MATERĠAL VƏ METOD Tədqiqat obyekti kimi Lonisera L. cinsinin adi doqquzdon (Lonicera caprifolium L.) növü
öyrənilmişdir. Təcrübələr AMEA-nın Mərkəzi Nəbatat Bağının eksperimental sahələrində
aparilmişdir. Aparılan tədqiqatların əsas məqsədi öyrənilən növün Abşeron şəraitində cücərtilərinin
bioekoloji xüsusiyyətlərinin, ilkin inkişaf (yuvenil) dövründə morfogenezinin, bir və iki illik
bitkilərinin böyümə və inkişaf dinamikasını öyrənmək olmuşdur. Adi doqquzdon növünün
biomorfolojı xüsusiyyətlərinin öyrənilməsi zamanı İ.Q.Serebryakovun [7], kök sistemi V.A.
Kolesnikovun [3], böyümə və inkişafı isə A.A. Molçanov və V.V. Smirnovun [6] metodlarından
istifadə edilmişdir.