formalaşan həlqələrdə parenxim hüceyrələri öz inkişafını davam
etdirdiyindən özündən sonra formalaşan illik həlqə qalınlıqlarına təsir edir. Hər hansı bir ―t‖ ilindəki
həlqə qalınlığı ―t-1, t-2, t-3...t-k‖ ilində yaranan həlqəlar tərəfindən təsirə məruz qalır, belə ki, bu
həlqələr arasında avtokorrelyasiya mövcuddur. Bu avtokorrelyasiyanı aradan qaldırmaq üçün
avtoreqressiv modeldən istifadə olunmuşdur [10]. Bu model tətbiq olunduqdan sonra illik həlqə
indeksləri əldə olunmuş, nəticədə əsas xronologiya yaradılmışdır (şək. 5).