Oduncaq-həlqə nümunələri laboratoriya analizlərinin aparılması üçün hazırlandıqdan sonra
illik həlqələr nişanlanmış və yaş tarixləri qeyd olunmuşdur. İllik həlqələrin real qalınlıqları
ölçülmüşdür. Ölçülmüş həlqə qalınlıqlarının illər üzrə dəyişməsi qrafik şəklində təsvir olunmuşdur
(şək. 3). Qrafikdən göründüyü kimi ağac yaşlaşdıqca həlqələrin ölçüləri tədricən kiçilir.
Şəkil 3. Ağıriyli ardıcın real illik həlqə qalınlıqları qrafiki.
Oduncaqlı bitkilər bitdiyi təbii şəraitdən asılı olaraq müxtəlif amillərin təsirinə məruz
qalırlar. Bu isə illik həlqə qalınlıqlarının müxtəlif istiqamətdə dəyişilməsinə səbəb olur. Bu
tendensiyanı aradan qaldırmaq üçün müxtəlif modellərdən istifadə olunur. Ən çox istifadə oluanan
düzxətli və əyrixətli reqresiya modelləridir. Apardığımız tədqiqatlarda əyrixətli reqresiya modeli
tətbiq olunmuşdur. Real həlqə qalınlıqları kəmiyyətlərinə bu model tətbiq olunduqdan sonra
standart xronologiya alınmışdır (şək. 4). Bütün əməliyyatlar ARSTAN proqramının köməyi ilə
aparılmışdır [9].