Sıra sayı Mövzular Mühazirə


Mövzu 3. MS-DOS ƏMƏLIYYAT SISTEMI, YÜKLƏNMƏSI VƏ ƏMRLƏRI



Yüklə 0,77 Mb.
səhifə16/103
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#34839
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   103
sistem proqramlasdirmasi ve emeliyyat sistemleri aze

Mövzu 3. MS-DOS ƏMƏLIYYAT SISTEMI, YÜKLƏNMƏSI VƏ ƏMRLƏRI


Plan:

  1. MS DOS əməliyyat sisteminin strukturu və funksiyaları

  2. MS DOS əməliyyat sisteminin yüklənməsi

  3. MS DOS əməliyyat sisteminin daxiili və xarici əmrləri

Ən mühüm əməliyyat sistemlərindən biri də MS-DOS-dur. Bu əməliyyat sistemi 1981-ci ildə ABŞ-da İBM PC kompüterilə ilə eyni avxtda meydana gəlmişdir. Sistemin yaradıcısı müasir dövrdə ən çox gəlir gətirən firma olan Microsoft firmasıdır.

MS-DOS əməliyyat sistemi birməsələli (birtapşırıqlı) əməliyyat sistemidir. Bu əməliyyat sistemi sistem vasitələrinə çox asanlıqla uyğunlaşır. Bunun səbəbi onun giriş və çıxışın baza sisteminin genişləndirilmə üçün açıq sistem olmasıdır. Bu xüsusiyyət imkan verir ki, istifadəçi öz sistem proqramlarını yazıb əməliyyat sisteminin standart proqramlarını siyahıya əlavə etsin.

MS-DOS əməliyyat sisteminin bir neçə xüsusiyyəti var: Kompüterlə əlaqə istifadəçinin daxil etdiyi əmrlərin köməyi ilə yerinə yetirilməsi, asanlıqla digər kompüterlərə keçirilməsi və çox da böyük olmayan yaddaş (640 kb) tələb etməsi.

MS-DOS əməliyyat sistemi prqoramlarının icrasının yerinə yetirilməsi, fərdi kompüter resurslarının idarə edilməsi, prosessorun və fərdi kompüterin xarici qurğularının iştirakı ilə informasiya emalının təşkili, xarici yaddaşda informasiyanın saxlanması və disklərə xidmət işinin yerinə yetirilməsi kimi funksiyaları yerinə yetirən kompleks proqramlara malikdir.

Bu əməliyyat sistemi diskdə saxlanıldığından, disk əməliyyat sistemi adını da alıb (DOS-disk operation system). DOS proqramları lazım olduqda əməli yaddaşa yüklənir.

MS-DOS əməliyyat sistemi fayl sistemi, xarici qurğuların drayveri və əmrlər prosessoru kimi əsas hissələrdən ibarətdir. Fayl sistemi faylların özlərindən başqa, onların adlarının yaradılması qaydaları, onlara müraciət üsullarını, faylların disklərdə saxlanılmasını özündə birləşdirir. Xarici qurğuların drayveri fərdi kompüterin xarici qurğularının idarə olunmasını həyata keçirən xüsusi tip proqramlardır. Əmr dilinin prosessoru istifadəçi ilə fərdi kompüter arasında qarşılıqlı əlaqəni həyata keçirən, əməliyyat sisteminin COMMAND.COM adlanan faylıdır.

MS-DOS əməliyyat sistemi aşağıdakı əsas komponentlərdən ibarətdir:

1) giriş-çıxışının baza sistemi (BİOS)

2) ilkin yükləmə modulu (boot record)

3) BİOS-un genişləndirilməsi modulu (...BİO.COM)

4) kəsilmələrin işlənməsi modulu (...DOS.COM)

5) əmr dilinin prosessoru (COMMAND.COM)

6) utilitlər (print.com, format.com və s.)

Bu komponentlərə MS-DOS-un modulları da deyilir.

MS-DOS əməliyyat sistemi modul prinsipi ilə qurulmuşdur və onun əsas hissələri aşağıdakılardır:


  • Giriş-çıxış baza sistemi (BİOS)- kompüterin daimi yaddaş qurğusudur. Bu modul həm aparat, həm də proqram vasitələrinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Onun köməyi ilə daxiletmə və xaricetmə ilə əlaqədar sadə və universal əməliyyatlar sistemi həyata keçirilir. O, həmçinin yaddaşın işini yoxlayır, əməliyyat sisteminin yüklənməsi üçün lazım olan proqramı hazır vəziyyətdə saxlayır;

  • Əməliyyat sisteminin yükləyicisi, ilkin yükləmə proqramı (boot record) — bu qısa proqram olub, sistem diskinin birinci sektorunda yerləşir. Onun vəzifəsi DOS və onun digər iki modulunun yaddaşa yüklənməsi prosesini tamamlamaqdır;

  • Disk faylları- (İO,SYS və MSDOS,SYS). Disk faylları əməliyyat sisteminin yükləyicisi tərəfindən yüklənir və kompüter yaddaşında daimi qalırlar;

  • Əmrlər prosessoru COMMAND.COM fayl olub, sistem diskinin istənilən yerində saxlanıla bilər. O, istifadəçi tərəfindən verilən əmrləri təhlil edir. Əmrə uyğun proqramı tapıb yükləyir, iş tamam olduqdan sonra həmin proqramı yaddaşdan silir və növbəti hal üçün hazır vəziyyəti alır;

Əmrlər prosessoru ƏYQ-yə yüklənəndə iki hissəyə parçalanır:

Rezident hissə 22h ... 24h nömrəli kəsilmələri standart emal edən alt proqramları özündə sax­layır. Burada həmçinin ƏYQ-nin rezidentsiz hissəsini boşaldan proqram və kompüterin qo­şul­masında avtomatik yüklənən autoexec.bat faylını emal edən alt proqram yerləşir.Utilitlər və ya MS-DOS-un xarici əmrləri əməliyyat sistemi ilə birlikdə yaradılmış proqramlardır. Bu proq­ram­­lar müxtəlif xidməti əməliyyatları (disketi formatlaşdırmaq, disketi yoxlamaq və s.) yerinə yeti­rir­lər. Qurğuların drayverləri MS-DOS əməliyyat sisteminin giriş-çıxış sistemini tamamlayan və yeni qurğulara xidməti təmin edən bir proqramdır. Drayverlər əməliyyat sisteminin yük­lən­mə­si zamanı kompüterin yaddaşına yüklənir, adları isə config.sys konfiqurasiya faylında göstə­rilir. MS –DOS əməliyyat sisteminin əsas əmrləri.

MSDOS əməliyyat sistemi yükləndikdə ekrana aşağıdakı formalı əmr sətri çıxarılır.

C:\> ; A :\>

1. copy con faylın adı –mətni -F6 Enter mətn faylının yaradılması.

2. del faylın adı. Enter –göstərilən adlı fayl yaddaşdan silinir.

3. ren faylın adı 1 faylın adı 2 Enter –fayl adı. 1 –in adını fayl adı 2 –yə dəyişər.

4. copy fayl adı 1 fayl adı 2 Enter –fayl adı 1 –in təkrarını alır, fayl adı 2 –adı ilə yaddaşda saxlayır.

5. move fayl adı kataloq adı Enter –fayl adı faylını, kataloq adı kataloquna göndərir.

6. move kataloq adı 1 kataloq adı 2 Enter –fayl adı faylını, kataloq adı 2 –yə dəyişir.

7. md (disk : yol) Enter –göstərilən yerdə kataloq yaradır.

C:\K1\K2\ fayl 1.doc –Enter fayla yoldur. Faylın yerini göstərir.

(disk :) –göstərilməyə də bilər. Bu zaman cari kataloqu göstərir.

8. rd(disk : )yol -Enter göstərilən yerdəki boş kataloqu ləğv edir.

9. cd( disk :) yol –Enter cari kataloqu göstərilən yerdəki kataloqla əvəz edir.

10. dir –cari kataloqun tərkibini göstərir.

(dir(disk :) yol) belə də göstərilə bilər.

11.date –maşındakı cari tarixi göstərir.

12. time –maşında cari saatı göstərir.

New time ilə yeniləmək olar.

13. type fayl adı –göstərilən faylı açıb ekrana gətirir.

14. copy fayl adı prn

Göstərilən faylı çap qurğusuna çapa göndərir.

15. cd\ baş kataloqa keçidi təmin edir.

16. cd.. bir üst kataloqa keçidi təmin edir

COLOR əmri: rəngləri təyin edir.

COLOR [rənglər]

Rənglər iki atribut olur I-si arxa fonun II-si isə mətnin rəngini təyin edir. Hər bir rəng aşağıdakı qiymətləri ala bilər. 

0 = qara 8 = boz 

1 = göy 9 = açıq göy 
2 = yaşıl A = açıq yaşıl 
3 = mavi B = açıq mavi 
4 = qırmızı C = açıq qırmızı 
5 = bənövşəyi D = açıq bənövşəyi 
6 = yaşıl E = açıq yaşıl 
7 = ağ F = parlaq ağ 

İki tip əmrlər müvcuddur: daxili əmrlər və xarici əmrlər




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin