ADĠ HEYVANIN (CYDONIA OBLONGA MILL.) BIOEKOLOJĠ XÜSUSĠYYƏTLƏRĠ VƏ TƏSƏRRÜFAT ƏHƏMĠYYƏTĠ
Heyva dəyərli qida və dərman bitkisi olmaqla yeni sortların alınmasında əvəzolunmaz
genofontdur, onun təbii populyasiyasının diqqətlə qorunması çox vacibdir.
Heyva bağları ərazisinin artırılması və daha dəyərli sortlarla zənginləşdirilməsi misilsiz
təsərrüfat əhəmiyyətinə malikdir.
Armud və almanın heyvaya calaq edilməsi yalnız maraq naminə aparılmalıdır. Bu təcrübədən
geniş istifadə olunması məqsədyönlü deyildir və yaşa dolduqca calaqüstü yoğun gövdəli olur və
küləklər vasitəsilə asanlıqla calaq yerindən sınır.
Heyva özünəməxsus fitosenozlar yaradır. Bu fitosenozlar tərkibinə görə mürəkkəb olub,
müxtəlif növ kollardan ibarətdir.