3Proqramlaşdırma sistemləri
Proqramlaşdırma sistemləri proqramlaşdırma dillərində işləməyi təmin edirlər Buraya proqramlaşdırma dilləri, həmin dillərdə proqramları kompüter dilinə çevirən translyatorlar (çevirici proqramlar), sazlayıcı proqramlar və s daxildir
Kompüter dili bilavasitə kompüterin “başa düşdüyü” kodlarda istifadə olunmuş əmrlərdən təşkil olunur Bu halda proqram müəyyən əmrlər ardıcıllığından ibarət olur Bu əmrlər kifayət qədər sadə olub, verilənlər üzərində müəyyən əməliyyatları (toplama, çıxma, vurma, bölmə, müqayisə, köçürmə və s) yerinə yetirirlər Hər bir əmr yerinə yetirilən əməliyyat (əməliyyatın kodu), əməliyyatda iştirak edən operandlar (verilənlərin yaddaşdakı ünvanları və ya özləri) və nəticənin buraya (hansı ünvana) yazılması haqqında məlumatdan ibarət olur Hər bir tip kompüter üçün müxtəlif əmrlərin sayı 100-dən artıq olur
Kompüter dilləri kompüterin tipindən asılı olaraq müxtəlif olduqlarına görə istifadəçilər üçün öyrənilməsi çətin və işlədilməsi çox zəhmət tələb etdiyindən, əlverişli deyillər Ona görə də təbii dilə yaxın formalaşdırılmış dillərdən istifadə olunur Bu cür dillərə proqramlaşdırma dilləri deyilir Proqramlaşdırma dillərində yazılmış proqram (ona ilkin proqram deyilir) sonradan kompüter dilnə çevrilir, sazlanır və icra olunurKompüter dilindəki proqrama işçi və mütləq proqram deyilir İlkin proqramı işçi proqrama çevirmək üçün translyator adlanan xüsusi proqramlardan istifadə olunur
İstifadə olunan dilin strukturuna, formalaşdırma səviyyəsinə və vəzifəsinə uyğun olaraq proqramlaşdırma sistemlərini aşağıdakı sinflərə bölmək olar
- maşınyönlü sistemlər
- proseduryönlü sistemlər
- problemyönlü sistemlər
- köməkçi sistemlər
Dostları ilə paylaş: |