270
gün vəhşət yaşanır. Özünü insan hesab edən hər bir kəs dilindən, dinindən
asılı olmayaraq o bölgənin fəlakətinə ürək ağrısı keçirməlidir.
Əslində tam səmimiyyətimlə deyirəm, mənim rus xalqına yazığım
gəlir, vaxtilə Rusiyanın meşə bataqlıqlarında yaşayan bu xalq ömürləri
boyu müharibələrin cəngində olublar. Bu müharibələri onlara başda oturub
bütün dünyaya meydan oxuyan, bütün millətləri özlərindən aşağı sayan
hakimiyyət alverçiləri yaşatdı.
Rus padşahları dünyanın yarıdan çoxunu zəbt edib millətləri aclıq, səfalət,
qorxu, qul qismində saxlayırdı, bu gün Vladimir Putin kimi müstəbidin əlində
həmin xalqların bir çoxu hələ də əsirdi, Rusiyanın bugünkü məqsədi Rus
İmperiyasını bərpa etmək, azadlığı dadmış 14 respublikanı öz tərkibinə salmaq
və dünyaya meydan oxumaq, Bizim qulbeçələrimiz də o günü səbirsizliklə
gözləyir. V.Putin Rus xalqına bu gün nə bəxş edib? Faşist keçəlbaşları… Sənə
oxşamayanları
harada gördün öldür, məhv et…
Rus işğalçıları 5000 km yol qət edib gəlib bizim evimizin içində qan-
qırğın törədirlər. Erməni kimi milliyyəti qaranlıq olan qövmü üstümüzə
salıblar. İki əsr bizə dəhşət yaşadırlar. Bu gün də bu dəhşət bitmir.
Torpaqlarımızda erməni dövləti yaradıblar, ikinci bir erməni dövlətinin
yaranmasına səy göstərirlər. Qarabağ əlimizdən gedib, biz yağıya atəşkəs
elan etdik, zaman keçib gedir, o illərin şahidləri bir-bir dünyasını dəyişir,
biz isə hələ də susuruq, gözləyirik ki, işğalçı Rusiya bizə torpaqlarımızı qa-
ytarmaqda yardımçı olacaq! Axı bu torpaqları bizdən elə rus hərbçiləri alıb
ermənilərə verməyibmi? Niyə biz həqiqəti dünyaya car çəkməkdən qorxu-
ruq! Bir atalar məsəlini dəyərli oxucuların diqqətinə yetirmək istəyirəm:
“Qorxan gözə çöp düşər…” Bizim gözümüzə çöp düşüb, iki əsrdən çoxdur
ki, o çöpü gözümüzdən çıxara bilmirik.
Biz qorxa-qorxa hər şeyimizi itirmişik, torpaqlarımızı, qürurumuzu,
döyüşkənliyimizi. Varlığımızı da yavaş-yavaş itirmək üzrəyik.
Bir baxın Türkiyə öz kimliyini dünyaya sübut edir, biz burda tir-tir
əsirik, başlayırıq kökü-soyu bizimlə bir olan qan qardaşlarımıza öyüd-
nəsihət verməyə… Ay siz düz etmədiz, qoy sərhədini pozsunlar, bir sözlə,
cəhd edirik ki, özümüzdə əskidən nə varsa Türkiyə türklərinin beyninə
yeritməyə, onlara öyüd-nəsihət verməyə, fikrimizcə, keçəl tük bitirə
bilsəydi, birinci öz başının çarəsini qılardı.
Hələ yaxın bir vaxtda deyirdik ki, biz bir millət, iki dövlətik və buna
əl çalırdıq. Bəs bu gün nə baş verir? Bu hadisəyə ölkəmizdən heç rəsmi
271
münasibətdə də yoxdur. Məzhəbi əlində bayraq edib türk millətinin arasına
girmək istəyən bəzi üzdən iraq dindarlara da ismarışımız var. Millət, soy-
kök, varlıq, Vətən olan yerdə heç bir din, heç bir din içində məzhəblər
bizim kimliyimizə kölgə sala bilməz.
Sözümüzün canı budur ki, ay bizim bığıburma kişilərimiz, dövlətlər
arasında hər şey iqtisadi əlaqələrlə bitmir, ayrı-ayrı fərdlər kimi dövlətlərin
də mənlik məsələsi var… Türkiyə əskidən üzü bəri heç zaman öz mənliyini
dövlət olaraq aşağılamağa
yol verməyib, bu gün də yol vermir.
Sizlərdən ricamız budur ki, qoyun papaqlarınızı qabağınıza özü-
müzün düşdüyümüz durum barədə dərin-dərin fikirləşin… Vaxt gələcək
ki, əgər belə getsə sizin o yığdığınız var-sərvət də dadınıza yetməyəcək.
Beyinlərinizin təzələnməsinin qeydinə qalın, artıq sizin köhnə havaya
oynadığınız dövrlər keçib.
Axırda sizlərə içimizi didib-tökən fikrimizi ünvanlamaq istərdik, sizin
indiki düşüncənizlə bizlər nə qədər məsafə qət edə bilərik və hara gedirik?!
26.10.2015
Dostları ilə paylaş: