candaşlarım, soydaşlarım,
qan qardaşlarım, bura VƏTƏNDİR, başıbəlalı, min bir yerə parçalanmış
269
VƏTƏN! Bizim Qarabağ boyda sinə dağımız var, bizim Xocalı yaramız
var, VƏTƏN adı gələndə biz bütün umu-küsüləri, inciklikləri unutmalıyıq,
Azərbaycanımızın sabahı naminə! Allah Türk millətini qorusun, ona
arxa olan bütün dindaşlarını qorusun. Dünya bizi eşitməkçün biz güclü
olmalıyıq, bir olmalıyıq, nicat yolumuz birliyimizdədir, əks təqdirdə bizi
təkləyib dənləyəcəklər…
Deyəcəklərim bu qədər, sağ olun, salamat qalın…
16.04.2015
Dostları ilə paylaş: |