Şəkil 2. Ağıriyli ardıcın illik həlqəlarının ümumi görünüşü.
Nümunələr seçilmiş 15 model ardıc ağacından toplanmışdır. Artım burğusu vasitəsilə hər
ağacdan 2 nümunə olmaq şərtilə 30 oduncaq-həlqə nümunəsi götürülmüşdür. Fərdlərin hər birinin
müxtəlif illərdə necə inkişaf etməsini öyrənmək məqsədilə həm yaşlı, həm də cavan bitkilərdən
nümunələr götürülmşüdür [11]. Daşınma zamanı nümunələrin sınmasının qarşısıı almaq üçün onlar
əvvəlcədən hazırlanmış kağız konteynerlərə yerləşdirilmişdir. Nümunələr laboratoriya şəraitində
qurudulduqdan sonra taxta əsaslara yerləşdirilmişdir. Dənələri müxtəlif ölçüdə olan sumbata
kağızları vasitəsilə oduncaq səthi cilalanmışdır [14].
Dostları ilə paylaş: