265
Keçən əsrdə ədəbiyyatda yazarlar arasında kifayət qədər quruluşu
öyən, onun varlığına mədhlər söyləyənlər, vaxtlarını boşuna sərf etdilər,
sağlıqlarında quruluşdan bəhrələndilər, amma onların yazdıqlarının çoxusu
indi nə ədəbi məhsullar kimi dəyərli, nə də insan mütaliəsi üçün yararlıdır.
Yalnız o dönəmi işıqlandırmaq üçün tədqiqatçılara lazım olar.
Bu yaxınlarda saytların birindən oxudum ki, Böyük Atatürkü əlinə si-
lah götürüb, Vətəni xilas etməyə ruhlandıran dahi Hüseyn Cavidin “İblis”
dramı olub. Hüseyn Cavid cismən sağlığında çox dəhşətlərə, haqsızlıqlara,
imansızlıqlara düçar oldu. Ailəsi faciələrə atıldı, özü Sibirin soyuq
buzlarında məhv edildi. Etiraf edək ki, ədəbi məhsullardan başı çıxan
bir kimsə taparsınızmı Hüseyn Cavidi sevməsin?! O bu gün aydınların,
ziyalıların, səviyyəli oxucuların qürur mənbəyidir.
Ədəbi yaradıcı məhsullara baş vuranda görürsən ki, bir çox qələm əhli
kökündən sapmanı özünə həyat amalı seçib. Bədii məhsulların içində
şounu andıran məqamlar bəzən adamı özündən çıxarır. Keçmişinə dodaq
büzmək, ədəbi ənənələrə arxa çevirmək, şeri, şeriyyəti söz yığını etmək,
sanki ali bir məqsədə çevrilib. Gənclik – gözəllik, enerji, yaradıcılığın vul-
kan təki püskürməsi, güc-qüvvət, sağlamlıq deməkdir. Yaradıcı gənclik bu
imkanları kökünə-soyuna bağlılıq, təmənnasız yaradıcılıq fövqündə qurmalıdır.
O heç kəsdən yaratdığına ödül gözləməməlidir, yaradılan bə dii məhsul ürək
yanğısı ilə, təbii mənəvi tələbatla yazılmalıdır. Azad yaradıcılığa görə, insan
özünə gündəlik yaşamı üçün başqa peşə seçməlidir. Ədəbiyyat adamının gizli
könül hücrəsi olmalıdır, orda yalan, böhtan, yaltaqlıq, ikiüzlülük, kimlərəsə
yarınmaq, mənəvi dünyanı aşağılamaq olmamalıdır.
Keçən əsrin əvvəllərində haqsız böhtan və qırğınlara məruz qalan
ədiblərin həyatına və yazdıqlarına diqqət kəsildikdə görürsən ki, yaşadıqları
zaman kəsiyinin ab-havasını öz qələm məhsullarında əks etdirən bu insanlar
ədəbiyyatımızın
baş əyəsi, fəxarətlə yad ediləsi şəxsiyyətləri olublar.
Bu gün ədəbiyyatımızı bölgələrə parçalayanlar, bölgə psixologiyasından
qurtulmayanlar, bir-birinin yazdıqlarına xor baxanlar yaradıcı gəncliyə
kö nül verməlidirlər. Onları xoş məramları ilə, canıyananlıqlarıyla qəlblərini
isitməlidirlər. Yaradıcı gəncliyin yaşlı ədəbi nəslin deyəcəyi xoş sözə, iltifata, düz
cığıra, düz yola ehtiyacı var. Biz bunu anlamalı və onlara qayğı ilə yanaşmalıyıq.
“Burda mənəm, Bağdadda kor xəlifə” deyib gənc nəsil tərə findən yazılan ədəbi
məhsullara dodaq büzmək olmaz. Onlar bizim sabahımızdı, hər bir sabah isə qoy-
nunda yuva saldığımız Vətənin varlığından keçir.
266
Yaxın keçmişimizdə Qarabağ haqqında yazılan bədii məhsullar barədə
yerli qarabağlı yazarlardan eşidirdim ki, bu dəhşətlər bizə aiddir, biz
bunları qələmə almalıyıq, digər bölgələrdən olan yaradıcı insanlar bunları
bizim kimi yazılarında əks etdirə bilməz. Bu çox gülməli və ürəkağrıdıcı
fikirdir. Dəyərli qələm əhli, rica edirəm, vətəni bölgələrə bölməyək, on-
suz da Azərbaycandan bölünə-bölünə heç nə qalmayıb. Bizim bütün bölgə
mərkəzlərimizdə Şəhidlər Xiyabanları var, bu Xiyabanlarda yatanlar, orda
azğın düşmənin fəğan etdiyi ana məmləkətimizdə üzünü torpağa sürtüb
Vətən uğrunda can verdi, o dərd hamımızın dərdidir, keçən əsrin 90-cı illəri
bizim cavanlığımıza düşdü, bizim gəncliyimiz acı hönkürtülərlə, göz yaşları
ilə keçdi, indi də içimizdə bu ağır kədəri daşıyırıq, o dövrün gəncləri bu gün
hamı əsəbi, hamı xəstədir. Qarabağda baş verənlər Güneyli-Quzeyli bütöv
Azərbaycanın yarasıdır, bu yaranı sağaltmasaq hələ çox qanlar axacaq.
Möhtərəm ədəbiyyat adamları, gəlin ədəbiyyatımızı ədəbi məhsullarda
baş alıb gedən yalanlardan xilas edək, gəlin ruhumuzun təmizliyinə
diqqət edək, axı ruhun ağrısı vicdan ağrısı deməkdir, o insanı ölənədək
rahat buraxmır, hələ deyilənlərə inansaq, o dünyada da cəzası var. Yazımı
burdaca bitirmək istərəm, dəyərli oxucular, həm ürəyi həyat eşqilə qa-
ynayan ədəbi gəncliyə, həm də yaşlı yazar nəslə cansağlığı diləyilə, türk
qardaşlarımız demişkən, xoşca qalın!
25.03.2015
Dostları ilə paylaş: