gələn sonrakı yarpaqlar arasındakı məsafə 0,4 sm olmuşdur. Sonraki yarpaqlar 7-9 gün intervalı ilə
əmələ gəlir. Aprel ayında isə ləpəyarpağı quruyaraq cücərtidən ayrılır.
Aprel ayınıın sonunda yarpaqların kənarlarında xırda tükcüklərin əmələ qəlməsi müşahidə
edilir. Vegetasiyanın sonunda adi doqquzdonun yuvenil bitkisinin gövdəsinin rəngi qəhvəyi rəng
alır. Gövdənin hündürlü 7,5 sm-ə, kökünün uzunluğu isə 10-12 sm-ə çatır.
Abşeronda adi doqquzdonun cücərtilərinin boy və inkişafinın öyrənilməsi göstərmişdir ki,
cücərtilərin intensiv böyüməsi hava temperaturunun yüksəlməsi ilə
(iyul, avqust)
tədiricən azalır
və sentyabır ayınacan davam edən nisbi sakitlik mərhələsinə keçir. Sentyabr ayının əvvəlindən isə
yenidə aktiv vegetasiya dövrünə başlayır və noyabır ayınacan davam edir.
Adi doqquzdonun yuvenil bitkilərinin 1-illik tinglərinin boyu 9-12 sm. Bu dövrdə onlarda ilk
budaqlanmanın başlanması müşahidə edilir.
Bir illik doqquzdon növünün hündürlüyü 12-15 sm olan əsas kökünün uzunluğu torpagın 6-9
sm dərinliyində yerləşərək, yan köklərinin sayı 10-12 ədəd, uzunluğu 3-6 sm, kök kütləsinin
yerləşmə dərinliyi 6,5 sm olmuşdur (Şəkil 3 ).
Şəkil 3. Bir və iki illik adi doqquzdonun kök sistemi
İki illik bitkilərin boyunun hündürlüyü 26-28 sm çatmış, əsas kökün uzunluğu 23-24 sm, 7-
10 ədəd olan yan köklərinin uzunluğu orta hesabla 6-17 sm müşahidə edilmişdur. Eyni zamanda
yan köklərdən II-ci və III-cü dərəcəli 15-18 ədəd köklər aralanmış. Kök kütləsinin torpağın 7-10
sm dərinliyində yerləşdirilməsi müəyyən edilmişdir. Beləliklə, bir və iki illik bitkilərin kök
sisteminin öyrənilməsi qöstərmişdir ki Abşeron şəraitində onlar yaxşı inkişaf edir. Eyni zamanda
onlarda kollanma və budaqlanmanin başlanması müşahidə edilir. (Şək.4).
Beləliklə, müəyyən edilmişdir ki, Abşeron şəraitində bu növün cücərtilərinin yaxşı boy
verməsi və inkişaf etməsi iqlim, torpaq faktorunda və suvarma rejimindən asılıdır.
Tədqiqatların nəticəsində, Abşeron şəraitində adi doqquzdon növünün biomorfolojı
xüsusiyyətlərinin, boy və inkişafının, kök sisteminin öyrənilməsi onların guru iglim şəraitinə tam
uyqunlaşmasını qöstərir. Bu isə onların Abşeronda becərilməsinə və yaşıllaşdırma işlərində istifadə
edilməsinə imkan verir.
Dostları ilə paylaş: