261
demokratiyanın boğulması demək deyil, hər şeyin bir əndazəsi, ölçüsü
olmalıdır. O da ola ki, sən milyonlarla insanın dini inancını təhqir edəsən,
onun peyğəmbərinə ağlasığmaz hədyanlar edəsən və adını da qoyasan
“Söz azadlığı”...
“Mən belə istəyirəm” azadlıq deyil, o anarxiyadır, insanı məhvə aparan
həyat
tərzidir, başa bəlalar gətirən yaşayış prinsipidir.
Xristian dünyasında elə din xadimləri var ki, başa düşürlər, bu yol bə-
şəriyyəti hara aparır? Onlar bu cür dırnaqarası qəhrəmanlara qarşı çıxır,
heyif ki, bu gün onların sayı azdır, Allah eləsin, sabah onların sayı çoxalsın.
Hansısa bir ağıllı adamın fikridir: “Allah olmasaydı belə, onu uydurmaq
lazım olacaq idi”, çünki Allahsız dünya harmoniyasız qalar və məhvə gedər.
Siz bir yadınıza salın SSRİ-ni, 70 ildən artıq davam gətirmədi, çökdü…
Bütün bu yuxarıda yazdıqlarıma rəğmən mən heç də terroru törədənlərə
haqq qazandırmıram, sadəcə, demək istəyirəm ki, heç nə elə-belə baş ver-
mir, yer də tərpənib minlərlə insanı qıranda, bilin ki, yeraltı qatlarda baş
verən təkanlarla əlaqədardır.
Şübhəsiz ki, bütün terror təşkilatlar yer üzündən silinməlidir, əgər
bunu böyük dövlətlər istəyirsə… hər insan həyatı müqəddəsdir, elə bizim
peyğəmbərimiz bir insanın öldürülməsi bütün bəşərin öldürülməsi kimi
başa düşülməlidir deyib. Heç kimə icazə verilmir ki, bir başqasının həyatına
son qoysun, amma dinləri təhqir etmək, onları gülüş obyektinə çevirmək
yolverilməzdir. Kim sənə məcbur edir ki, hansısa dinə inan, inanmırsan
inanma, amma başqalarının hissiyyatına xələl gətirəcək inanclara da pis
gözlə baxma! Bu heç də nə yüksək səviyyədən, nə də yüksək savaddan
xəbər verir. Məncə, hər ölkədə dinləri mühafizə edən qanunlar olmalıdır
və dövlət başçıları fikirləşməlidirlər ki, provokatordan qəhrəman çıxmaz.
Belə qəhrəmanlar nəinki özlərini, hətta bütün dünyanı ağlasığmaz faciələrə
gətirib çıxararlar. Bəsdirin, insanların min ilə gedib çıxan inancına pis gözlə
baxmayın. Gəlin bir-birimizin həyatını zəhərə döndərməyək, bizim başqa
bir planetə gedəsi yerimiz yoxdur, hamımız yer kürəsinin övladlarıyıq,
dinindən, dilindən, irqindən asılı olmayaraq gəlin bir-birimizə mərifətlə
yanaşaq. Ey Allaha inanan və inanmayanlar, hamımız bir ömür yaşayırıq,
qısa bir ömür, vücudumuz da elədir ki, çox vaxt bu olanlara dözmür, gəlin
can deyib, can eşidək.
12.01.2015